KÖHNƏ VERSİYA            

Rusiya-Avropa qaz müharibəsi Azərbaycana da təsir göstərdi...

Image

Məlum olduğu kimi, Ukrayna qaz tranzitilə bağlı müqaviləni uzatmaqdan imtina edəndən sonra Rusiyanın “Qazprom” şirkəti bu ölkə ərazisi ilə qazın nəqlini dayandırıb. Bunun Rusiya qazından asılılığını illərdir azaldan bir çox Avropa ölkəsi üçün hər hansı fəsada yol açmayacağı deyilir. 

Slovakiya, Macarıstan, Avstriya və bir neçə Balkan ölkəsi, nisbətən az həcmlərdə olsa da, Rusiya qazını almağa davam edirdi. İndi həmin ölkələrdə həyəcan təbili çalınır.

Qaz tranziti haqqından imtina Ukraynaya ildə 800 milyon dollara başa gələcək. Rusiya isə ildə 5 milyard dollarlıq satışlardan məhrum olacaq.

Ukrayna Energetika Nazirliyi qaz nəqlinin dayandırılmasını milli güvənlik səbəbləriylə əlaqələndirərək beynəlxalq tərəfdaşlarını xəbərdar edib. Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib: “Rusiyadan gələn qaz tranzitinin dayandırılması tarixi olaydır. Rusiya satış bazarlarını itirdiyindən maliyyə itkiləriylə üzləşəcək”. Qeyd edək ki, 2022-ci ildə “Şimal axını” qaz borusu dağılandan sonra Sibirdən Ukrayna ərazisiylə Avropaya təbii qazı nəql edən boru Rusiyanın sonuncu böyük kəməri idi. Belarus üzərindən Polşaya “Yamal-Avropa” xəttiylə nəql edilən qazın təchizatı hələ 2022-ci ildə, Ukraynada savaş başlanandan sonra dayandırılmışdı.   Bir çox avropalı istehlakçı artıq ABŞ, Qətər və Norveçdən mayeləşdirilmiş təbii qaz alır. Macarıstan və digər ölkələr Qara dənizin dibilə çəkilən “Türk axını” xəttindən Rusiya qazı almağa davam edir. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məsələ ilə bağlı bildirir ki, Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha böyük töhfə vermək istəyir. Ankara Mərkəzi və Şərqi Avropa ölkələrinə ildə 10 milyard kubmetrədək qaz tədarük etməyə hazırdır. Energetika naziri qeyd edib ki, Türkiyədən mavi yanacağın tədarükünün artırılması Avropa tərəfindən siyasi iradə və öhdəlik, eləcə də interkonnektorlara sərmayələrin artırılması ilə mümkündür. Eyni zamanda, Bayraktar Qətərdən Türkiyəyə qaz kəməri layihəsini perspektiv adlandırıb və qeyd edib ki, bu ideya reallaşarsa, Avropaya qazın svop tədarükü mümkün olacaq: “İdeyanın həyata keçirilməsi üçün əsas şərt regionda, xüsusən də Suriyada sabitlikdir. Bu, müəyyən vaxt tələb edir”. O qeyd edib ki, Türkiyə Suriyanın özündə də qaz kəməri tikintisi layihələrini həyata keçirə, eləcə də qonşu ölkənin elektrik enerjisinə ehtiyacını ödəmək üçün üzən elektrik stansiyalarının potensialından istifadə edə bilər.

