Bir günlüyə Bahar Muradovanın vəzifəsində oturdu, BMT-nin baş katibi ilə danışdı - Bakı məktəblisi Əsma Mansurzadə... - FOTO/VİDEO
Bakı şəhərindəki A.Hüseynzadə adına 20 saylı məktəb- liseyin 11- ci sinif şagirdi Əsma Mansurzadənin böyük həyat planları var.Elm və mühəndislik sahəsində böyük uğurlar qazanaraq vətənə, xalqa gərək olmaq arzusu ilə yaşayır.
-- " Məktəb illərində təhsildə uğurlarımla,ictimai fəallıqla, həm yerli , həm də beynəlxalq layihələrdə iştirakımla seçilmişəm.Bunları davam etdirəcəyəm" deyə Əsma bildirir. .
Əsma Mansurzadə Azərbaycanın həm də gənc iqlim elçisidir,COP 29- da iştirak edib, iqlim dəyişikliyi ilə bağlı və yüksək səviyyəli görüşlərdə iştirak edib. Gələcək həyatını da elə bu baza üstündə və bu yöndə qurmaqda qərarlıdır:
-- " Gələcəkdə iqlim elçisi kimi fəaliyyətimi davam etdirərək mühəndislik sahəsində əldə edəcəyim bilikləri ekoloji problemlərin həllinə yönəltmək istəyirəm ".
Esma Mansurzadə Erasmus+ proqramı çərçivəsində Finlandiyada da olub .
COP 29 çərçivəsində BMT- nin baş katibi Antonio Quttereşlə görüşünü və onunla söhbətini xüsusi həvəslə xatırlayır. Axı ingilis dilində çox yaxşı danışır...
-- " İngilis dilini dərslər və beynəlxalq layihələr vasitəsilə təkmilləşdirmişəm " deyir.
Həyatının ən unudulmaz anları kimi Prezidentin qızları Leyla və Arzu xanımla görüşlərini və tanışlığını həmişə xatırladığını deyir .Leyla Əliyevanın kitab təqdimatında onlarla tanış olduğunu deyir və bununla qürur duyur.
Həyatının ən unudulmaz səhifələrindən biri olaraq Azərbaycanda məşhur bir dövlət komitəsi sədrinin postunda oturmasını və onun vəzifəsini icra etdiyini xatırlayır"
" Uşaqlar idaretmədə ( Kids Takeover)" layihəsi çərçivəsində bir günlüyə Ailə, Qadın uçaq problemləri üzrə Dövlət Komitəsinin sədrinin vəzifəsini icra etmişəm.Mənim üçün unudulmaz anlar idi"- deyə bildirir .
Əsmanın başqa uğurları da var .16 saylı musiqi məktəbinin piano ixtisasını da uğurla bitiririb .
Bütün bunlar Bakı məktəblisi Əsma Mansurzadənin hərtərəfli və kamil şəxsiyyət, vətəndaş kimi formalaşmaq yolunun başlanğıcında olduğunu göstərir .Əminik ki, daha böyük və yeni zirvələrə yetişəcək.
Uğurlar arzulayırıq....
İradə Sarıyeva
BMT-in Baş Katibi Antonio Guterres
Saja Abdullah, UNICEF-in Azərbaycandakı Nümayəndəsi
BMT-nin Gənclər İşləri üzrə Köməkçi Baş Katibi
Uşaqlar idarəetmədə(“Kids Takeover”) layihəsi çərçivəsində bir günlük Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə rəhbərlik.