Fransız siyasətçi Makronu "topa tutdu" - Bütün Rusiya ona gülür!
Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. Fransız siyasətçi bəyan edib ki, heç bir siyasi lider heç vaxt Fransa Prezidenti Emmanuel Makron kimi qorxusunu belə göstərməyib. F.Filippo Makronun güc göstərməyə çalışdığını, lakin bütün Rusiyanın Kiyevə getmək qorxusuna görə ona güldüyünü vurğulayıb.
"Bütün Rusiya ona gülür! Heç bir siyasi lider heç vaxt qorxusunu belə göstərməyib", - Filippo yazıb.
Mətləb Salahov