Suraxanıda 11 yaşlı uşağı maşın vurub
Bakının Suraxanı rayonunda 11 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. 2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
Mətləb