KÖHNƏ VERSİYA            

Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsi

Image

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı f.ü.f.d. Jalə Şükürovanın fars dilindən tərcümə edib nəşrə hazırladığı Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirəsi institutun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur.

Kitabın elmi redaktoru f.e.d. Nəsib Göyüşovdur. Kitabda X-XX əsrlərdə Azərbaycanın müxtəlif yerlərində yaşayan şairlər və ədiblər haqqında dəyərli məlumatlar və əsərlərdən nümunələr verilmişdir Qətrandan Şəhriyaradək). Tərcüməçi kitaba yazdığı ön sözə belə başlayır: “Təzkirələr ədəbiyyatın mühüm qaynaqlarından biridr. Bu sahədə tədqiqat və bu səpkidə yeni əsərlərin yazılması ədəbiyyatşünaslığın inkişafında mühüm addımlardandır. Ədəbi zövqün, incə təbin, bəlağətli və fəsahətli fikirlərin ortaya çıxmasında, tarix səhifələrində əbədiləşdirilməsində təzkirələrin böyük və əvəzolunmaz rolu var. Çağdaş dövrümüzdə Əziz Dövlətabadi öz sələflərindən bəhrələnərək təzkirəçilik ənənələrini davam etdirən məşhur və məhsuldar alimlərdən biri hesab olunur” deyə başlayır, Dövlətabadinin (1922-2009) həyatından, təhsilindən, ədəbi fəaliyyətindən bəhs edir. “Süxənvərani-Azərbaycan” təzkirəsinin Təbrizin Ədəbiyyat İnstitutunda ilk dəfə 1976-78-ci illərdə, təkrar 1998-ci ildə nəşr olunduğunu diqqətə çatdıran tədqiqatçı əsər haqqında müfəssəl məlumat verir və yazır: Kitab iki cilddən ibarətdir. Şeirlərin orijinal mətnini daxil etməklə və kitabın həcminin çox olduğunu nəzərə almaqla onun hər iki cildini iki hissədə nəşr etməyi məsləhət bildik. Müəllif əsərin sonunda istifadə etdiyi mənbələrin geniş biblioqrafiyasını vermiş, mətndə isə qısaldılmış variant işlənmişdir. Tərcümədə orijinalın prinsipi saxlanmışdır”.

Sonra müəllifin həyatından, təhsilindən, müəllimlik fəaliyyətindən, təqaüdə çıxandan sonra yaradıcılıqla məşğul olmasından bəhs edərək, 13 əsərinin nəşr olunduğunu diqqətə çatdırır. 

Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” təzkirısində Qətran Təbrizidən Məhəmmədhüseyn Şəhriyara qədər yüzlərlə şair haqqında məlumat və əsərlərindən nümunələr verilmişdir. Kitabda ilkin “Ərdəbilin söz ustadları” başlıqlı yazıda Ərdəbil haqqında qısa məlumat verilmiş və 72 şair təqdim olunmuşdur ki, bunlardan 53 nəfər “Ərdəbili” təxəllüsü ilə,  16 “Səfəvi” təxəllüsü ilə, 1 “Vəravəni”, 1 “Nəimi”, 1 Mahir kimi tanınan şairlərdir. Bu bölüm Əlqas Mirzə Səfəvidən başlayır, Yaqub Ərdəbili ilə bitir. Fars dilində olan şeirlərin azərbaycanca tərcüməsi verilmişdir.  

Kitabda “Ərdəbilin qədim və müasir şairləri” başlığı altında Hüseyn Seyyid, Rəvayi Məhəmməd, Şəms Əttar, Sədrül-üləma Etimad, Ülumi Mirzə İbrahim, Vəhdəti Qulam adları, “Azərbaycan dilində yazan şairlər” başlığı altında Ənvər Ərdəbili Qədir, Bəqayi Ərdəbili, Bəyazi Ərdəbili, Sabit Ərdəbili, Həkim İlahi, Zəkəri Ərdəbili, Savalan Həsən Məcidzadə, Süxənvər İsgəndər Nəcəfi Suha, Səmturi Ərdəbili, Şahi Əsgər Şahizadə, Şücaəddin Ərdəbili, Şuri Ərdəbili Həsən, Faiq Ərdəbili, Fikri Ərdəbili, Məcruh Muğani, Müztər Ərdəbili Cabbar, Münim Ərdəbili, Nasir Ərdəbili kimi şairlər sıralanmışdır.

