KÖHNƏ VERSİYA            

"Rəsulzadənin məzarı başında dedim ki, rahat ol, Xankəndimizə də bayraq sancıldı" - Hikmət Xudiyev

Image

“Mən tariximizə qürur gətirəcək bu tarixi hadisəni Ankarada eşitdim və Vətən təşnəsi ilə seyr etdim”

 “Böyüyüb ərsəyə çatdığım evin yaxınlığında Azərbaycan Bayrağını gördükcə...”

Müsahibimiz Xankəndi şəhərində doğulub böyüyən, Xankəndi Pedaqoji İnstitutunun məzunu, Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevdir (Cəmilzadə). H.Xudiyevlə Xankəndinin dünənindən və bugünündən danışdıq... 

- Hikmət müəllim, heç ağlınıza gələrdimi ki, bir gün Xankəndi  azad ola bilər?

- 44 günlük müharibəyə qədər Xankəndinin azad olması, ulularımızın əmanəti olan bu gözəl və bənzərsiz diyarda Azərbaycan Bayrağının dalğalanması ağlıma gəlməsə də, işğalın ilk günlərindən uca Allahın ilahi qüdrətinin ədalətinə həmişə ümidli olmuşam.                                                       

- Prezident İlham Əliyev Xankəndiyə bayraq sancanda hansı hisslər keçirdiniz?

- Mən  tariximizə qürur gətirəcək bu tarixi hadisəni Ankarada eşitdim və Vətən təşnəsi ilə seyr etdim. Əməkdar jurnalist olsam da, o an keçirdiyim hissləri vəsf etməyə acizəm. Bir zamanlar  Azərbaycana qarşı qanlı çinayətlərin mayasının qoyulduğu, ətrafında ağrılı-açılı anlar yaşadığımız “obkom”un binası adlanan inzibati binanın qarşısında Azərbaycan Bayrağının ucalmasını seyr edərkən gözlərimə inana bilmirdim. Qeyri-ixtiyari olaraq “Allahu əkbər!” hayqırtımdan ətrafımdakılar da çaş-baş qalmışdı. O tarixi anları ekran qarşısında izləyərkən sevincdən yaşaran gözlərimin önünə bir anlığa 1945-ci ilin yayında Moskvada keçirilən Qələbə paradı gəldi. Xankəndidə müzəffər Ali Baş Komandanımız İlham Əliyev Azərbaycan Bayrağını ucaldanda qürur hissi keçirdim ki, Stalin kimi xalqına Qələbə sevincini yaşadan qalib, əzəmətli və qüdrətli dövlət başçımız var. 

Yəqin mənimlə razılaşarsınız ki, Xankəndinin düşməndən təmizlənməsi digər rayonlarımızın işğaldan azad olunmasından daha möhtəşəm bir tarixi hadisədir. Bu hadisə sanki  bir fəthdir. Müzəffər Ali Baş Komandaımızın  Xankəndiyə bayraq sancması ilə kirovların, mikoyanların, mirzoyanların, orconikidzelərin, qorbaçovların və s. milli maraqlarımıza qarşı törətdikləri əməllərinin nəticələri tarixin arxivinə atıldı. 

- Bayrağın dalğalandığını görəndə ürəyinizdən nə keçdi?

- Diqqətinizə çatdırım ki, müzəffər Ali Baş Komandaımızın  Xankəndidə bayraq taxdığı yerlə mənim 1989-ci ilə qədər yaşadığım evin arası çox yaxındı – məsafə 100 metr ola, ya olmaya. Böyüyüb ərsəyə çatdığım evin yaxınlığında Azərbaycan Bayrağını gördükcə, o tarixi anların nəhəng möhtəşəmliyini və əzəmətini duyduqca ürəyimdən keçirdi ki, kaş Qarabağ nisgili ilə dünyasını dəyişən valideynlərimiz, digər doğmalarımız, dostlarımız da Xankəndidə, məhz Xankəndidə Azərbaycan Bayrağının dalğalanmasının sevincini yaşayaydılar.

Mən Xankəndidəki paradı seyr edərkən sonsuz sevinc hissi keçirtdim ki, onilliklər boyu azərbaycanlıların çıxmadığı tribuna arxasında sevimlimiz, fəxarət ünvanımız İlham Əliyev paradı qəbul edir.

