KÖHNƏ VERSİYA            

Natiq Əhmədovun xatirəsinə - FOTO

Image

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Natiq Əhmədov işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 27 sentyabr 2020-ci ildə başlayan haqq savaşına qatılıb. İlk döyüşü Füzuli istiqamətində, son döyüşü isə 11 oktyabrda Hadrutun azadlığı uğruna olub. 

Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün savaşda vəzifə borcunu, yurdu qarşısında övladlıq borcunu ləyaqətlə, hünərlə yerinə yetirib. Anasını 6 yaşında - 2003-cü il oktyabrın 11-də itirib Natiq. Bəlkə elə ana həsrətli olduğundan 17 il sonra onun vəfatı günündə - oktyabrın 11-də şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.
 İgidliyinə, cəsurluğuna, hərbi bacarıqlarına görə ona çavuş rütbəsi veriib. 

27 sentyabr 2020-ci ilə qədər necə yaşayıb Natiq?

Natiq Namiq oğlu 9 mart 1997-ci ildə Bakının Xəzər rayonunun Binə qəsəbəsində dünyaya gəlib. Ailənin sonbeşiyi, 3 bacının yeganə qardaşı idi. 2013-cü ildə dünyasını dəyişən nənənin də, atası Namiqin də, bacılarının da əziz-xələfiydi Natiq. 

Ailə əvvəl Xətai rayonunda yaşayıb. Natiq Xətai rayonundakı Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə doqquzillik təhsil aldıqdan sonra 7 nömrəli peşə liseyində təhsilinə davam edib. 2015-2016-cı ildə Naxçıvanda müddətli həqiqi hərbi xidmətini uğurla, təşəkkürnamələrlə başa vurub. Xidmətdən qayıtdıqdan sonra bərbər işləyib. Maşın sürməyi, rəqs etməyi çox sevən Natiq adamların xarici görkəminə, geyiminə, saç düzümünə çox önəm verirdi.  
 “İstəyirdi hamı gözəl görünsün. Gözəlliyi sevirdi” - deyir bacısı Aytən.-Öz xarici görkəminə də çox fikir verirdi. Gözəl nitq qabiliyyəti vardı. Başqalarının da nitqinə diqqət edərdi. Ümumiyyətlə, nəsə fərqli işlər görmək istəyirdi. Deyərdi “mən bu dünyanın adamı deyiləm”. Adi yaşamaq istəmirdi. 

Aliyə Abdullayevanın dediklərindən: Seçilmək-Qəhrəmanlıq arzusu vardı qardaşımın. Torpaqlarımızın işğalda olması onu narahat edirdi. Tovuz hadisələri baş verəndə bibim oğlu ilə birlikdə könüllü yazılmışdı. Rahatlıq tapmırdı. Deyirdi ki, müharibə olsa gedəcəm. Bilirdim ki, gedəcək. Sadəcə “ataya deməyin” demişdi. Müharibə başlayan kimi də könüllü savaşa yollandı. 

Atanın baxışlarındakı həsrət yağış olub yağsa, daşları əridər yəqin...Bu boyda ağrını necə daşıyır gözlər? Baxa bilmirsən. Sadəcə qulaq asırsan: Onların ana həsrətlərinə məlhəm olmağa çalışmışam həmişə. Natiq kiçik idi, 6 yaşında. Nə qədər əzizlənsə də, ana nisgilini hiss edirdim. Böyüdükcə gizlətməyə çalışırdı məndən, mənim qayğıma qalırdı oğlum... Savaşa getməyini də gizlədib. Mənə demədən gedirmiş. Həmin gün təcili yardımda növbətçi idim. Öz oğlumu gördüm. Heç nə demədim. Özüm yola saldım onu müharibəyə. İmkan olanda zəng edirdi. “Ata, haqqını halal et, müharibədi hər şey ola bilər. Bil ki, oğlunla fəxr edəcəksən həmişə”-deyərdi. Bizim yükümüzü daşıdı onlar. Mən şəhid olmalıydım, oğlum şəhid oldu.-Oğlu ilə vidalaşdığı son anın şəklinə baxır ata. Natiq gülür, sevinir. Atanın üzü qayğılıdır - Son şəklimizdi. Müharibəyə getməyinə sevinirdi. Əmin idi qalib olacağımıza. Amma Natiq, onun kimi oğullar bu qələbə ilə ordumuzun gücünü, ali baş komandanın iradəsini göstərdilər. Azərbaycanı qüdrətli dövlət kimi tanıtdılar bütün dünyaya.

