ABŞ-da H5N1 quş qripindən ilk ölüm qeydə alındı, alimlər həyəcan təbili çalır...
ABŞ-ın Luiziana ştatında H5N1 növlü quş qripindən ilk ölüm halı qeydə alınıb. Bu barədə yerli səhiyyə departamentinin saytında məlumat verilib. Qeyd olunub ki, xəstənin yaşı 65-dən yuxarı olub və əvvəllər ona digər müşayiət olunan xəstəliklər diaqnozu qoyulub. Yoluxma həm ev, həm də vəhşi quşlarla təmasdan sonra baş verib. Luiziana Səhiyyə Departamenti bildirib ki, bu hal hələlik ştat ərazisində qeydə alınmış yeganə haldır və nəticədə sakinlər arasında H5N1 quş qripinin yayılma riski aşağı səviyyədə qalır.
Skripps İnstitutunun alimləri isə xəbərdarlıq ediblər ki, bu virusda tək bir dəyişiklik H5N1 ştammını insanlar arasında sürətlə yayılan hala gətirə bilər ki, bu da yeni pandemiyaya səbəb ola bilər.
Mətləb Salahov