KÖHNƏ VERSİYA            

İdman, gənclərin fiziki inkişafı və dövlət siyasəti - Prezident nələrə yekun vurdu...

Image

Cəmiyyətin gələcəyi gənclərdən asılıdır. Məhz gənc nəslin düzgün tərbiyəsinin nəyə görə hər zaman aktual olduğu bu baxımdan başadüşüləndir. Nəyə görə uşaq və gənclərin fiziki, həmçinin mənəvi inkişafının daim diqqət mərkəzində olması da anlaşılandır. 

Anlaşılan odur ki, fiziki və mənəvi cəhətdən inkişaf etmiş, savadlı, layiqli vətəndaş cəmiyyət üçün olduqca lazımlıdır, vacibdir və bu da gələcəyimizin etibarlı əllərdə olduğundan xəbər verir. Uşaq və gənclərin fiziki, həmçinin mənəvi tərbiyəsinə, inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğının göstərilməsi də bu baxımdan heç də səbəbsiz və təsadüfi deyil.

Ölkəmiz idmanın inkişaf səviyyəsinə görə aparıcı ölkələrdən biri kimi tanınır

Dövlətimizin uşaq və gənclərin fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunmasına göstərdiyi diqqət və qayğını cəmiyyətimiz hər zaman hiss edir. Xüsusən də bir-birinin ardınca yeni-yeni məktəblərin, idman komplekslərinin tikilməsi, eləcə də əsaslı təmirinə xüsusi yer ayrılması dövlət qayğısının bariz nümunəsidir. Təkcə paytaxtda ərazisində deyil, respublikamızın bütün şəhər və rayonlarında, həmçinin ucqar kəndlərdə belə məktəb binalarının yenidən inşa edilməsi, bir çox təhsil ocaqlarının yenidən əsaslı təmir edilməsi, ən müasir avadanlıqlarla təchiz olunması artıq ənənə halını alması da təsadüfi sayıla bilməz. Azərbaycan hazırda idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. MOK-un prezidenti İlham Əliyev ölkədə olimpiya hərəkatının genişlənməsi, idmanın və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün ciddi tədbirlər həyata keçirdi. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda da işlər görüldü. Bu sahəyə göstərilən diqqət və qayğı Azərbaycanın milli genefondunun qorunması, habelə gənclərin vətənpərvər və sağlam ruhda tərbiyə edilməsi məqsədindən irəli gəlirdi. 

2024-cü ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda 1700-ə yaxın medal qazanıb

İlin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev idmançıları ötən il qazandıqları uğurlar münasibətilə təbrik edərək bir sıra məqamlara toxunub: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman nə qədər vacibdirsə, bir o qədər də hərbi hazırlıq və fiziki hazırlıq vacibdir. Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci”. 

Prezident qeyd edib ki, bizim bundan sonrakı fəaliyyətimiz idmanın inkişafı ilə bağlı olacaq: “Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu idman komplekslərinin bundan sonra da inşası nəzərdə tutulur, müxtəlif bölgələrdə, o cümlədən Qarabağ bölgəsində. Bakı şəhərində ən müasir idman infrastrukturumuz vardır”.

Bütün bu deyilənlərin fonunda, idmançı gənclərin beynəlxalq uğurlarında dövlət siyasətinin rolu nədən ibarətdir? 

Dövlətin idmana göstərdiyi qayğı əldə olunan uğurlarda müstəsna rol oynayıb

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən idman sahəsi üzrə ekspert Cavid Səlimovun fikrincə, dövlətin idmana göstərdiyi qayğı əldə olunan uğurlarda müstəsna rol oynayıb: “Bu, danılmaz reallıqdır. Dövlət vəsaiti hesabına idman obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, paytaxtda və bölgələrdə idman komplekslərinin tikilməsinin bu məsələdə rolu əvəzsizdir. İdman infrastrukturu olmadan bu uğurları əldə etmək olmazdı. Neft gəlirlərinin hələ ölkəyə daxil olmadığı dövrlərdə belə, Azərbaycanda idmana dövlət qayğısı prioritet təşkil edirdi. Baxmayaraq ki, imkanlarımız məhdud idi, amma Azərbaycan 1996-cı ilin 18 iyul–4 avqustda Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növündə təmsil olundu. Ondan sonrakı illərdə həm daha çox idmançılarımız beynəlxalq yarışlara qatıldı, həm də əldə edilən qələbələrin sayı artdı. Dövlət tərəfindən idmançıların əldə etdikləri uğurların yüksək qiymətləndirilməsi, gənclərin idmana olan marağının daha da güclənməsinə təkan verdi. Olimpiya oyunlarının keçirildiyi illərdə göstərilən nəticələr ölkə idmanının inkişaf səviyyəsi barədə daha obyektiv fikir yürütməyə imkan verir. İdmançılarımız 2024-cü ildə Paris Olimpiadasında ikisi qızıl, ikisi gümüş və üçü bürünc olmaqla 7 medal qazanıblar. Nəticədə Azərbaycan ümumi hesabda 30-cu yerdə qərarlaşıb ki, bu da ölkəmizin olimpiadalar tarixində ən yüksək mövqeyidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

08.01.2025 | 09:30
Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı

08.01.2025 | 09:24
Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..

08.01.2025 | 09:15
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb

08.01.2025 | 09:05
Juninyo hansı kluba keçir- "Sevilya"ya, yoxsa “Flamenqo"ya?

08.01.2025 | 09:00
Şəmkirdə ev yanıb

08.01.2025 | 08:40
Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

07.01.2025 | 21:27
"Fransa Prezidenti şəxsən onlara zəng edərək, Bakıya getməməyi tövsiyə edirmiş" - Prezident Əliyev Makronu ifşa etdi

07.01.2025 | 21:21
Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

07.01.2025 | 21:14
"COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur" - Prezident İlham Əliyev

07.01.2025 | 21:11
Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

07.01.2025 | 20:55
Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

07.01.2025 | 20:53
Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

07.01.2025 | 20:47
"İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq" - Prezident

07.01.2025 | 20:44
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

07.01.2025 | 20:37
Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

07.01.2025 | 20:22
Afrika dövlətləri Makrona qarşı qalxdılar - "Afrika xalqları ilə danışmağı öyrən"...

07.01.2025 | 20:08
Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

07.01.2025 | 19:53
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

07.01.2025 | 19:40
10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

07.01.2025 | 19:26
Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...

07.01.2025 | 19:17
"Stratfor" kəşfiyyat qrupu - “ABŞ Ermənistana dəstək verməyəcək...”

07.01.2025 | 19:03
Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

07.01.2025 | 18:49
Makron Gürcüstanda da "yandı"...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031