"Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq" - Gürcü spikeri
“Fransada yeni seçkilərin keçirilməsi bu ölkədəki siyasi böhranın ən yaxşı həlli olacaq”. Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “X” sosial şəbəkə hesabında yazıb.
“Mən Fransanın daxili siyasətinə qarışmaq fikrində deyiləm. Lakin nəzərə almalıyıq ki, fransızların 61 faizi Prezident Makronun istefasını, 50 faizi isə Milli Assambleyanın buraxılmasını istəyir. Belə olan halda, siyasi böhrandan çıxış yolu üçün yeni seçkilər daha yaxşı olardı”, – deyə Papuaşvili bildirib.
Məlumat üçün bildirək ki, “Le Figaro” üçün aparılan sorğuya əsasən, rəyi soruşulanların on nəfərindən altısı, yəni respondentlərin 61 faizi Makronun istefasını istəyib.
ZÜMRÜD