Kobaxidze Makronu yalan danışmaqda ittiham etdi - Qoy qurban verdikləri Ukraynaya nəzər salsın...
“Hamı dağılmaq üçün qurban verilən Ukraynaya baxmağa üstünlük verir. Rusiya harasa müdaxilə etdikdə və qonşu dövlətlərdən söz düşəndə yada Ukrayna düşür və hamı məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmağa üstünlük verir”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Prezidentinin bəyanatları ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu gün hamının üzləşdiyi əsl problem dağıdılmış Ukraynadır.
“Fransa Prezidenti məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmalıdır. Mən əsl problemin nə olduğunu deyirəm. Yalanlara şərh verə bilmərəm. Mən hamının üzləşdiyi problemi şərh edirəm - bu, məhv edilmiş Ukraynadır”, - deyə İrakli Kobaxidze bildirib.
Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri ötən gün “X” sosial şəbəkəsində yazıb ki, Fransa Prezidenti Emmanuel Makron çıxışlarının birində keçmiş Prezident Salome Zurabişviliyə, Tbilisidə keçirilən mitinq iştirakçılarına yüksək qiymət verib. O iddia edib ki, Gürcüstanda yeni seçkilər keçirilməsi böhranın yaxşı həlli ola bilər.
ZÜMRÜD