Azərbaycanda şəxsi təyyarə sahibləri...
"Eyni buraxılış tarixi olan helikopterlərin qiyməti bir-birindən kəskin fərqlənə bilər"
Bu günlərdə elan edildi ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) balansında olan hava nəqliyyatı vasitələri - dörd helikopter 30 yanvar 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq.
Məlumat üçün bir daha qeyd edək ki, hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir; ”Azərbaycan Hava Yolları” QSC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Hərraca çıxarılan helikopterlərin texniki göstəriciləri barədə məlumatlar aşağıdakı kimidir.
2004-cu il buraxılışlı "SUPER PUMA AS 332 L1" helikopteri İspaniyada istehsal edilib.
AS 332 "Super Puma" (Fransız Aérospatiale AS.332 Super Puma) - Airbus Helicopters H215 (əvvəllər Eurocopter AS332 Super Puma) Fransız Aerospace şirkəti tərəfindən dizayn edilmiş və ilkin olaraq istehsal edilmiş orta ölçülü dörd qanadlı iki mühərrikli helikopterdir. Sonradan Eurocopter və Airbus Helicopters törəmə şirkətləri tərəfindən istehsal edildi. Super Puma orijinal Aérospatiale SA 330 Puma-nın yenilənmiş və daha böyük versiyasıdır. Helikopterin ilkin hərrac qiyməti 1 milyon 239 min manat müəyyənləşdirilib.
Bununla yanası hərraca iki ədəd 2005-ci il buraxılışlı "Eurocopter EC155" markalı helikopter çıxarılıb.
Airbus Helicopters H155 (əvvəllər Eurocopter EC155 ) mülki aviasiyada istifadə üçün Dauphin ailəsinin törəmə şirkəti olan Eurocopter tərəfindən hazırlanmış uzun mənzilli orta qaldırıcı sərnişindaşıma helikopteridir. Bu, iki mühərrikli hava gəmisidir və müştərinin təklif etdiyi konfiqurasiyadan asılı olaraq 1 və ya 2 ekipajla birlikdə 13 sərnişini daşıya bilər. Helikopter sərnişin daşımaları, dənizdə dəstək, VIP korporativ daşımalar və zərərçəkənlərin daşınması üçün nəzərdə tutulur. 2015-ci ildə EC155 rəsmi olaraq Eurocopter-in Airbus Helicopters kimi korporativ rebrendinqinə uyğun olaraq H155 adlandırıldı. Bu modelin Airbus Helicopters H160 versiyası daha çox uğur qazanıb. Helikopter Almaniyada istehsal edilib.
Helikopterlərdən birinin start qiyməti 644 min, digərinin qiyməti isə 508 min təşkil edir.
Hərraca çıxarılan dördüncü helikopter 1992-ci ildə Rusiyada istehsal olanan "Mi-8MTV-1" hava gəmisidir.
Mil Mi-8 (rus: Mi-8, NATO hesabat adı: Hip) ilk olaraq 1960-cı illərdə Sovet Mərkəzi Aerohidrodinamik İnstitutu (TsAGI) tərəfindən dizayn edilmiş və 1968-ci ildə Sovet Hərbi Hava Qüvvələrinə təqdim edilmiş orta ölçülü iki turbinli helikopterdir. Hava gəmsi modelinin Rusiyada istehsalı hələ 2024-cü ilə qədər davam edib. Nəqliyyat kimi ən ümumi roluna əlavə olaraq helikopter, həmçinin hava-desant komanda məntəqəsi, silahlı döyüş gəmisi və kəşfiyyat platforması kimi istifadə olunur.
Helikopter Mi-8MTV-1 yüksək hündürlükdə daşıma helikopteri Mi-8T helikopterinin müasir modifikasiyasıdır. O, daha güclü elektrik stansiyası, dəyişdirilmiş avionika və gövdə dizaynında bir sıra dəyişikliklərə malikdir. Helikopter unikal uçuş texniki və istismar xüsusiyyətlərinə malikdir. Demək olar ki, bütün iqlim şəraitində istifadə edilə bilər. Mi-8MTV-1 helikopterinin konstruksiyası və avadanlığı onu təchiz olunmamış meydançalarda avtonom şəkildə idarə etməyə imkan verir.
Helikopterin təcili yardım versiyası da var.
Adının çəkilməsini istəməyən aviyasiya muhəndisi bildirdi ki, artıq Azərbaycanda özəl mülki aviasiya onilliklərdir ki, inkişaf etməkdədir: "Onların fəaliyyəti "Apviasiya haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bununla yanaşı, özəl mülik aviasiya fəaliyyəti ilə məşğul olan sahibkar həm də xüsusi lisenziya almalıdır. Elan edilən hərraclarda da məhz belə bir lisenziyası olan sahibkarlar iştirak edə biləcək. Həmin lisenziyanın alınması üçün sahibkar müəyyən göstəricilərə malik olmalıdır. Buraya peşəkar pilotla, helikopterə xidmət üçün digər peşəkar qurumlar və ya şəxslərlə müqavilə və s. daxildir. Güman edirəm ki, bu helikopterlərin hamısını və ya əksəriyyətini SOCAR alacaq. Çünki hazırda SOCAR-ın belə hava nəqliyyatına ciddi ehtiyacı var".
Mütəxəssis helikopterlərin satışa çıxarılması səbəbi və qiymətləndirilməsi barədə bildirdi ki, görünür, bu helikopterlərin təmirə ehtiyacı var: "Yəqin ku, AZAL mütəxəssusləri onların təmirə göndərilməsindənsə, satılıb yenilənməsini daha səmərəli sayıblar. Ona görə də belə qərəra gəliblər. Amma dünyanın əksər şirkətkəri, xüsusilə də postsovet məkanı ölkələrinin şirkətləri belə helikopterləri heç də köhnə hesab etmirlər. Onları cari təmirə saxlayıb, uzun müddət istifadə edirlər. Elə şirkətlər var ki, ötən əsrin 70-ci illərində istehsal edilmis helikopterləri hələ də istismarda saxayır. Elə SOCAR-ın helikopterlərinin böyük əksəriyyəti 70-80-ci illərdə istehsal edilib
Qiymətləndirməyə gəldikdə isə, bu, əsasən laynerin texniki vəziyyətindən asılı olan bir məsələdir. Eyni buraxılış tarixi olan helikopterlərin qiyməti bir-birindən kəskin fərqlənə bilər. Bu, maşinların texniki göstəricilərindən asılıdır. Ola bilər ki, eyni ildə istehsal edilən helikopterlərdən birinin təmirinə 100 min, digərinin təmirinə isə 500 min manat vəsait tələb edilsin".
Akif NƏSİRLİ