Bunlarla yanaşı, Avropa Azərbaycan qazına da ümid edir. Məsələ ilə bağlı  ukraynalı iqtisadçı ekspert İvan Us  bildirib ki, Rusiyanın Avropaya təbii qaz nəqlinin pik həcmi sovet dövründə olub. Sonra qaz nəqli azaldılıb: “Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra qaz nəqlinin həcmi daha da azaldıldı. 2024-cü ilin sonuna olan statistikaya görə, Rusiyanın Avropaya qaz nəqlinin həcmi təxminən 30 milyard kubmetrə yaxın olub. Rusiyanın Avropaya qaz ixracının təxminən yarısı Ukraynadan keçirdi. Bu da təxminən Rusiya üçün illik 5-6 milyard dollar gəlir demək idi. Ukrayna da Rusiya qazının nəqlindən qazanırdı. Bu da təxminən illik 800 milyon dollar idi”. Onun sözlərinə görə, Avropa ölkələri alternativ marşrutlarla təbii qazla təmin olunacaq: “Avropanı təbii qazla təmin etmək üçün “Cənub dəhlizi” var. Rusiya təbii qazını Qara dənizlə Türkiyə vasitəsilə Bolqarıstana və daha sonra Avropa ölkələrinə çatdırır. O ki qaldı Avropanın alternativ mənbələr hesabına qaz almasına, ilk növbədə deyim ki, Avropa üçün Azərbaycan, Norveç, ABŞ, Qətər, Əlcəzair qazı var. Bu ölkələrdən Avropaya təbii qazın çatdırılması üçün əlverişli logistika mövcuddur. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Avropa alternativ qaz marşrutları üçün öncədən tədarükünü görüb. Bir sadə həqiqəti də yaddan çıxarmaq lazım deyil ki, Tramp prezidentlik səlahiyyətinə başladıqdan sonra Avropa ölkələrinin ABŞ-dan daha çox təbii qazın almasını tələb edəcək”. Qeyd edək ki, Azərbaycanın “Transadriatik” boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür. Bu müddətdə TAP-la Avropaya 42.8 milyard kubmetr qaz tədarük olunub. Ötən il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12.9 milyard kubmetr qaz ixrac edilib. Avropada təbii qaz ehtiyatına mənfi təsir göstərən əsas amil soyuq havadır. Avropa Qaz İnfrastrukturunun məlumatlarına görə, 2024-cü ilin noyabrında Aİ-nin orta təbii qaz ehtiyatı 95 faiz olduğu halda 2025-ci ilin əvvəlində bu rəqəm 72 faizə enib. Ehtiyatlarda azalma əvvəlki illərin eyni dövrlərində də müşahidə olunub. Lakin azalma sürəti cari məlumatlardan daha məhdud idi. Ehtiyatlarda azalma tendensiyası növbəti aylarda da davam edəcək.   Azərbaycan hökuməti bu fonda artıq açıqlayıb, 2027-ci ilə qədər Avropada qaz satış həcmlərimizi 16 milyard kubmetrə çatdırmağı planlaşdırır. Avropanın da buna aehtiyacı var.  Rusiya qazının Ukrayna üzərindən Avropya ixracının dayandırılması artıq birjalardakı qaz qiymətlərində öz əksini tapıb. Qazın qiyməti əvvəlcə 450 dollar həddini keçdi və artıq 31 dekabrda qaz 530 dollara qədər bahalaşmışdı. Misal üçün 2025-ci ilin ilk hərraclarında qazın qiyməti mütəmadi olaraq, 550 dollar həcmindən aşağı ticarət edib. Bu onun göstəricisidir ki, Avropa Rusiya qazının Ukrayna üzərindən verilişinin dayandırılmasını ehtiyat anbarlarda kifayət qədər qazın olmasına baxmayaraq, hiss etməyə başlayıb. Bu da Avropanın Azərbaycana ehtiyacını artırır.

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

07.01.2025 | 21:27
"Fransa Prezidenti şəxsən onlara zəng edərək, Bakıya getməməyi tövsiyə edirmiş" - Prezident Əliyev Makronu ifşa etdi

07.01.2025 | 21:21
Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

07.01.2025 | 21:14
"COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur" - Prezident İlham Əliyev

07.01.2025 | 21:11
Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

07.01.2025 | 20:55
Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

07.01.2025 | 20:53
Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

07.01.2025 | 20:47
"İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq" - Prezident

07.01.2025 | 20:44
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

07.01.2025 | 20:37
Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

07.01.2025 | 20:22
Afrika dövlətləri Makrona qarşı qalxdılar - "Afrika xalqları ilə danışmağı öyrən"...

07.01.2025 | 20:08
Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

07.01.2025 | 19:53
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

07.01.2025 | 19:40
10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

07.01.2025 | 19:26
Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...

07.01.2025 | 19:17
"Stratfor" kəşfiyyat qrupu - “ABŞ Ermənistana dəstək verməyəcək...”

07.01.2025 | 19:03
Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

07.01.2025 | 18:49
Makron Gürcüstanda da "yandı"...

