Bu ölkədə prezidentin həbs olunması polisə tapşırıldı
Cənubi Koreya Prezidenti Yun Sok Yolun qiyam cəhdində iştirakını araşdıran istintaq qrupu polisdən Prezidenti həbs etməyi istəyib. Korrupsiyaya qarşı İstintaq Ofisi məhkəmənin yanvarın 6-da başa çatmalı olan order qərarının icrasını rəsmi olaraq polisə həvalə edib. Polis hazırda prezidentin saxlanılması üçün hüquqi vəziyyəti təhlil edir.
Bildirilir ki, Prezidentin saxlanılması yanvarın 6-da baş tutmazsa, onda Korrupsiyaya qarşı İstintaq Ofisi məhkəmədən orderin qüvvəsini uzatmağı istəyəcək.
Mətləb