İsrail ordusu səhvən öz əsgərlərini vurdu - 105 ölü...
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi quru əməliyyatlarında həlak olan 105 hərbçisinin 20-si səhv atəşin və ya bədbəxt hadisənin qurbanı olub. Trend xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, 13 İsrail hərbçisi İsrail Müdafiə Qüvvələrinin digər bölmələri tərəfindən düşmən bilinərək vurulub. Yeddi hərbçinin isə bədbəxt hadisə nəticəsində həlak olduğu qeyd edilir. Bunlardan 2-si zirehli maşının hücumu nəticəsində həlak olub.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.