KÖHNƏ VERSİYA            

Ukrayna Rusiyaya veriləcək - silah və əsgər üstünlüyü məsələni həll edir...

Image

Bütün gözləntilərə baxmayaraq, Rusiya-Ukrayna cəbhəsində şiddətli savaş davam edir. Elə bu fonda Ukrayna hərbçiləri yanvarın 5-də Kursk bölgəsində yeni hücuma başlayıb. Bu bilgini yayan Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, əks-hücum Kursk vilayətində Rusiya qoşunlarının irəliləyişinin önünü kəsmək məqsədi daşısa da, ukraynalılar “məğlub edilməkdədir”.

Ukraynalıların məlumatına görə, əks-hücum Suca rayon mərkəzində başlanıb və Kursk şəhərindən 70 km uzaqda yerləşən Bolşoye Soldatskoye yaşayış məntəqəsi səmtində aparılır. Rusiya Müdafiə Nazirliyi isə sərhəddən 15 km məsafədəki Berdin qəsəbəsində əks-hücumun qarşısının alındığını bildirir. Yeni hücumun miqyası və cəbhə xəttində hər hansı bir dəyişiklikliyə yol aça biləcəyi bəlli deyil. Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak deyib ki, Kursk vilayətindən “yaxşı” xəbərlər gəlib və Rusiya “layiq olduğunu almaqdadır”. Ölkənin Milli Güvənlik Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Rusiya qoşunları bir neçə istiqamətdən gözlənilməz hücumlara məruz qalıb. Əks-hücumda zirehli texnikadan, minatəmizləyənlərdən və radiolokasiya sistemlərindən istifadə edildiyi deyilir. Digər iddialara görə, Ukrayna ordusunun hərbi maşınları Kursk vilayətində irəliləyir. Kremlyönlü “Telegram” kanalları baş verənləri xırda təxribat qruplarının hərəkətləri deyil, tammiqyaslı hücum cəhdi kimi qələmə verir.  Son həftələr minlərlə şimali koreyalı hərbçinin dəstəyi ilə irəliləməyi bacaran Rusiya ordusu ötən ilin avqustunda Kursk vilayətinə girən Ukrayna hərbçilərini hələ də tam sıxışdırıb çıxara bilməyib. Rəsmi Kiyev Suca daxil olmaqla 500 kvadratkilometrədək Rusiya ərazisinə nəzarəti əlində saxlayır. Ukrayna prezidenti Volodimir Zelenski  deyib ki, Kursk əməliyyatı Ukraynanın savaşda yenilməsi təəssüratlarının üstündən xətt çəkib: “Kursk əməliyyatı hər şeyi dəyişdi. Bu, önəmli addım idi”. Zelenski onu da bildirib ki, gələcək sülh sazişinin uğuru yalnız ABŞ-nin verdiyi güvənlik zəmanətlərinə söykənməlidir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloqq deyib ki, savaş yaxın aylar ərzində öz həllini tapa bilər. Amma o da faktdır ki, haldan düşmüş Ukrayna qoşunları ölkənin şərqində, donmuş sahələrdə və palçıqlı səngərlərdə canlı qüvvə və silah üstünlüyü olan Rusiya ordusunun önünü kəsməkdə çətinlik çəkir. Xüsusən də Pokrovskda vəziyyət daha da çətinləşir.