Müzəffər Ali Baş Komandaımızın  Xankəndiyə bayraq sancmasından sonra mən M.Ə.Rəsulzadənin məzarını ziyarət etdim. Bir sıravi vətəndaş olaraq məzar önündə pıçıldadım ki, “Rahat uyu, Xankəndidə də üçrəngli bayrağımız ucaldı!” və Uca Allahdan dilədim ki, o bayraq bir daha enməsin.

- Siz həm Xankəndidə anadan olmusuz, həm də ali təhsilinizi Xankəndi Pedaqoji İnstitutunda almısınız... Bu ali məktəbi necə xatırlayırsınız?

- Bəli, ilk ali təhsilimi ümummilli liderimiz Heydər Əliyevin birinci hakimiyyəti illərində - 1973-cü ildə yaradılmış Xankəndi Pedaqoji İnstitutunda almışam. Bu təhsil ocağında gəncliyimizin ən xoş anları keçsə də, burda da “xalqlar dostluğu” pərdəsi arxasında gizlənmiş separatçı qüvvələrin fəaliyyətini daim hiss etmişik. 1988-ci ilin may ayında azərbaycanlı müəllim və tələbələr institutdan qovuldular. Həmin o müdhiş anlarda tarix fakültəsinin dekanı, ağdamlı Süleyman Zeynalov başda olmaqla, sinəsini vəhşiləşmiş ermənilərin  qarşısına verərək azərbaycanlı tələbə qızların şərəf və ləyaqətini qoruyan müəllərimizi böyük ehtiram və sevgi ilə xatırlayıram. Və hesab edirəm ki, həmin günü o müəllimlər özlərinin qeyrət təəssübkeşlikləri ilə tələbələrinə 4 illik tədris dövründə öyrətdiklərindən daha vacib məsələləri anlatdılar, vətənpərvərlik dərsi keçdilər. 

- Tələbə vaxtı erməni tələbələrlə münasibətlər necə idi? Yoldaşlıq, dostluq edirdizmi?

- Bütün şagird və tələbə yoldaşlarım, məni tanıyanlar bilir ki, mənim Xankəndidə heç bir erməni ilə nəinki dostluğum, heç adi tanışlıq münasibətim də olmayıb, o cümlədən də tələbəlik illərində də.  Mən asudə vaxtlarımı Şuşada, daha çox isə Ağdamda keçirmişəm. 

- Sonuncu dəfə Xankəndidə nə vaxt olmusunuz?

- 1989-cu ilin əvvəllərində. O anların da acı xatirələri  qəzetə sığan mövzu deyil, İradə xanım... 

- Ermənilər Xanın kəndinin adını dəyişib ona  quldur Şaumyanın adını verib  Stepanakert etmişdilər. Bu gün Şaumyanın da heykəli götürülüb, Stepanakert də tarixin qaranlığına yuvarlanıb. Bunları duymaq necə bir hissdir?

- Bəli, AK(b)P  1923-cü il 18 sentyabr tarixli iclasının qərarı ilə Xankəndinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Təəssüf ki, bu qərara imza atanlar arasında azərbaycanlılar da olub.  Bu, tarixi bir ədalətsizlik idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi"… xəritələrdə bütün adlar əzəli adları ilə göstərilib. Stepanakert adlı şəhər yoxdur. Orada Xankəndi var. «Stepanakert» sözü bolşevik Stepan Şaumyanm adından götürülüb. O adamın ki, Azərbaycan xalqının, günahsız adamların qanını axıtmışdır, a zərbaycanlılara qarşı soyqırımı törətmişdir".

Şaumyanın heykəlinin uçurulmasına gəldikdə isə, bu xəbər “canıma sarı yağ kimi yayıldı”.  Xankəndidə, ətraf yaşayış məntəqələrində də Şaumyanın heykəli kimi milli məfkurəmizə zidd olan çox şeylər dəyişməlidir.  İndi Xankəndi və ətrafdakı yaşayış məntəqələrinin “libası” dəyişdirilməli, Qarabağın hər qarışından Azərbaycan ətri gəlməlidi.

- Uzun illər sizin doğma şəhərinizdə separatçılar gəzib-dolaşırdı, bunu necə qarşılayırdınız? "Miatsum" Xankəndidə başladı, erməni separatçıları bu şəhərdə öz çirkin mahiyyətləruni ortaya qoydu. Yadınızda nə qalıb o illərdən?

- Əsrlərdir ki, zaman bizim əlehimizə işləyib. Başqa cür ifadə etsək, uzun illər ermənilərin Qarabağda at oynatmasının qarşısını ala bilməmişik, bu və digər səbəblərdən milli maraqlarımıza laqeyd olmuşuq. Tarixə nəzər salaq. 

