KÖHNƏ VERSİYA            

Erməni kilsəsi revanşı rəsmi kurs kimi qəbul etdi...

Image

Tural İrfan: “Niyyətləri odur ki, erməni kilsəsinin rəhbərliyi ilə Azərbaycan torpaqlarını yenidən işğal etsinlər, onlar heç zaman işğalçılıq azarından əl çəkmək istəmirlər”

Erməni Qriqoryan kilsəsi revanşizmdən, separatçılığı dəstəkləməkdən bir addım da olsa geri çəkilmək istəmir. Erməni Qriqoryan Kilsəsinin  Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan uzun illərdir ki, revanşistlərin yanında yer alıb. 

Arxiyepiskop bazar günü xütbəsi zamanı “Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam. Çünki bu, bizim həyatımızı nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada soymaq məqsədi daşıyır. Bu, daim diz çöküb sürünmək deyil, əksinə, ayağa qalxıb Rəbbimizin hüzurunda durmaq və “yer üzündə Sənin işini görmək üçün imanımı artır” demək üçündür. Və biz düşünməliyik ki, yer üzündə Allahın işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var?Bu, nifrət demək deyil, əksinə, sevgi deməkdir, fədakarlıq deməkdir, sonsuz iman, ən böyük ümid, fədakarlıq, cəsarət və bütün fəzilətləri nəzərdə tutur, əksini deyil. Bütün daxili aləmi alt-üst olmuş, rahat yaşaya bilən insan ola bilməz. Siz hər zaman dediklərimizə görə bizi günahlandıra bilərsiniz, lakin bu bizim reallığımızı dəyişmədi, daha da pisləşdi və daha da pisləşəcək. Və bu qisas ona görə olmalıdır ki, minlərlə insan bizim həyatımız üçün canını verdi”-deyə sərsəmləyib.

Arxiyepiskop erməniləri Azərbaycana qarşı müharibəyə çağırıb.

Erməni kilsəsinin əsl üzü budur, sülh və insanlıq düşməni olduğunu hər addımda büruzə verir. 

Sülh müqaviləsinin imzalanması barədə razılığın bir addımlığında olunduğu halda erməni kilsəsi niyə sülhə mane olmaqdan əl çəkmir? 

“Nə xaricdəkilər, nə də erməni kilsəsi heç nəyə nail ola bilməyəcək, kilsənin bu təxribatı da nəticəsiz qalacaq” 

Milli Cəbhə Partiyasının sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, Qazax rayonunun 7 kəndi hələ də Ermənistanın işğalı altındadır və o kəndlərin bir neçəsində qədim alban kilsələri yerləşir. “Məhz həmin kəndlər Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəddir. Baxmayaraq ki, o torpaqlar əvvəllər Azərbaycana məxsus olub, hazırda isə Ermənistan ərazisidir. 

Sülh müqaviləsinin imzalanmasına yaxınlaşırıq, sərhədlərin də delimitasiyası gedir, bu vəziyyətdə aydındır ki, Qazaxın işğalda olan 7 kəndinin Azərbaycana qaytarılmasına da çox yaxınıq. Belə bir vaxtda həmin bölgənin keşişinin də çıxışları məhz ona hesablanıb ki, həmin kəndlərin qaytarılmaması üçün maksimum təzyiq göstərsinlər. Hərçənd, yaxşı bilirik, Ermənistan quruluşundan bəri kilsə dövlətidir və onlar həmişə etdikləri müharibələri, tökdükləri qanları kilsənin təlimatı, fitvası ilə ediblər. Bu da həmişə təkrarlanır. Həmçinin, Fransa kimi bəzi dövlətlərin də siyasi dəstəyini alaraq əməllərini daha da genişləndirmək istəyirlər. Qərbdə səlibçi təfəkkürlü partiyalar, təşkilatlar, dövlət rəsmiləri var. Düzdür, buna açıq şəkildə şərait yoxdur, amma onlar bunu gizli şəkildə həyata keçirirlər, altdan-altdan səlib yürüşü davam edir. Ermənistanın da bu addımları sırf səlibçiliyə hesablanmış bir məsələdir. Müharibədən götürək, erməni əsgərlərinin hamısının kürəyinə xaç işarəsi çəkilmişdi, işğal etdikləri hər bir yerə xaç basdırırdılar, xaç işarəsi qoyurdular. Bu da onlara kilsənin verdiyi əhval-ruhiyyənin, “fətvanın” əsasında idi.  

Gizlin deyil ki, erməni Qriqoryan kilsəsi hər zaman revanşizmin önündə gedib. Düzdür, çox zaman açıq şəkildə elan etməsələr də, amma kilsədən təlimat alan revanşistlərin  niyyətləri odur ki, müsəlman torpaqlarını işğal edib insanların qanını töksünlər. Hərçənd, bu məsələ həmişə türk – erməni məsələsi kimi gündəmə gətirilib, ancaq bunu dar çərçivəyə salmaq olmaz”-deyə T.İrfan qeyd etdi.

