Rusiya rəsmən açıqladı – Ukrayna ordusu Kurskda 28 yaşayış məntəqəsini ələ keçirib...
Rusiya Prezidenti Putin Ukrayna ilə sərhəd rayonlardakı vəziyyətlə bağlı müşavirə keçirib. Müşavirədə Putinə brifinq verən Kursk vilayətinin qubernatorunun müavini Aleksey Smirnov, regionda 28 yaşayış məntəqəsinin Ukrayna qüvvələrinin nəzarətində olduğunu açıqlayıb.
O bildirib ki, Ukrayna qüvvələrinin bölgəyə nüfuz etmə dərinliyi 12 km, eni 40 km-dir.
“Düşmən nəzarətində olan 28 yaşayış məntəqəsində 2 minə yaxın insanın taleyindən xəbərimiz yoxdur”, - Smirnov bildirib.
Qubernator müavini bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində 12 mülki şəxs ölüb, 121 nəfər yaralanıb.
Belqorod qubernatoru Qladkov isə rəhbərlik etdiyi bölgədə ən çətin vəziyyətin Şebekinskidə yaşandığını deyib. Onun sözlərinə görə, rayon sakinlərinin 50-70 faizi Şebekinonu tərk edib.
TAHİR