Müharibədən öncə əhalisi 60 min nəfər olan Pokrovsk şəhəri Ukraynanın hazırda itirə biləcəyi yerlərdən ən böyüyüdür. Düzdür, belə durumda başqa yerlər də var. Kiyevlə Moskvanı danışıqlara vadar edəcək basqılar güclənsə də, Kreml və Vladimir Putin zərbələrini dayandırmaqda, yaxud Ukrayna və onun Qərb dəstəkçilərinin qəbul edə biləcəyi atəşkəs şərtlərini gözdən keçirməkdə maraqlı görünmür. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya Proqramının direktoru Maks Berqmann  qeyd edir: “Müharibənin gedişi Rusiyanın xeyrinə çevrilib, Rusiya silah və canlı qüvvə üstünlüyündən amansızca yararlanır. İndi Rusiyanın danışıq aparmağa az səbəbi var. Putin böyük ehtimalla müharibədə qalib gələcəyinə inanır. Bu da onun gözündə Ukraynanın Rusiya nəzarətinə tabe etdirilməsi deməkdir”. Daha sakit zamanlarda Donetsk vilayətinin qərbində yerləşən bu şəhər kömür mədənləri, koks və metallurgiya zavodları ilə ad çıxarmışdı. Bir dəmiryol qovşağı və bir neçə iri yol kəsişməsi də burada idi. Bu şəhər həm də ötən əsrin əvvəllərində, Qərbdə bu gün də çox məşhur olan “Şşedrik” Milad mahnısını bəstələyən Mikola Leontoviçin vətənidir. Rusiya qoşunları bu ilin əvvəllərində Avdeyevkanı ələ keçirəndən sonra Ukraynanın təchizat xətlərini kəsmək üçün qərb və şimal-qərb istiqamətində hərəkət edib. Qərbə aparan E50 magistral yolu Pokrovsku Ukraynanın dördüncü ən iri şəhəri olan Dnepr ilə birləşdirir. Şərq və şimal-şərqə doğru uzanan T0504 magistral yolu isə Pokrovsku Rusiyanın ələ keçirməyə çalışdığı daha bir dəmiryol qovşağı olan Konstantinovkaya bağlayır.  Ukraynanın “Xortitsya” qoşun qruplaşmasının sözçüsü Viktor Trequbov qeyd edir: “Hazırda düşmən Pokrovskda döyüş aparmağa ümid etmir, ancaq şəhərin yanından keçərək təchizat zəncirini qırmağa çalışır”. ABŞ ordusunun Əlahiddə Qüvvələrinin istefada olan polkovniki Liam Kollinz deyib ki, Rusiya qoşunları sülh danışıqlarından öncə daha çox ərazi ələ keçirməkdən ötrü Pokrovskun yanından keçməyə çalışa bilər. Pokrovskun özü Donetsklə Dnepropetrovsk bölgələrinin inzibati sərhədindən 18 kilometr aralıdadır. Onun sözlərinə görə, onların, məsələn, Baxmut şəhərinin ələ keçirilməsi zamanı baş verən amansız şəhər döyüşlərindən yayınmaq ehtimalı daha böyükdür: “Ruslar da, istənilən başqa ordu kimi, şəhərin yanından keçməyə, içəridəki döyüşçülərin təchizat xətlərini kəsməyə, onların çıxmasını və son nəticədə çox ciddi döyüşsüz təslim olmasını gözləməyə üstünlük verəcəklər”. Pokrovskdan təxminən 30 kilometr cənubdakı Ukrayna qüvvələri rusiyalıların irəliləməsini yavaşıtmaq üçün Vovça çayının üzərində tikilmiş Kuraxovo su anbarından yararlanmağa çalışıb. Rusiya qoşunları noyabrın sonu və dekabr ayında su anbarının şimal tərəfi boyunca irəliləyib. Su anbarının qərb səmtində yerləşən damba isə qismən dağıdılıb. Onun Ukrayna, yaxud Rusiya tərəfindən dağıdıldığı bilinmir. Su anbarının cənub sahillərindəki Ukrayna qoşunları şərq istiqamətindən irəliləyən Rusiya qoşunlarının hücumları nəticəsində Kuraxovo şəhərinə nəzarəti itiriblər. Yalnız şəhərin qərbində yerləşən sənaye rayonları Ukraynanın nəzarətində qalıb. Cənub-qərb istiqamətində Rusiya qoşunları H15 Donetsk-Zaporojye magistral yolunu da təhdid edib. Bu, Kuraxovodan qərb istiqamətinə gedən mühüm təchizat yoludur. Polşada yaşayan, Ukraynanı vaxtaşırı ziyarət edən hərbi təhlilçi Konrad Muzıka deyir ki, qoşunlarının gücünü artırmaqla bağlı Ukraynanın uzun zamandan bəri davam edən problemləri Kuraxovonun müdafiəsində özünü aydın göstərir: “Bölgənin landşaftı müdafiə əməliyyatları üçün əlverişli olsa da, Ukrayna ordusu mövcud canlı qüvvə çatışmazlığına görə bu təbii imkanlardan yararlanıb düşmənin irəliləyişini dayandıra bilmir. Canlı qüvvə çatışmazlığı onların Rusiyanın ərazidəki üstünlüyünü bitirə biləcək əkshücum həyata keçirmək imkanını da məhdudlaşdırır”. Kiyevdə fəaliyyət göstərən hərbi təhlilçi Mixaylo Jiroxov deyir ki, Kuraxovonun müdafiəsi, əslində uğursuzluğa məhkumdur: “İndi onlar bu müdafiəni yalnız siyasi səbəblər üzündən saxlayırlar. Şəhərin itirilməsi prezident ofisinə çox pis hədiyyə olardı. Bu, ona güvən reytinqini çox aşağı salardı”.

Samirə SƏFƏROVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

07.01.2025 | 21:27
"Fransa Prezidenti şəxsən onlara zəng edərək, Bakıya getməməyi tövsiyə edirmiş" - Prezident Əliyev Makronu ifşa etdi

07.01.2025 | 21:21
Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

07.01.2025 | 21:14
"COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur" - Prezident İlham Əliyev

07.01.2025 | 21:11
Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

07.01.2025 | 20:55
Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

07.01.2025 | 20:53
Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

07.01.2025 | 20:47
"İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq" - Prezident

07.01.2025 | 20:44
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

07.01.2025 | 20:37
Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

07.01.2025 | 20:22
Afrika dövlətləri Makrona qarşı qalxdılar - "Afrika xalqları ilə danışmağı öyrən"...