Onun sözlərinə görə, ermənilər 1918-ci ildə, ondan əvvəl və sonrakı dövrlərdə azərbaycanlılarla yanaşı kürdləri, yəhudiləri və başqa millətləri də soyqırıma məruz qoyublar. Məqsədlərinə gəlincə, T.İrfan dedi ki, onların əsas amalı erməni kilsəsini genişləndirmək, kilsəyə daha çox ərazi qazanmaq, kilsəni gücləndirməkdir. “Qafqaz Albaniyasından miras qalan alban kilsələrini öz adlarına çıxırlar, hər yerdə təbliğ edirlər ki, onlar guya erməni kilsələridir. Bütün bunlar sübut edir ki, ermənilərin fikri, təfəkkürü bundan ibarətdir.

Bilirsiz ki, hazırda Ermənistanda revanşist təfəkkürdə olan bir neçə partiya, qurum var. Sarkisyan və Köçəryan qruplaşmasının və digəriləri, eləcə də Qarabağdan könüllü köçənlərin bəzilərinin düşüncəsində revanşizm var. Eyni zamanda ABŞ-da, Fransada və başqa xarici ölkələrdə yaşayan ermənilər arasında da revanşist fikirlilər az deyil. Daxili prosesləri bilmirlər, məsələyə Suriya, Livan erməniləri kənardan baxır və “torpaqlar əldən çıxdı”  deyirlər. Niyyətləri odur ki, erməni kilsəsinin rəhbərliyi ilə  Azərbaycan torpaqlarını yenidən işğal etsinlər, onlar heç zaman işğalçılıq azarından əl çəkmək istəmirlər. Revanşist qüvvələrin işğalçılıq niyyətləri də erməni kilsəsinə ruh verir. Erməni kilsəsinin bir neçə başqa ölkədə də bağları var. Yəni bu revanşist ab-havada olanlar təkcə Ermənistanı əhatə etmirlər, başqa yerlərdə də var. 

Sirr deyil ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün xarici qüvvələr hərəkətə keçib, onlara da erməni kilsəsi dəstək verir. Məqsədləri təxribat yaradıb prosesi qarışdırmaqdır. Hesab edirəm ki, nə xaricdəkilər, nə də erməni kilsəsi heç nəyə nail ola bilməyəcək, kilsənin bu təxribatı da nəticəsiz qalacaq. Çünki reallığı artıq dünya gücləri də, Ermənistan rəsmliləri də qəbul edib. Bu baxımdan, sülh müqaviləsinin imzalanmasına doğru addımlandığı  bir vaxtda erməni kilsəsinin təxribatları nəticəsiz qalacaq. Onların iddiası tamamilə absurddur.

Ancaq məsələ bundadır ki, erməni kilsələri davamlı şəkildə Azərbaycana qarşı bu cür revanşist fikirlər səsləndirərkən onlara  müsəlman icmalarından, QMİ-dən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən layiqli cavab verildiyini eşitməmişəm. Erməni kilsəsi həmişə “əzabkeş” donuna girib belə revanşist fikirlər səsləndirir, ancaq bizdən kəsərli cavab olmur. Müharibə dövründə QMİ sədri cihad fətvası verə bilərdi ki, bu dinlə də uyğun idi, Yəni  müsəlman torpaqları, məscidləri işğal altında idi və onun azad edilməsi vacib idi.  O bunu etməsə də, ermənilər, Qərb bizi şantaj edirdilər ki, Azərbaycan guya din müharibəsi aparır və s. Hətta qonşumuz İran iddia edirdi ki, giya burada hansısa dini qruplaşmalar var. Amma erməni kilsəsi “xaç yürüş”ünə fətva, hökm verir, düzdür, bunu açıq demir. Din siyasətə qarışmamalıdır, amma ermənilərdə qarışır. Qərbdən də ermənilərə bir cavab verən yoxdur ki, niyə dini rejim qurursuz, niyə din siyasətə qarışır? Amma müsəlman aləmində bir müsəlmnan din xadimi çıxış edərsə o dəqiqə onu radikallıqda günahlandırırlar”.

T.İrfan hesab edir ki, erməni kilsəsinin bu cür iddialarına, sərsəmləmələrinə ölkəmizdəki bütün dini icmalar cavab verməlidir, BMT başda olmaqla, bütün beynəlxalq siyasi və hüquqi, dini  təşkilatlara erməni kilsəsinin revanşist siyasəti ilə bağlı müraciət etməlidir.

İradə SARIYEVA    







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

09.01.2025 | 14:25
Azərbaycan ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayır

09.01.2025 | 14:07
Avropa dəyərləri korrupsiyaya qurban edilir...

09.01.2025 | 13:30
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

09.01.2025 | 13:17
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat açıqladı

09.01.2025 | 13:03
В. Карасев, свинство не хорошая черта - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.01.2025 | 12:44
BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yaydı

09.01.2025 | 12:19
İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:50
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:03
İran rəsmisi qaçaraq Bakıya gəldi - CANLI

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031