"Terror problemi Türkiyənin gündəmindən çıxarılacaq" - Ərdoğan Trabzonda bəyan etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla bağlı mühüm açıqlamalarla çıxış edib. Türkiyə lideri, həm ölkə daxilində, həm də xaricdə antiterror əməliyyatlarını davam etdirmək əzmində olduğunu bildirib.
Hakim Ədalət və İnkişaf Partiyasının Trabzon vilayətində funksionerləri qarşısında çıxış edən dövlət başçısı terror probleminin Türkiyənin gündəmindən çıxarılacağına əminliyini ifadə edib. “Rəsmi Ankara ölkədə sabitliyin pozulması, qarşıdurma və gərginliyin artırılması cəhdlərinə qarşı yaxşı düşünülmüş siyasət yürüdür. Terrorun mənbəyində məhv edilməsi strategiyası öz bəhrəsini verir”, - Ərdoğan vurğulayıb.
Mətləb Salahov