07.01.2025 | 20:08
Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

07.01.2025 | 19:53
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

07.01.2025 | 19:40
10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

07.01.2025 | 19:26
Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...

07.01.2025 | 19:17
"Stratfor" kəşfiyyat qrupu - “ABŞ Ermənistana dəstək verməyəcək...”

07.01.2025 | 19:03
Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

07.01.2025 | 18:49
Makron Gürcüstanda da "yandı"...

07.01.2025 | 18:35
Makron əvvəlki prezident Sarkozidən ya qisas alır, ya da xalqın qəzəbini başqa yerə yönəldir...

07.01.2025 | 18:20
90-larda ermənilərin Bakı və Sumqayıtdan kütləvi gedişinin sirri açıldı - Ter düzünü dedi...

07.01.2025 | 18:06
İran Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəyişir...

07.01.2025 | 17:52
Sərhədlərdə yenidən atəş açıldı - Ermənistan kimlərə güvənir?

07.01.2025 | 17:39
Təyyarə cinayətinə bulaşmış "Rusiya nümayəndələrindən" hələ xəbər yoxdur...

07.01.2025 | 17:26
Türkiyə terrorun kökünü kəsə biləcəkmi?..

07.01.2025 | 17:23
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verdi

07.01.2025 | 17:12
Braziliya Azərbaycanın "qara qutu"sunun açılmasında nə qədər obyektiv olacaq?

07.01.2025 | 17:00
Rusiya səmasında ABŞ və rus sistemlərinin rəqabəti – Ukraynanın atdığı ATACMS raketlərinin heç biri S-400-ləri aşa bilmədi...

07.01.2025 | 16:47
İdman, gənclərin fiziki inkişafı və dövlət siyasəti - Prezident nələrə yekun vurdu...

07.01.2025 | 16:35
Qəhrəmanlığı dillərdə dastan olan Ramil...

07.01.2025 | 16:12
Prezident Vergi Məcəlləsində dəyişikliklə bağlı fərman imzaladı

07.01.2025 | 16:05
Azərbaycanda yeni rüsumlar təsdiqləndi

07.01.2025 | 15:57
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işçilərin əməkhaqları artırıldı

07.01.2025 | 15:48
Abdullah Gül Prezident İlham Əliyevə başsağlığı verdi

07.01.2025 | 15:40
AZAL-ın təyyarəsinin “qara qutu”su açıldı - məlumatlar Qazaxıstana göndərildi...

07.01.2025 | 15:17
"Almaniya və Fransa rəsmilərinin başqa ölkənin seçkilərinə müdaxilə ilə bağlı nəsə deməsi çox ironikdir" - Şalva Papuaşvili

07.01.2025 | 14:33
"Fransada yeni seçkilərin keçirilməsi siyasi böhranın ən yaxşı həlli olacaq" - Gürcü spikeri

07.01.2025 | 14:18
Ermənistandakı Azərbaycanın tarixi və mədəni irsi: Ermənistanın onu qorumaq və bərpa etmək öhdəliyi

07.01.2025 | 14:11
Fransanın casus şəbəkəsi Bakıda nələrə cəhd edib… Məhkəmədə yeni məqamlar açıldı...

07.01.2025 | 13:57
Qərbin yalan vədlərinə inanan Ermənistan xalqını fəlakətə sürükləyir

07.01.2025 | 13:49
Beyləqanda sərxoş halda avtomobil idarə edən sürücü həbs edildi

07.01.2025 | 13:35
Kobaxidze Makronu yalan danışmaqda ittiham etdi - Qoy qurban verdikləri Ukraynaya nəzər salsın...

07.01.2025 | 13:25
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə başsağlığı verib

07.01.2025 | 13:22
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

07.01.2025 | 13:17
İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edildi

07.01.2025 | 13:04
Спасибо Казахстану! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.01.2025 | 12:46
Xaçmazda evlərə qənim kəsilən Samir Əhmədov yaxalandı

07.01.2025 | 12:05
Mərkəzi Bankda yeni təyinatlar olub

07.01.2025 | 12:00
Saray qəsəbəsində qadın meyiti tapılıb

07.01.2025 | 11:30
Mədəniyyət naziri Şamaxıda vətəndaş qəbulu keçirəcək

07.01.2025 | 11:20
Kəngərli ərazisində hərbi sursat aşkarlanıb

07.01.2025 | 11:10
Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib

07.01.2025 | 11:10
İtkin düşmüş Salyan sakini qəsdən öldürülüb - Baş Prokurorluq və DİN birgə məlumat yayıb

07.01.2025 | 11:05
Tək daş üzük taxdı, "nişanlanıb" deyə car çəkdilər...

07.01.2025 | 11:03
Erməni məsələsi Azərbaycanda niyə doğru anlaşılmır? - CANLI

07.01.2025 | 11:00
Şifrəsi açılan “qara qutu”lar Qazaxıstana göndərilib - Braziliya portalı

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031