KÖHNƏ VERSİYA            

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

Image

İstefa verməyə məcbur edilməzdən əvvəl yazdığı məşhur məqalədə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan ölkəsinin Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olacağını  demişdi. Məhz həmin məqalə Ter-Petrosyanın istefasına səbəb oldu və məhz həmin məqalə çoxlarında belə bir təsəvvür yaratdı ki, eks-prezident münaqişənin Azərbaycan üçün ən əlverişli surətdə həll edilməsi üçün ən "üzüyola" rəhbər ola bilər. 

Amma Levon Ter-Petrosyanın 31 il öncəki qalmaqallı açıqlamasının üzə çıxması, əslində, erməni faşizminin hər zaman Azərbaycana qarşı olduğunu bir daha təsdiqlədi. Ermənistan rəhbərliyində faşizm ideologiyasından kənarda duran hələ də heç bir şəxs olmayıb. Bura Nikol Paşinyan da daxildir.

Xatırladaq ki, tanınmış videobloqer Albert İsakov özünün “YouTube” kanalında Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də “Yerkrapa” terror təşkilatının üzvləri ilə görüşünün videosunu yayıb. Burada olan etiraflar maraqlı məqamları üzə çıxarır. Məsələ burasındadır ki, indiyə qədər sabiq prezidentlər  Robert Köçəryan, Serj Sarkisyan və baş nazir Nikol Paşinyanın özü də iddia edirdilər ki, azərbaycanlılar könüllü şəkildə Ermənistanı tərk ediblər. Amma indiki vəziyyətdə Levon Ter-Petrosyanın açıqlamaları tamam fərqli mənzərənin olduğunu üzə çıxarır. Dünya ictimaiyyəti Ermənistanın keçmiş prezidentinin dilindən ermənilərin milli zəmində ayrı-seçkilik yaradaraq etnik təmizləmə siyasətinin aparılmasının etirafını gördü. Belə olan halda Azərbaycan hökuməti və Qərbi Azərbaycan İcması ölkə xaricində Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Haaqa məhkəməsində Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 300 mindən çox azərbaycanlının öz torpaqlarından didərgin düşməsini söyləyərək rəsmi İrəvandan təzminat istəməlidir. Həmçinin qayıdış hüququ da bərpa edilməlidir. Ümumiyyətlə, Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi bu çıxış Ermənistanın uzun illər boyu Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərin tarixini bir daha ortaya qoyur. Bu etiraflar Azərbaycanın beynəlxalq ictimaiyyətdən ədalət tələb etməsi üçün güclü hüquqi və mənəvi əsasdır. Açıqlamalardan görünür ki,  Azərbaycana qarşı Ermənistan ərazisində fəaliyyət göstərən silahlı birləşmələr xüsusilə Basarkeçər, Zəngibasar və Amasyada, Zəngəzur mahalında çox fəal olublar. Həmin "Yerkrapa" terror təşkilatı azərbaycanlıları kompakt şəkildə yaşadıqları həmin ərazilərdən amansızlıqla çıxarıb, onları etnik təmizləməyə məruz qoyub. Sonrakı mərhələdə isə Ter-Petrosyan Qarabağ və ətraf rayonları işğal edərək, sülh prosesini yubatmağı hədəfləyib. Yəni onların məqsədi hər zaman vaxt uzatmaq, sülh danışıqları adı altında status-kvonu qoruyub-saxlamaq və müxtəlif güclərin təzyiqi ilə Azərbaycana yaranmış reallığı qəbul etdirmək niyyəti olub. Odur ki, Levon Ter-Petrosyan tərəfindən dilə gətirilən etiraflar, sonrakı mərhələdə Serj Sarqsyanın Xocalı soyqırımı ilə bağlı, Robert Köçəryanın "iki millətin bir yerdə yaşamasının genetik uyğunsuzluğu" ilə bağlı iddiası   eynilik təşkil edir və onların hamısı bir ideologiyanın tərkib hissəsi olaraq yetişdirilən insanlardır.

Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylovun da bu fonda məsələyə münasibəti çox maraqlıdır. O qeyd edir ki, yeni Ermənistan tarixində, Ermənistan dövlətə çevrildikdən sonra bu ölkənin bircə lideri də insanpərvər kimi tanınmayıb və Azərbaycan xalqına qarşı nifrət ifadə etmədən keçinməyib: “Ter-Petrosyan da istisna deyil, baxmayaraq ki, onun haqqında çoxları deyirdi ki, bu, ləyaqətli, dürüst bir insandır və Azərbaycanla sülh və dostluq haqqında razılığa gəlməyə hazırdır – bütün bunlar yalandır”. Ekspert  bildirib ki, əslində, Ter-Petrosyanın "Yerkrapa"  qarşısında çıxışını izlədikdə onun sözlərində nasizmin açıq-aşkar olduğunu söyləmək olar: “Burada Azərbaycan xalqına qarşı nifrət aşkar görünür. Bir çox siyasətçi bir söz deyir, başqa şey edir. Ermənistan siyasətçiləri də istisna deyil. Ter-Petrosyan Ermənistanın xarici torpaqların ələ keçirilməsi, Azərbaycan xalqına qarşı nifrət hissinin alovlandırılması istiqamətində dövlət siyasətinin təməlini qoymuş bir şəxsdir. Ona görə də mən onu guya “ən yaxşı prezident” saymazdım. Bu videoda dedikləri ən azından millətçi ifadələrdir. Erməni azadlıq hərəkatının məqsədi isə başqalarının torpaqlarını zəbt etmək, həmin ərazilərdə yaşayan xalqları ya məhv etmək, ya da qovmaqdır. Təsadüfi deyil ki, biz erməni separatçıların və millətçilərin “dənizdən dənizə Ermənistan” xəritələrini, hətta Rostov vilayətini belə özlərinə daxil etdiklərini görmüşük. Bunlar hamısı genetik olaraq formalaşıb. Erməni xalqı çalışqan, zəhmətkeşdir, lakin erməni xalqının liderləri bu onilliklər ərzində regiondakı qarşıdurmalar zamanı öz xalqının xoşbəxtliyini istədiklərinə şübhə doğururlar. Əgər xoşbəxtlik istəsəydilər, ilk növbədə qonşuları ilə razılığa gəlməyi və problemləri həll etməyi bacarardılar. Amma nəticədə gənc ermənilərin heç bir şey uğrunda həyatını itirdiyi Qarabağ münaqişəsinə səbəb oldular. Bəzi nasist ideyaları naminə. Gec-tez erməni cəmiyyəti Ter-Petrosyan, Köçəryan və s. kimi liderlərə münasibətini yenidən nəzərdən keçirəcək”.   

Ramil QULİYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 18:36
İran Azərbaycana qarşı radar quraşdırdı...

08.01.2025 | 18:23
Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

08.01.2025 | 18:09
Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

08.01.2025 | 18:00
Deputat Əhliman Əmiraslanov Sabirabadda seçicilərini qəbul edib

08.01.2025 | 17:57
Ekoturizm paytaxtı 2025: Ərzurum qış macəralarına hazırlaşır

08.01.2025 | 17:55
Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

08.01.2025 | 17:42
Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

08.01.2025 | 17:29
Azərbaycanın faşist dövlətlə qonşuluğu uzun çəkə bilməz - xəbərdarlıq...

08.01.2025 | 17:22
Ermənistan-Türkiyə sərhədində rus sərhədçilərin sayı azaldıla bilər

08.01.2025 | 17:17
Ərdəbilin mollası İran rejimini pis duruma saldı - konkret şərt qoyulub...

08.01.2025 | 17:06
Misir Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 16:27
Bələdiyyə seçkilərində neçə namizəd qeydə alınıb?..

08.01.2025 | 16:21
QAİ Mirzoyanı tutarlı arqumentlərlə "vurdu" - Ermənistan insanlıq əleyhinə cinayət törədir...

08.01.2025 | 16:04
"Fransa BTQ-ni ittiham etməkdənsə qanunsuz fəaliyyətlərini dayandırmalıdır" - Abbas Abbasov

08.01.2025 | 15:50
MM-in Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyətə çağırış etdi - Ermənistan bu hərəkətlərinin qarşısı alınmalıdır...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:26
Fransa təşkilatı Bakı Təşəbbüs Qrupuna böhtan atdı - Qrupdan açıqlama gəldi...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO/YENİLƏNDİ

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

08.01.2025 | 09:30
Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı

08.01.2025 | 09:24
Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..

08.01.2025 | 09:15
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb

08.01.2025 | 09:05
Juninyo hansı kluba keçir- "Sevilya"ya, yoxsa “Flamenqo"ya?

08.01.2025 | 09:00
Şəmkirdə ev yanıb

08.01.2025 | 08:40
Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031