"Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi rəhmət və ehtiramla yad edirik" - Türkiyə MN
Azərbaycanın Ümummilli Lideri mərhum Heydər Əliyevi vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkədə hesabında qeyd edilib.
"Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözünü miras kimi nəsildən-nəslə ötürəcək, Azərbaycan Türk qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik", - deyə paylaşımda bildirilib.