KÖHNƏ VERSİYA            

Parisdə medal almış idmançımız Alfonsonun mesajı əsəbləri oynatdı...

Image

Paris Yay Olimpiya Oyunlarında ölkəmizə gümüş medal qazandıran boksçumuz Alfonso Domingesin sosial media hesabındakı paylaşımı birmənalı qarşılanmayıb. İdmançı ona edilən tənqidlərə sərt şəkildə cavab verib: 

“Bəli, bilirəm ki, əcnəbiyəm, amma mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm. Azərbaycan bayrağını yüksəklərə qaldırmışam. Sizin ölkəniz üçün etmədiyinizi edirəm. İndi özünüzdən soruşun ki, ölkəniz üçün nə etmisiniz? Heç nə”.

Onun bu postu sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Qeyd edək ki, Parisdə keçirilən yarışa 1/8 final mərhələsindən başlayan və ilk döyüşündə 2 qat olimpiya çempionu kubalı Xulio Sezar la Kruzu məğlub edən Alfonso Dominges 1/4 finalda qazaxıstanlı Aybek Oralbaydan güclü olub. Yarımfinalda isə ispaniyalı Emmanuel Reyesə qalib gələn Alfonso final mərhələsinə vəsiqə əldə edib. Lakin təmsilçimiz yarışın final mərhələsində özbəkistanlı Lazizbek Mullojonova məğlub olub və Olimpiadanın gümüş medalına yiyələnib.

Qeyd edək ki, Paris Yay Olimpiya oyunlarında sərbəst güləş üzrə milli komandamızın üzvü Giorgi Meşvildişvili finala gedən yolda Gürcüstan təmsilçisi Geno Petriaşviliyə 0:7 hesabı ilə məğlub oldu. Bundan başqa, boksçumuz Alfonso Dominqes final görüşündə özbəkistanlı Lazizbek Mullojonova 5:0 uduzdu. Sosial şəbəkələrdə bu iki idmançının real performansından tamamilə uzaq döyüşdüyünü, qəsdən məğlub olduğunu iddia edənlər var.

Bildiyiniz kimi, Alfonso Domingesin mesajı ciddi narazılıq və qıcıq yaradıb. Onun sözündən belə çıxıb ki, guya bizim ölkəmizi dünyada boks sahəsində tanıdan odur. Təbii ki, Alfonsonun bu mesajı Azərbaycanda birməanlı qarşılanmayıəb və kəskin qıcığa səbəb olub. O, sanki bu mesajla Azərbaycana, bizə meydan oxuyur. 

Mübariz Göyüşlü: “Mən Alfonso Domingesi bu paylaşımı silməyə çağırıram” 

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Alfonso kimi bir boksçunun bu şəkildə mesaj verməsini təəssüflə qarşılayıb. “Mən Alfonso Domingesi bu paylaşımı silməyə çağırıram. Onun bu paylaşımı qətiyyən xoş deyil. Bizim elə Azərbaycan vətəndaşı olmağımız Azərbaycan üçün nəsə etməyimiz deməkdir. Hər kəs olduğu yerdə üzərinə düşən işi görürsə, deyək ki, şagird dərsə gedib yaxşı oxuyursa, tələbə yaxşı çalışırsa, media təmsilçisi, həkim, məmur öz üzərinə düşən işi görürsə bu elə Azərbaycan üçün nəsə etmək deməkdir. Hamımızın elə bir öhdəliyimiz yoxdur ki, gedib olimpiyadada iştirak etməliyik, qızıl medal alıb gətirməliyik. Bizim ödədiyimiz vergilərlə, bizim pullarımızla gəlir əldə edən bu legioner boksçunun bu cür açıqlamasını heç xoş qarşılamadım. Azərbaycan ictimaiyyəti onun bu mesajından qıcıqlanıb. Onu bu mesajı silməyə dəvət edirəm və demək istəyirəm ki, belə aqressivlik lazım deyil. Qızıl medal qazansaydı və ictimaiyyət onu tənqid etsəydi hardasa onun yazdığını başa düşmək olardı. Azərbaycan xalqının gözlədiyi nəticəni verə bilmirsənsə, tənqidlər də olacaq, sən də bunu anlayışla qarşılamaq zorunda qalacaqsan. Onun bu mesajını təəssüflə qarşılayıram”-deyə M.Göyüşlü qeyd etdi..    

