KÖHNƏ VERSİYA            

Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

Image

Rusiya almazı Moskva-İrəvan-Brüssel maraqlarını necə birləşdirib?

Son günlər əvvəllər Avropa Komissiyasının rəhbəri olmuş Jose Manuel Barrozonun müsahibəsi bəzi mətləblərə işıq saldı. Jose Manuel Barrozo 23 noyabr 2004-cü ildən 1 noyabr 2014-cü ilə qədər Avropa Komissiyasının sədri olub. Başqa sözlə desək, Rusiya Ukraynanın Krım bölgəsini sakitcə işğal edəndə cənab Barrozo Avrokomissiyanın sədri kreslosunda idi. 

O, bu günlərdə verdiyi müsahibəsində həmin dövrü xatırladaraq bildirir ki, Ukraynanın ışğalı və ona qarşı mübarizə məsələsi Avropa Komissiyasında geniş müzakirə edildi, Rusiyaya qarşı təsir imkanları araşdırıldı: "Həmin vaxt üç variant ortada idi - dərhal Rusiyaya qarşı müharibəyə başlamaq, siyasi-diplomatik təzyiqlər və sanksiyaların tətbiq edilməsi. Həmin vaxt biz müharibəyə hələ hazır deyildik. Rusiya kimi dövlətə siyasi-diplomatik vasitələrlə təzyiq göstərmək də mənasız bir məsələ idi. Sanksiyalar məsələsi müzakirə ediləndə Almaniya, Fransa və İngiltərə ardıcıl və israrlı mövqedən çıxış etdilər ki, sanksiyalar ən ağır formada tətbiq edilməlidir. Lakin bir necə olkə isə bunun qəti əleyhinə çıxış elədi. Məsələn, Macarıstan prezidenti Viktor Orban sanksiyaların qəti əleyhinə çıxış elədi. Bəzi ölkələr isə çox yumşaq sanksiyaların tərəfdarı oldular. Məsələn, Hollandiya, Belçika və s. çox yumşaq sanksiyaların tətbiqinin tərəfdarı oldular, bəzi malların adını çəkdilər ki, bunlara sanksiyalar tətbiq edilməsin, onlara sanksiya tətbiq edilməsin... Belə məhsullar arasında almaz da var idi, onlar israr edirdilər ki, Rusiyanın almaz satışına sanksiya qoyulmasın".

Məlum olduğu kimi, bugünə qədər də Rusiyaya qarşı tətbiq edilən minlərlə sanksiya arasında "almaz" ticarətinin adı yoxdur. Həmişə sanksiyalar yenilənəndə Aİ almaz ixracını siyahıdan çıxardırdı. Bu müsahibəsində Barrozo rus almazının sanksiyalar siyahısına düşməməsinin sirrini açdı ki, bunun arxasında bir sıra Avropa ölkələri dayanır. Daha sonra bəlli oldu ki, Avropada almaz ticarəti ilə erməni əsilli Belçika vətəndaşı olan Qaspar Karampetyan məşğul olur. Hətta Avropa cəmiyyəti tərəfindən Karampetyana "almaz kralı" ləqəbi də verilib. Həmin bu Qaspar Karampetyan dəfələrlə Avropa parlamentinin deputatlarını pulla ələ alaraq Azərbaycana qarşı qətnanəlarin çıxarılmasını təşkil edib. Karampetyan Avroparlamentin yalnız belçikalı deputatlarına deyil, həm də digər Avropa ölkələrindən olan bir sıra deputatlara sponsorluq edir, onları maliyyələşdirir. Ona görə də uzun illər boyu, həm də elə hazırda Rusiyadan almaz ixracına sanksiya tətbiq edilməyib.

 

Qaspar Karampetyan kimdir?

 

Adından bəlli olduğu kimi, bu şəxs erməni əsilli almaz-briliyant və digər daşqaş, əlvan metallar taciri, siyasətçi, ictimai xadim və diaspor rəhbəridir.

Qaspar Karampetyan "Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası" adlı diaspor təşkilatının rəhbəridir. Araşdırmalar zamanı Karampetyanın Avropa Parlamentinin "Qətərgeyt" işinə görə həbs edilmiş Eva Kaili ilə dərin əlaqələri olduğu və rəhbərlik etdiyi təşkilat vasitəsilə müxtəlif ölkələrdən olan Avropa məmurlarının, o cümlədən də Avropa parlamentinin deputatlarının Qarabağa səfərlərini maliyyələşdirdiyi aşkara çıxarılmışdı. Karampetyan bütün imkanları ilə Avropa parlamentinin əksər deputatlarına sponsorluq edir. Bu fürsətdən də istifadə edərək vaxtasırı Avropa Parlamentində Azərbaycana qarşı qətnamələrin çıxarılmasını sifariş edir.

 

Qara almaz ticarəti Avropa, Ermənistan və Rusiyanın maraqlarını necə birləşdirir?

