Azərbaycan-İran sərhədində zəlzələ olub
Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 16 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 03:53-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub. Zəlzələ ocağı 25 kilometr dərinlikdə yerləşib. Zəlzələ Yardımlı və Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
Qeyd edək ki, eyni ərazidə yanvarın 6-da saat 23:22-də 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Mətləb