Tarxan Paşazadə: “O, gümüş medal qazananda mən onu tənqid etməmişəm” 

İctimai fəal Tarxan Paşazadə “Bakı-Xəbər”ə bildirdi ki, Alfonso Domingesin gümüş medal almasını tənqid edib, amma onun indiki mesajına hər hansı bir tənqidi yanaşması yoxdur: “O, gümüş medal qazananda mən onu tənqid etməmişəm. Onun cavabı onu tənqid edənlərədir. Ona görə də onu tənqid edənlərin münasibət bildirməyi daha yaxşı olardı. Mən isə ona ölkəmiz adına medal qazandığı üçün təşəkkür edirəm. Onun həyat yoldaşı azərbaycanlıdır. İnanıram ki, övladları da ölkəmizin bayrağını uca tutacaqlar. Azərbaycan-Kuba münasibətlərində də əhəmiyyətli paya sahib olacaqlar”.

Çingiz Özgür: “Alfonso Dominges Azərbaycan üçün yox, pul üçün orda olub” 

Tanınmış jurnalist, ictimai fəal  Çingiz Özgür “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, legioner boksçunun paylaşımı çox iddialı bir paylaşımdır. “Səmimi daşışaq, Alfonso Dominges Azərbaycan üçün yox, pul üçün orda olub. Bunu hamı bilir. İndi bizə barmaq silkələməyi ki, mən Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm, xeyr, sən Azərbaycanı təmsil etmirsən, sənə pulu hansı ölkə versəydi, o ölkəni də təmsil edəcəkdin. Digər tərəfdən, Azərbaycan igidləri, xalqımızın dəyərli oğulları Azərbaycan üçün kifayət qədər iş görüb, hər birimiz də Azərbaycanımız üçün iş görürük. Bu da çox aydın məsələdir ki, heç kəs öz ölkəsindən ötrü etdiyini, düşündüyünü başqa ölkə üçün edə bilməz. Çünki bizim öz vətənimiz üçün etdiyimiz ən kiçik bir şey belə, təmənnasızdır. Amma nəinki Alfonso, eləcə də digər əcnəbi idmançılar gəlib Azərbaycanı təmsil edirlərsə, bunu pul üçün edirlər. Hələ gedib üzümüzü qara edəndən sonra gəlib belə yekə-yekə danışmaqların yeri yoxdur. Düzdür, azərbaycanlı idmançılar da var ki, başqa ölkələri təmsil edirlər, onlar orada doğulublar, orada böyüyüblər və orada yetişiblər doğulduqları ölkəni də təmsil edirlər. 

Azərbaycan üçün biz nə etmişik, o nə edir? Görürsüz ki, “təmsil edirəm” deyir. Hətta sözdə də olsun demir ki, mən Azərbaycanı sevirəm, bunu Azərbaycan üçün edirəm. Bəli, pul qarşılığında bizim ölkəni təmsil edirsən, sənin qələbəndən sonra qalxan Azərbaycan Bayrağı Azərbaycan dövlətinin qüdrətidir.

İdman siyasətinin nəticəsidir ki, kimsə gəlib bizi təmsil edir, yer tutur, Azərbaycan bayrağı dalğalanır. Budur. Yoxsa, hansısa bir əcnəbi gəlib gedib pul qarşılığında hansısa yeri tutandan sonra deməsin ki, mən bunu Azərbaycan üçün etdim. Xeyr, Azərbaycan üçün azərbaycanlılar, Azərbaycan vətəndaşları, Azərbaycanın oğulları edir nə lazımdırsa edir, öz igidlərimiz edir”-deyə Ç.Özgür bildirdi. 

İradə SARIYEVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

SON XƏBƏRLƏR

14.09.2024 | 23:11
Sahib Məmmıdov kadr islahatlarına başladı...

14.09.2024 | 23:04
İkibaşlı Rusiya-Ermənistan oyunu, Azərbaycanın "oyunu pozan 2 addımı" - Moskva və Qərb "erməni məsələsində" niyə bir yerdədir?.. - Aydın QULİYEV yazır…

14.09.2024 | 19:53
FHN-in avtomobili Ağdərədə qəzaya düşdü - ölən və yaralananlar var...

14.09.2024 | 18:30
Ərdoğanın "Krım bəyanatından" sonra Rusiya hərəkətə keçdi....

14.09.2024 | 18:05
Erməni iqtisadçı Türkiyə ilə sərhədin açılışında 2 böyük məqsəd görür....