 

Hazırda da Rusiyadan almaz və əlvan metalların ixracının sanksiyalardan kənar saxlanmasının səbəbi yalnız bu deyil. Bu məsələnin daha bir geosiyasi səbəbi var. Hamıya bəllidir ki, Ermənistan son dörd ildə Rusiyadan siyasi baxımdan qoparaq Avropa siyasi məkanına inteqrasiya etmək istəyir. Ermənistan bu siyasəti ehtiyatla və israrlı şəkildə zamana bağlayaraq sürdürür. Hələ ki, Paşinyan nə Rusiyanı incidir, nə də Avropanın "ev tapşırıqları"nı yerinə yetirməyi təxirə salır. Ermənistan hazırda iqtisadi baxımdan Rusiyanın, siyasi baxımdan isə Avropanın qucağındadır. Necə deyərlər, "qızın iki adaxlısı" var. Amma bu "iki adaxlı"nın bir-birinə etirazı yoxdur. Avropa ona doğru siyasi reveransa görə Ermənistana maliyyə dəstəyi verir. Rusiya isə hələlik işinə yaradığına və "gələcəkdə ağıllanar" ümidilə rəsmi İrəvanın şıltaqlığına dözür.

Bəs Ermənistan Rusiyanın işinə necə yarayır?

Belə ki, hazırda Aİ-nin sanksiyadan kənar saxladığı Rusiya daşqaş və qiymətli metallarının böyük əksəriyyətini dünyaya Ermənistan satır. Bu ticarətin böyük əksəriyyətinin qaçaqmalçılıq yolu ilə daşındığı da sirr deyil. Yaxın Şərq və Avropa bazarları, demək olar ki, erməni tacirlərinin əlindədir, o cümlədən də Karampetyan onlar arasında əsas simadır. Yəni ermənilər Rusiyaya bu ticarətlə milyardlarla dollar qazandırmaqla ona iqtisadi nəfəs verir.

Digər tərəfdən isə, Ermənistan Rusiyaya sanksiyalar siyahısında olan cip, prosessor və digər elektron vasitələr satır. Avropa həm Ermənistanın Rusiyaya elektron vasitələr satmasına göz yumur, həm də Rusiyadan almaz ixracını sanksiyalardan yayındıraraq ermənilərin qazanmasına şərait yaradır. Avropa bilir ki, Ermənistan çip satışına görə artıq dünyada üçüncü yerdədir. Amma bu müzakirə edilmir ki, Ermənistan bu çipi kimə və nə üçün satır. Əlbəttə, Ermənistanın satdığı elektron vasitələr Rusiyada silah istehsalına yönəldilir və həmin raketlər Avropanın "müdafiə etdiyi" Ukrayna şəhərini xarabazara çevirir. Burada yalnız açıq maraq Ermənistanın iqtisadi mənafelərini qorumaqdır. Qapalı maraqlar isə artıq başqa mövzudur.

Akif NƏSİRLİ







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

08.01.2025 | 18:36
İran Azərbaycana qarşı radar quraşdırdı...

08.01.2025 | 18:23
Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

08.01.2025 | 18:14
"Bu artıq ajiotaj deyil, ermənilər qorxuya düşüblər" - Yunus Oğuz

08.01.2025 | 18:09
Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

08.01.2025 | 18:05
Əməliyyat zamanı həkimə ad günü keçirdilər - "German Hospital"dakı hadisə ilə bağlı araşdırma başladı

08.01.2025 | 18:00
Deputat Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

08.01.2025 | 17:57
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

08.01.2025 | 17:55
Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

08.01.2025 | 17:42
Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

08.01.2025 | 17:29
Azərbaycanın faşist dövlətlə qonşuluğu uzun çəkə bilməz - xəbərdarlıq...

08.01.2025 | 17:22
Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

08.01.2025 | 17:17
Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...

08.01.2025 | 17:06
Misir Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 16:27
Bələdiyyə seçkilərində neçə namizəd qeydə alınıb?..

08.01.2025 | 16:21
QAİ Mirzoyanı tutarlı arqumentlərlə "vurdu" - Ermənistan insanlıq əleyhinə cinayət törədir...

08.01.2025 | 16:04
"Fransa BTQ-ni ittiham etməkdənsə qanunsuz fəaliyyətlərini dayandırmalıdır" - Abbas Abbasov

08.01.2025 | 15:50
MM-in Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistan bu hərəkətlərinin qarşısı alınmalıdır...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:26
Fransa təşkilatı Bakı Təşəbbüs Qrupuna böhtan atdı - Qrupdan açıqlama gəldi...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO/YENİLƏNDİ

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

08.01.2025 | 09:30
Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı

08.01.2025 | 09:24
Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..

08.01.2025 | 09:15
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb

08.01.2025 | 09:05
Juninyo hansı kluba keçir- "Sevilya"ya, yoxsa “Flamenqo"ya?

08.01.2025 | 09:00
Şəmkirdə ev yanıb

08.01.2025 | 08:40
Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031