Şifrəsi açılan “qara qutu”lar Qazaxıstana göndərilib - Braziliya portalı
Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin “qara qutu”larının təhlilini Braziliyada Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) başa çatdırıb. Bu barədə Braziliyanın G1 portalı məlumat yayıb. Portalın xəbərində qeyd olunur ki, araşdırmada iştirak edən mənbələrin sözlərinə görə, iki qeydiyyat cihazında olan məlumatların çıxarılması, əldə edilməsi və yoxlanılması başa çatıb.
“O Globo” nəşrinin yazdığına görə, qurum artıq müvafiq məlumatları Qazaxıstana göndərib. Avadanlıq yanvarın 1-də Braziliya ərazisinə gətirilib və növbəti gün onun təhlilinə başlanılıb.
Mətləb