14.09.2024 | 17:20
Formula 1-də sıralama turunun qalibi bəlli oldu

14.09.2024 | 17:00
Duma deputatı Rusiyanın gücünü göstərmək üçün nüvə sınaqlarının keçirilməsini təklif etdi

14.09.2024 | 15:27
Azərbaycanda yeni “5-ci kolon” hazırlanır...

14.09.2024 | 14:43
AŞPA-nın bu qərarınadək Azərbaycan qurumu tərk edəcək...

14.09.2024 | 14:06
Mərakeşdə ermənilərin təxribat cəhdi baş tutmadı - film nümayişi ləğv edildi...

14.09.2024 | 13:50
MN-dəki 143 milyonluq mənimsəmə işi - "Pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib"

14.09.2024 | 13:45
Baş nazir Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü

14.09.2024 | 13:14
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib

14.09.2024 | 13:07
İlon Mask mühafizəsinə milyonlar xərcləyir - tualetə də cangüdənsiz getmir...

14.09.2024 | 12:48
Blinken Azərbaycan-Ermənistan danışıqlarında irəliləyişi alqışlayır...

14.09.2024 | 12:25
TƏBİB-in tabeliyindəki xəstəxanalarda elektron sistem çökdü, növbələr yarandı...

14.09.2024 | 11:30
DYP yeni tədris ilinin başlanması ilə bağlı sürücü və piyadalara müraciət etdi...

14.09.2024 | 10:06
Bərdə-Xankəndi avtobus reysi fəaliyyətə başlayıb

14.09.2024 | 10:00
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib - nazir açıqladı

14.09.2024 | 09:45
Prezident İlham Əliyev “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub - FOTO

14.09.2024 | 09:40
" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....

14.09.2024 | 09:35
Nikahdankənar uşaq doğumu kütləvi şəkildə artır...

14.09.2024 | 08:44
Sünnətdən daha vacib onkoloji xəstəlikləri tibbi sığortaya salmaq lazım idi...

13.09.2024 | 22:22
Fəlsəfə və Sosiologiya İnstitutunda vacib təyinat - Faiq Ələkbərli şöbə müdiri təyin edilib

13.09.2024 | 21:43
Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyhun Bayramovla görüşdü

13.09.2024 | 21:31
Birinci Azərbaycan-Rusiya maliyyə dialoqu keçirildi

13.09.2024 | 21:27
Dollara böyük tələb yaranıb - manat üçün hələlik təhlükə yoxdur...

13.09.2024 | 21:12
Ermənistan yola gəldi, İran yoldan çıxmır…

13.09.2024 | 20:57
Gürcüstanı devirirlər - hakimiyyət acığını müxalifətdən çıxır...

13.09.2024 | 20:43
Paşinyan milli təhlükəsizlik strategiyasını məxfi şəraitdə hazırlatdırır...

13.09.2024 | 20:30
NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

13.09.2024 | 20:16
Vətəndaşların İnternetdən imtina etmək hüququ varmı? - Cərimə nə deməkdir?

13.09.2024 | 20:03
Azərbaycan Avropa Şurasından çıxır...

13.09.2024 | 19:49
Bina mənzillərində biznes ofislərinə qarşı narazılıqlar böyüyür...

13.09.2024 | 19:36
İlginc Türk-Rus müzakirələri - Ermənistan-Türkiyə sərhədi hələ açıla bilməz...

13.09.2024 | 19:22
Azərbaycan dili lüğəti ətrafında çəkişmələr səngimir - 2015-ci il nəşrində nə var?..

13.09.2024 | 19:09
Erməni nazir Azərbaycanla bağlı suala cavab verə bilmədi...

13.09.2024 | 18:55
Azərbaycanın əhali artımında unikal vəziyyət yaranıb...

13.09.2024 | 18:33
3 min şəhidimizə qarşı uğursuz qəsd - Dövri mətbuatın və Xatirə Kitabının cavabını verə biləcəksinizmi?

13.09.2024 | 18:25
MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi

13.09.2024 | 18:19
“Formula 1”ə hazırlıq işlərinin mühüm hissəsi polisin üzərinə düşdü...

13.09.2024 | 18:05
Azərbaycana qarşı üçtərəfli İran-Ermənistan-Hindistan görüşü - təşkilatçı İrandır...

13.09.2024 | 17:48
Azərbaycanın ənənəvi müxalifət partiyalarından istefalar başladı - bu dəfə rəhbərlər gedir...

