Makron əvvəlki prezident Sarkozidən ya qisas alır, ya da xalqın qəzəbini başqa yerə yönəldir...
Əli Orucov: "Onun prezidentlik dövründə Fransa çox böyük siyasi itkilər verib, nüfuzdan düşüb, aparıcı mövqelərini itirib"
Erməniləri fransalıların "bacısı" adlandıran eks-prezident Nikolya Sarkozinin cinayət işi artıq on ilə yaxındır ki, davam edir. Bəzi ekspertlər arasında artiq aforiznə çevrilib ki, bu maddə ilə Nikolya Sarkoziyə vaxtında həbs cəzası verilsəydi, cəzasını 6 il əvvəl çəkib bitirmişdi. Lakin bu iş bitib-tükənmək.bilmir...
Paris Kassasiya Məhkəməsi Fransanın keçmiş prezidenti, 69 yaşlı Nikolya Sarkoziyə qarşı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı: üç il həbs, o cümlədən bir il real həbs (elektron bilərzik taxmaqla - korrupsiya, təsir ticarəti və istintaqa təzyiq).
Keçmiş dövlət başçısı vəkili Thierry Herzog ilə birlikdə 2014-cü ildə Kassasiya Məhkəməsinin yüksək səviyyəli hakimi Gilbert Azibert ilə məlumat əldə etmək və iştirak etdiyi başqa işə təsir etmək üçün "korrupsiya müqaviləsi" bağlamaqda təqsirli bilinib.
Məhkəmə Sarkozinin məlumat müqabilində Monakoda vəzifə əldə etmək üçün Aziberti müdafiə ilə təmin etdiyini sübuta yetirib. Hersoq Sarkozi ilə Azibert arasında vasitəçi rolunu oynayıb.
Hər üç şəxs üç il müddətinə azadlıqdan məhrum edilib, həmçinin əvvəlki fəaliyyətlə məşğul olmaq üçün üç il müddətinə qadağa qoyulub. Üç il ərzində Sarkozinin də seçkilərdə iştirakına qadağa qoyulub.
Qanunun düzgün tətbiqini təmin etmək üçün məsul olan Kassasiya Məhkəməsi (Fransanın ən yüksək məhkəməsi) beləliklə, bu uzun sürən məhkəmə prosesində hər hansı məhkəmə pozuntusunu istisna etdi.
İndi Sarkozi elektron qolbağını taxmaq üçün islah işləri üzrə hakim qarşısına çağırılacaq.
Vəkili bildirib ki, siyasətçi Kassasiya Məhkəməsinin qərarına tabe olacaq, lakin təqsirsizliyində israrla Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.
Xüsusilə hüquqşünaslar Nikolya Sarkozinin telefon dinləmələrinin qanuniliyinə etiraz edərək, onun Thierry Herzog ilə şəxsi söhbətlərinin "ona qarşı istifadə edilə bilməyəcəyini" iddia edirlər.
Onun vəkili Patris Spinosi Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2016-cı il tarixli qərarına istinad edərək, “Nicolya Sarkozinin vəkili ilə söhbəti əsasında cinayət məsuliyyətinə cəlb edilə bilməz” deyir.
Nikolya Sarkoziyə qarşı məhkəmə 2020-ci ilin noyabrında onun artıq prezident postunu tutarkən L'Oreal kosmetika şirkətinin həmsahibi, milyarder Liliane Bettencourt-un pulu maliyyələşdirmək üçün istifadə etdiyi ianələrlə bağlı istintaqa təsir göstərməyə cəhd etdiyi şübhəsi ilə başlayıb.
2013-cü ildə Sarkozi bu ittihamdan bəraət aldı, lakin onun vəkili ilə başqa bir iş üzrə istintaq çərçivəsində dinlənilən telefon danışıqları istintaqa yeni sübutlar əldə etməyə imkan verdi.
2021-ci ildə Sarkozi 3 il həbs cəzasına məhkum edildi, iki il cəzası şərti verildi. O, daha bir il ev dustaqliğinda qalmalı və elektron qolbaq taxmalı idi.
17 may 2023-cü ildə Paris Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxladı.
2021-ci ilin sentyabrında Sarkozi də 2012-ci ildə seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə (əslində 22,5 milyon avroluq qanuni xərc həddini aşmaqla) bağlı “Bygmalion işi” adlanan iş üzrə bir il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi.
Ekspertlərin fikrincə, bütün bu işlərin arxasında Emmanuel Makron durur. Makronun bu işdə məqsədi nə ola bilər?
“Bakı-Xəbər” qəzetinə açıqlamasında politoloq Əli Orucov bildirdi ki, Fransainin indiki rəhbəri E.Makronun hakimiyyəti dövrü bu ölkənin beynəlxalq nüfuzunun zəifləməsi və daxili istiqrarsızlığı ilə yadda qalacaq: "Bir zamanlar dünya siyasətinin müəyyənləşdirilməsində xüsusi rolu olan Fransa öz mövqelərini sürətlə itirməkdədir. Afrikadakı mövcudluğuna son qoyulması, kaloniyalarında artan ciddi etirazlar, müttəfiqləri arasında etibarını itirməsi, daxildə qeyri stabillik, cəmiyyətdəki kəskin ziddiyyətlər və s. Makron hakimiyyətinin Fransa üçün yaratdığı acı nəticələrdi. Onun siyasi rəqiblərinə qarşı münasibətləri də zaman-zaman Fransanın özündə belə tənqid olunub. Makron bütün günahları həmişə başqa yerlərdə axtarıb. Fransadakı böhranı öz yarıtmaz fəaliyyətindən deyil, rəqiblərindən görür. Sabiq prezidentlə bağlı məhkəmə araşdırmaları çoxdan başlamışdı. Makron bu prosesdən öz məqsədləri üçün istifadə edir. Hələ bilmək olmaz hakimiyyətdən getdikdən sonra Makron özü hansı ittihamlarla üzləşəcək. Onun prezidentlik dövründə Fransa çox böyük siyasi itkilər verib, nüfuzdan düşüb, aparıcı mövqelərini itirib, Makronun şəxsi ambisiyaları və maraqları dövlətdən üstün tutulub. Görün Makron Fransanı nə həddə çatdırıb ki, Azərbaycanı onun daxili işlərinə qarışmaqda suçlayır. Halbuki. Azərbaycanın xarici siyasəti dostluğa, qarşılıqlı və bərabərhüquqlu əməkdaşlığa, kolonializmə qarşı mübarizəyə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına köklənib. Makron özündən qabaqkı hakimiyyəti gözdən salmaqla özünü sığortalamaq istəyir. Məhz Sarkoziyə münasibət də belədir. Hesab edirəm ki, Makronu da eyni aqibət gözləyir".
Dəniz NƏSİRLİ