07.01.2025 | 18:35
Makron əvvəlki prezident Sarkozidən ya qisas alır, ya da xalqın qəzəbini başqa yerə yönəldir...

07.01.2025 | 18:20
90-larda ermənilərin Bakı və Sumqayıtdan kütləvi gedişinin sirri açıldı - Ter düzünü dedi...

07.01.2025 | 18:06
İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir...

07.01.2025 | 17:52
Sərhədlərdə yenidən atəş açıldı - Ermənistan kimlərə güvənir?

07.01.2025 | 17:39
Təyyarə cinayətinə bulaşmış "Rusiya nümayəndələrindən" hələ xəbər yoxdur...

07.01.2025 | 17:26
Türkiyə terrorun kökünü kəsə biləcəkmi?..

07.01.2025 | 17:23
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verdi

07.01.2025 | 17:12
Braziliya Azərbaycanın "qara qutu"sunun açılmasında nə qədər obyektiv olacaq?

07.01.2025 | 17:00
Rusiya səmasında ABŞ və rus sistemlərinin rəqabəti – Ukraynanın atdığı ATACMS raketlərinin heç biri S-400-ləri aşa bilmədi...

07.01.2025 | 16:47
İdman, gənclərin fiziki inkişafı və dövlət siyasəti - Prezident nələrə yekun vurdu...

07.01.2025 | 16:35
Qəhrəmanlığı dillərdə dastan olan Ramil...

07.01.2025 | 16:12
Prezident Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

07.01.2025 | 16:05
Azərbaycanda yeni rüsumlar təsdiqləndi

07.01.2025 | 15:57
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməkhaqları artırıldı

07.01.2025 | 15:48
Abdullah Gül Prezident İlham Əliyevə başsağlığı verdi

07.01.2025 | 15:40
AZAL-ın təyyarəsinin “qara qutu”su açıldı - məlumatlar Qazaxıstana göndərildi...

07.01.2025 | 15:17
"Almaniya və Fransa rəsmilərinin başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir" - Şalva Papuaşvili

07.01.2025 | 14:33
"Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq" - Gürcü spikeri

07.01.2025 | 14:18
Ermənistandakı Azərbaycanın tarixi və mədəni irsi: Ermənistanın onu qorumaq və bərpa etmək öhdəliyi

07.01.2025 | 14:11
Fransanın casus şəbəkəsi Bakıda nələrə cəhd edib… Məhkəmədə yeni məqamlar açıldı...

07.01.2025 | 13:57
Qərbin yalan vədlərinə inanan Ermənistan xalqını fəlakətə sürükləyir

07.01.2025 | 13:49
Beyləqanda sərxoş halda avtomobil idarə edən sürücü həbs edildi

07.01.2025 | 13:35
Kobaxidze Makronu yalan danışmaqda ittiham etdi - Qoy qurban verdikləri Ukraynaya nəzər salsın...

07.01.2025 | 13:25
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

07.01.2025 | 13:22
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

07.01.2025 | 13:17
İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edildi

07.01.2025 | 13:04
Спасибо Казахстану! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.01.2025 | 12:46
Xaçmazda evlərə qənim kəsilən Samir Əhmədov yaxalandı

07.01.2025 | 12:05
Mərkəzi Bankda yeni təyinatlar olub

07.01.2025 | 12:00
Saray qəsəbəsində qadın meyiti tapılıb

07.01.2025 | 11:30
Mədəniyyət naziri Şamaxıda vətəndaş qəbulu keçirəcək

07.01.2025 | 11:20
Kəngərli ərazisində hərbi sursat aşkarlanıb

07.01.2025 | 11:10
Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib

07.01.2025 | 11:10
İtkin düşmüş Salyan sakini qəsdən öldürülüb - Baş Prokurorluq və DİN birgə məlumat yayıb

07.01.2025 | 11:05
Tək daş üzük taxdı, "nişanlanıb" deyə car çəkdilər...

07.01.2025 | 11:03
Erməni məsələsi Azərbaycanda niyə doğru anlaşılmır? - CANLI

07.01.2025 | 11:00
Şifrəsi açılan “qara qutu”lar Qazaxıstana göndərilib - Braziliya portalı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031