Kitabda “Arazbaranın söz ustadları” adı altında Arazbaran haqqında qısa məlumat və 5 “Əhəri”, 6 “Qaracadaği”, 2 “Kürdəşti”, 1 “Arazbari”, 1 Əlyari təxəllüslü şair təqdim edilmişdir. “Qədim və müasir şairləri” adı altında Bariz Abbasi İslami, Pesyan Hüseyn, Xoşxəbər Məhəmməd Kazım, Vüsuqi Süleyman, “Azərbaycan dilində yazan şairlər” başlığı altında Saqib Əhəri, Mirzə Musa, Mövci Əhəri Şeyxülislam kimi şairlər sadalanmışdır.

Kitabda “Urmiyanın söz ustadları” adı altında Urmiya haqqında məlumat verilmiş və 23 “Əfşar”, 16 Urməvi, 1 “Cahangiri”, 1 “Mühit”, 1 “Müşribi Təklu”, 1 “Müizzül-əyalə”, 1 Müfti, 1 Müfəlləs, 1 Vüqar kimi tanınan şair təqdim edilmişdir. “Urmiyanın müasir şairləri” başlığı altında Əfşar Mirzə Həsən Urumçi, Əfsun Əbdulla Səmədyan, Cahangiri Banu Məryəm, Əfşar Xəlil Süruş, Simyar Şahzadə Hüseynəli Mirzə, Şüai Həsən Şakir, Şəhəraşub Mahmud Sənayi, Sabir Mircəlal, Məhzun Əli Bagiri, Nəzmi Əbdüləli, Yusif Urumi Seyid Məhəmməd oğlu, Mircəlal Haşimi, Banu Əkrəm Humayin, “Azərbaycan türkcəsində yazan şairlər” başlığı altında Dilxun, Mirzə Qafar, Şeyx Cəlil Ədibəl-üləma Aciz, Aşiq Mustafa, Mirzə Həsən Fərhəngi, hüseynağa Urumi Gülşən kimi şairlər sıralanmışdır.

 Kitabda “Ərvənəq və Ənzabın söz ustadları” başlığı altında yenə bölgə haqqında qısa məlumat verilmiş və 7 “Şəbüstəri”, 4 “Təsuci”, 3 “Bənisi”, 3 “Kuzəkünani”, 1 Xamneyi” təxəllüs kimi tanınan şair təqdim olunmuşdur. “Azərbaycan dilində şeir yazan şairlər” başlığı altında Sabit Təsuci, İbrahim, Zəkəri Kuzəkünani Kərbəlayi Nəcəf, Sani Şəbüstəri, ŞeydayiŞəbüstəri” kimi şairlər sadalanmışdır.

Kitabın sonunda istifadə olunmuş ədəbiyyatın siyahısı və əlifba sırası ilə “Ad göstəricisi” verilmişdir.

Kitab qədim və müasir Cənubi Azərbaycan şairlərini tanımaq üçün dəyərli mənbədir. Filologiya üzrə fəlsəfə doktoru Jalə Şükürova böyük zəhmət və səty bahasına əsəri fars dilindən dilimizə çevirmişdir. Kitaba yazdığı əhatəli ön sözdə oxucular üçün maraqlı və gərəkli məlumatlar vermişdir. Jalə xanımın dili səlisdir, oxunaqlıdır. Tərcümə işinin çətin tərəfi burada nəsrdən əlavə şeirlərin də olmasıdır. Jalə xanım həmin şeirlərin həm orijinalını vermiş, həm onların sətri tərcüməsini təqdim etmişdir. Şeiri bir dildən başqa dilə çevirmək heç də asan iş deyildir. Tərcüməçi bu işin öhdəsindən layiqincə gəlmişdir. Ümumiyyətlə Jalə Şükürova zəhmətkeş əməkdaşlarımızdandır. Tez-tez yeni kitabları ilə  oxucuları sevindirir. Jalə xanımı bu uğuru münasibətilə təbrik edir, ona yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

SONA XƏYAL







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30