Natiqin xatirəsinə həsr olunmuş guşədə onu xatırladan çox şey var. Təltif olunduğu “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, 3-cü dərəcəli ”Vətənə xidmətə görə” medallar da var. Bir də dostu Hüseynin Natiqin şəhid olduğu yerdən götürdüyü torpaqla yanaşı üzərində onun qanı olan qol saatı. Torpaq və zaman. Üzərində torpaq uğruna şəhid olanların qanı olan zaman. Nə qədər belə zaman var tariximizdə. Bu zamansa fərqli oldu. Qələbə tarixinin zamanı oldu.

Savaşa hamıdan xəbərsiz, yaxınlarına belə demədən könüllü qatılıb Hüseyn Qurbanov. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medallarına layiq görülüb: Natiq mənim manqa komandirim idi. Çox doğmalaşmışdıq. “Qardaşım” deyirdi mənə. Azad etdiyimiz ərazidə düşmənin qoyub qaçdığı BMP-nin qarşısında şəkil çəkdirdik. Sevinirdik, tapşırığı yerinə yetirmişdik. Amma bu son şəklimiz oldu. Növbəti hücuma hazırlaşırdıq Hadrut istiqamətində. Hadrut alınmaz qala kimiydi. Bilirdik ki, çətin döyüş olacaq. Bir-birimizlə halallaşdıq. Dağa qalxırdıq. Demək olar ki, yanaşı irəliləyirdik. Azca ondan geridə idim. Ermənilər bizi artilleriya atəşinə tutdu. Sonuncu top mərmisi Natiqin yanına düşdü. Yaralandığını gördüm, ona yaxınlaşdım, qollarımın arasına aldım. Çox qan itirirdi. Çalışırdım ki, huşunu itirməsin. Şillələyirdim. 5-6 saniyə üzümə baxdı “anamın yanına gedirəm” dedi... Bizim taborun ilk şəhidi olan Natiq əvəzsiz döyüşçü, əvəzsiz silahdaş idi. Çox ağır oldu itgisi. Göz yaşlarıma hakim ola bilmədim. Həmin döyüşdə qəlpə yarası alsam da, şəxsi heyətin yardımından sonra döyüşdən çıxmadım, Onun silahını götürdüm. Son döyüşümə qədər onunla döyüşdüm. Natiqin də, bütün şəhidlərin də, 30 illik ağrıların da qisasını aldıq.

Komandiri gizir Elmar Bəhramlı: Çox ağır döyüşlərdən sonra bölüylə Hadruta daxil olduq. Onda əsgərləri gözdən keçirdim. Döyüşmək çətin deyil, döyüş yoldaşlarını itirmək, onları bir daha görməmək ağır olur. Hamısı da əziz idi. Natiqsə bir başqa idi mənim üçün. O qədər çevik, mərd, dürüst idi. Döyüşdən sonra gözlərim Natiqi axtardı. Hüseyn Natiqin şəhid olduğunu deyəndə dünyam qaraldı elə bil. Nə gizlədim, hönkür-hönkür ağladım. Amma müharibədi, qarşında bu qədər oğulların itkisinin səbəbkarı olan düşmənin var. Biz haqq uğruna, ali amalımız uğruna vuruşurduq. Qələbəyə inanırdıq. Bu elə-belə döyüş qələbəsi deyil. Bu  həqiqətin, ədalətin qələbəsidir. 

Elmar haqlıdır. Bu ədalətin qələbəsidir. 

Bizə ədalətin qələbə sevincini yaşatdı igidlərimiz.

Dövlətimiz nə qədər güclü olsa, ədalətimiz qalib olacaq. Ədalət qalib olduqca dövlət güclənəcək!

Ədalətin qalib olduğu dövlətin varsa, xoşbəxtsən!

Kamalə Abiyeva








VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30