Qarabağ heç bir vaxt ermənilərin vətəni olmayıb. XIX əsrin əvvəllərində ermənilər İrandan köçürülərək Xankəndidə yerləşdirilib və burada etnik tərkibi dəyişib. 1813-cü ildə Xankəndidə heç bir erməni  yaşamadığı halda, artıq 1847-ci ildə burada 80 erməni ailəsi yaşayırdı. Beləliklə, zaman-zaman Qarabağda, o cümlədən Xankəndidə ermənilər yerləşdirilərək ulularımızın əmanəti olan torpaqlarımızı ələ keçirtmək üçün min cür fitnə-fəsada əl atdılar. Azərbaycanda 1920-ci ilin aprel çevrilişindən sonra Xankəndidə həyata kecirilən tədbirlər ermənilərin qol-qanadını açdı. Sovet rejimi qurulduqdan sonra ermənilərin ərazi iddiaları yenidən baş qaldırdı. Keçmiş “Dağlıq Qarabağın” hər yerində erməni quldur dəstələrinin fəaliyyəti genişləndi. Onlar yerli azərbaycanlıları talayır, ev-eşiklərini yandırdılar, mal-qaralannı, qoyun surulərini qarət etdilər. Erməni quldurlarının məqsədi “Dağlıq Qarabağda”, o cümlədən Xankəndidə yaşayan azərbaycanlıları tamamilə məhv etmək və bu ərazini Ermənistanla birləşdirmək idi. Çox təəssüflər olsun ki, Bakı bu cür taleyüklü anlarda Xankəndinin “birinci şəxsləri”ni yalnız millətçi ermənilərdən təyin edirdi. Onların şovinist əməlləri sayəsində Xankəndinin tarixi, mədəni ənənələri və etnik tərkibi bir kənara atılaraq ulularımızın yadigarı olan bu şəhərdə ancaq erməni xətti qabardılırdı.  Çirkin niyyətlərini həyata keçirtmək üçün Xankəndinin irili-xırdalı bütün təşkilatlarına rəhbər  vəzifələrə ancaq erməni millətindən olan şəxslər təyin olunurdu. Biz azərbaycanlılar isə həmişə bunun acısını yaşadıq və nəhayət "Miatsum"  iddiası ilə başlayan proseslər bizi kitablara sığmaz faciələrə məruz qoydu, ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldıq. 

İndi biz Azərbaycan xalqı olaraq tarixdən ibrət götürməli, gələcəkdə də Qarabağ faciələrinin yaşamamaq üçün buraxılan səhvləri təkrar etməməliyik.

- Qarabağ Universiteti yaradılır, Xankəndinin mədəni, təhsil mühiti canlanır.  Münasibətiniz?

- Qarabağ Universitetinin yaradılması uzaqgörənliliklə, özü də tək təhsil istiqamətində deyil, Qarabağın ümumi inkişafı üçün atılmış doğru bir addımdır. Əminəm ki, yaxın gələcəkdə Xankəndi elm, mədəniyyət mərkəzi kimi tanınacaq. 

- Xankəndi sizin üçün nə deməkdir? 

-Xankəndi gəncliyimin ən xoş çağlarını, həyatımın ən müdhiş anlarını özündə ehtiva edən bir şəhərdir.

- Ora qayıtsanız ilk görəcəyiniz iş nə olar?

- Kərkicahan qəsəbəsindəki məzarlığa gedib hələ uçaq ikən çiyin verdiyim atamın məzar daşını axtaracam. (Elə bu sətirləri yazarkən Xankəndidən xəbər aldım ki, Azərbaycan qəbiristanlığı torpaqla örtülərək tanınmaz hala salınıb. Budur erməni xisləti!) 

- Ən çox nəyi xatırlayırsınız və yaddaşımızda hansı məqamları silmək istəyirsiz ki, o yada düşəndə Xankəndi ilə bağlı acı duyğular verir?