13.09.2024 | 17:35
Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

13.09.2024 | 17:21
Azərbaycan QHT-nin erməni "dağ-mədən cinayətlərinə" qarşı mübarizəsi fəallaşır…

13.09.2024 | 17:16
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində

13.09.2024 | 17:07
ABŞ senatoru Bakının İrəvandan konstitusiya tələbinə qarşı çıxdı...

13.09.2024 | 16:52
AMEA-dan “Vikipediya”dan şəhidlərimizlə bağlı məqalələrin silinməsinə reaksiya - səhv addımdır...

13.09.2024 | 16:47
MSK Mustafa Hacılının müraciətini əsassız saydı

13.09.2024 | 16:34
Dünyanın 3-cü ən varlı adamı Bezos ev alarkən endirim istədi – milyarderin sövdələşmə üsulu başına bəla oldu...

13.09.2024 | 16:22
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13.09.2024 | 16:20
Putin ABŞ və Avropanı müharibə ilə hədələdi - bu baş verərsə...

13.09.2024 | 16:05
Rusiya 6 britaniyalı diplomatın akkreditasiyasını ləğv etdi

13.09.2024 | 15:55
"Formula 1-lə bağlı bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, heç bir neqativ hal baş verməyib" - DİN rəsmisi

13.09.2024 | 15:42
Bakıda Formula 2 komandalarının sıralama turu keçirildi

13.09.2024 | 15:36
Yasamalda obyektdən 11 noutbuk oğurlandı

13.09.2024 | 15:29
Azərbaycan Dillər Universitetinin rəhbərliyi ilə 220 saylı məktəb-liseyin şagirdlərinə tərifnamə verib

13.09.2024 | 15:12
Ordumuz Naxçıvanda hərəkətə keçdi - şərti düşmən hədəfləri məhv edildi

13.09.2024 | 14:30
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 14:28
Formula 1 Azərbaycan Qran-Prisi -“Ferrari”nin pilotu qəza törətdi

13.09.2024 | 14:15
Ermənistan rəsmilərinin Cənubi Koreyaya sıx səfərinin səbəbi bilindi - silah alırlar, sırada Yaponiya da var

13.09.2024 | 13:58
Prezident İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNDİ

13.09.2024 | 13:42
Ukrayna Qərb tanklarını döyüşlərdə istifadə edə bilmir - 31 Amerika tankından 20-ni artıq itirib...

13.09.2024 | 13:35
İordan çayının qərb sahilində öldürülən türkiyəli aktivistin nəşi Bakıdan İstanbula aparıldı

13.09.2024 | 13:16
Oğuzda narkokuryerliyə görə 2 qardaş həbs edildi - FOTO

13.09.2024 | 13:03
Нездоровая логика армяноидного политолога - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.09.2024 | 12:47
Tələbələrə “onlayn” formada xaricdə təhsillə bağlı xəbərdarlıq edildi...

13.09.2024 | 12:13
Hesablama Palatasından QƏRAR - Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət ediləcək

13.09.2024 | 12:06
Sergey Şoyqu Kim Çen In ilə görüşüb

13.09.2024 | 12:00
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb - DİN açıqlama yaydı

13.09.2024 | 11:56
Formula 2 komandalarının sərbəst yürüşləri başa çatdı

13.09.2024 | 11:20
Maradonanın ölümü ilə bağlı məhkəmə iclası yenə təxirə salındı

13.09.2024 | 11:16
Rusiyadan QƏRAR - Polşa telekanalı “arzuolunmaz” elan edidi

13.09.2024 | 11:11
“Formula 1” ilə əlaqədar Bakı metropoliteninin iş rejimi 2 saat uzadılıb

13.09.2024 | 11:03
Paşinyanın "13+3" aferizmi təhlükəli bir oyundur - CANLI

13.09.2024 | 11:00
Bu gün “Araz-Naxçıvan” - “Kəpəz” matçı ilə VI tura start veriləcək

13.09.2024 | 10:53
Şahdağa qar yağıb - Faktiki hava şəraiti

13.09.2024 | 10:20
"Bu həftəsonu mənim üçün daha yaxşı olmalıdır" - "Red Bull" pilotu

13.09.2024 | 10:16
Türkiyədə silah qaçaqçılarına qarşı əməliyyat keçirilib

13.09.2024 | 10:06
“Biz tarix yazdıq – 1 milyard izləyici!" - Ronaldo sosial şəbəkədə də rekord vurdu

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30