Yeni ilin ilk iş həftəsi tıxaclarla başladı...
Metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Buna səbəb Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində texniki nasaz nəqliyyat vasitəsinin yolda qalmasıdır. Bu səbəbdən həmin istiqamətində sıxlıq yaranıb. Bildirilib ki, yol polisi tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.