- Mən hələ uşaqlıq illərindən hiss edirdim ki, yaşadığım Xankəndi Azərbaycanın milli maraqlarına qarşı köklənmiş bir şəhərdir. Bu qənaətə gəlməyim təsadüfi deyildi. Erməni uşaqları bizi nifrətlə “türk” adlandırıb, bizimlə yoldaşlıq etmir, oynamırdılar. Ağlım kəsəndən hiss edirdim ki, ermənilər, ziyalısından tutmuş fəhləsinədək  hamısı Ermənistandan xüsusi məqsədlərlə Xankəndiyə gəlmiş millətçi adamlara qoşularaq Azərbaycanın əleyhinə təbliğat aparır, qanunların icazə vermədiyi işlərlə  məşğul olurdular. “Dağlıq Qarabağı”, o cümlədən Xankəndini Ermənistana vermək üçün dəridən-qabıqdan çıxırdılar. Etiraf edim ki, Xankəndidə də sağlam düşüncəli ermənilər vardı. Bir çox ermənilər bilirdilər ki, onların üzdəniraq “liderlər”i xalqı faciələrə aparır. Ancaq onlar separatçı qüvvələrdən qorxaraq, etirazlarını bildirməkdə aciz idilər.

Mən hələ uşaq ikən günün günorta vaxtı təqsiri olmayan üç azərbaycanlının məhkəmə zalından çıxarılarkən görünməmiş cinayətlərə məruz qalaraq qətlə yetirildiyinin, meyitlərinin yandırılıb tanınmaz hala salındığının şahidi olmuşam. Həmin qanlı hadisə zamanı ermənilərin xidmət etdiyi hüquq-mahafizə orqanları SSRİ kimi bir dövlətin adına ləkə gətirəcək bu ağır cinayəti törədənlərin məsuliyyətə alınması üçün heç bir addım atmadılar. Yalnız o illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyevin rəhbərlik etdiyi əməliyyat qrupu  Xankəndiyə gəldikdən sonra, məhz ümummilli liderimizin  milli maraqlarımızın qorunmasına prinsipial mövqeyi, yüksək peşəkarlığı sayəsində günahsız azərbaycanlıların qatilləri müəyyənləşdirilərək məsuliyyətə cəlb olundu. Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyev daim millətçi ermənilər üçün arzuolunmaz şəxs olub. 1987-ci ildə Xankəndi şəhər Daxili İşlər Şöbəsində xidmət edərkən Ulu Öndərin Moskvada tutduğu yüksək vəzifədən azad olunması xəbəri gələndə ermənilərin toy-bayram etməsi bu gün də gözlərim önündədir. Elə bundan sonra dünənə qədər gizli fəaliyyət göstərən millətçi erməni qüvvələrinin fəaliyyəti daha da fəallaşdı - Qarabağın qara günləri başladı. 

Xankəndi mənim doğma yurdum olsa da, bu şəhərlə bağlı acı xatirələrim daha çoxdur. Biz bir şəhərdə daim təzyiqlərə məruz qalmışıq. Neçə-neçə azərbaycanlı bu şəhərdə saxta ittihamlarla həbs olunub. Əlif Hacıyev kimi erməni separatçılarına qarşı mübarizə aparan paqon yoldaşımız şərlənərək uzaq Sibirə göndərilib. Təhsil kursuna gələn azərbaycanlıların üzərinə mərkəzi meydanda qumbara atılıb. Mən bundan sonra 10 ömür yaşasam da 1988-ci ilin sentyabr ayında Xankəndidəki azərbaycanlılara məxsus evlərin yandırılmasını və səhərisi gün anamla şəhəri tərk edərkən məruz qaldığım hadisələri, çəkdiyim iztirabları unuda bilmərəm. Və bir də, doğma şəhərimizdən qovularkən Ağdam və ağdamlıların bizə qucaq açmalarını, tanıdıqları-tanımadıqları adamları süfrələrinin başında əyləşdirmələrini, evlərinin ən rahat yerində bizlərə sığınacaq vermələrini heç bir vaxt unutmayacağam.

İradə SARIYEVA







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

Cənubi Qafqazda yeni gərginlik mərhələsi yaradılır - Azərbaycan xəbərdarlıq etdi...

Tramp Qərbdə siyasi-mənəvi böhrana qarşı - Azərbaycan Prezidentindən dəstək…

SON XƏBƏRLƏR

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

09.01.2025 | 14:25
Azərbaycan ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayır

09.01.2025 | 14:07
Avropa dəyərləri korrupsiyaya qurban edilir...

09.01.2025 | 13:30
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

09.01.2025 | 13:17
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat açıqladı

09.01.2025 | 13:03
В. Карасев, свинство не хорошая черта - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.01.2025 | 12:44
BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yaydı

09.01.2025 | 12:19
İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:50
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:03
İran rəsmisi qaçaraq Bakıya gəldi - CANLI

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031