KÖHNƏ VERSİYA            

Fransa gərək "tünd sirkə" məsələsini unutmasın... - Aydın Quliyev

Image

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev gündəmdə olan siyasi mövzular haqqında "Olaylar" İnformasiya Agentliyinə müsahibə verib. 

Müsahibəni təqdim edirik:

- Uzun illər Azərbaycan-Fransa münasibətləri dinamik şəkildə inkişaf etsə də İkinci Qarabağ Müharibəsi zamanı ölkələr arasında yaşanmış diplomatik böhran bir çox sahədə təmasları minimuma endirdi. Hazırda Azərbaycan-Fransa münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan-Fransa münasibətlərinin "buzlu dövrüdür". Regional və bəzi qlobal məsələlərə baxışlar o qədər ziddir ki, onun yaxın vaxtlarda isinəcəyini söyləmək çətindir. Fransa rəhbərliyi bu gün Azərbaycana əks və düşmən geosiyasi düşərgənin təmsilçisi kimi baxır. Əslində 44 günlük müharibəyə qədər də iki ölkənin münasibətlərində dinamiklik, qarşılıqlı anlaşma yox idi. Fransa üzdə guya əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik siyasəti aparsa da, mahiyyətdə tam tərsinə idi. Azərbaycanın xoş niyyətli siyasətindən istifadə edərək regionumuzda möhkəmlənmək istəyirdi. MQ - nin həmsədri kimi əslində münaqişəni uzadırdı, Ermənistanın maraqlarına xidmət edirdi. Fikri Ermənistana torpaq, özünə iqtisadi fayda və regionun işlərinə soxulmaq imkanı qazandırmaq istəyirdi. Vətən müharibəsindən sonra Fransanın və ümumən Qərbin maskası cırıldı. Bu vaxta qədər Azərbaycana qarşı pərdəarxası düşmənçilik edirdisə, indi hər şeyi açıq-saçıq etməyə başladı. Çünki Azərbaycan Ermənistanın işğal planlarını, Fransanın isə geosiyasi üstünlük qazanmaq və bölgəmizdə özünə yeni müstəmləkələr yaratmaq planlarını pozdu. Hazırda Fransa Azərbaycandan qisas alır. Özünün geosiyasi planlarının pozulmasına görə qisas almaq istəyir, Ermənistanı kapitulyasiya etdiyimizə görə qisas alır və Rusiyanın siyasətinin əleyhinə getmədiyimizə görə qisas alır, Qərbin aləti olmadığımıza görə bizi vurur. Fransa Avropa Birliyini də Azərbaycana qarşı öz siyasətində alətə çevirməyə çalışır, bəzən buna nail olur. Bütün bunlar həm də şəxsən Makronun çılğın, ambisiyalı, qisasçılıq siyasəti deməkdir.

- Fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin oraya ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı - Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Sizcə, bu hadisə özünü dünya demokratiyasının beşiyi sayan Fransanın ali dəyər və prinsiplərə  qətiyyən məhəl qoymadığını təsdiqləyirmi?

- Yeni Kaledoniya hələ də Fransanın müstəmləkəsidir. Millət azadlıq istəsə də vermir, hətta ana dilində təhsili də yasaq edib. Azərbaycanlı media mənsublarına Fransa polisinin münasibətində təəccüblü şey yoxdu. Hər şey fransız siyasətinə və Makronun  idarəçiliyinə uyğundur. Makron öz paytaxtında dinc etirazçılara, media nümayəndələrinə hansı sayğını göstərir ki, bizim jurnalistlər üçün də nəsə edə?! Polislər Makronun antiazərbaycan siyasətindən, Paris meri İdalqo arvadın Laçının qapılarında çıxartdığı ermənipərəst hoqqalardan, Xankəndidə absurd seçki kompaniyası aparmaq istəyən prezidentliyə namizəd Zemurun faşistsayağı ermənipərəstliyindən, Fransa senatının qondarma "DQR"-i tanımasından nümunə götürür. Polislər görür ki, Makron və bütün fransız elitası "erməni diasporunun çirkli pullarını yeyəndən sonra ağız-burunlarını necə yalayırlar". Başqa nədən nümunə götürəcəklər ki?!..

Fransa polisi də Makronun özü kimi qisasçılıq siyasəti aparır. Həm ermənilərə görə Azərbaycan jurnalistlərinə qarşı aqressiv oldular, həm də Azərbaycan Fransanın yeni müstəmləkəçilik siyasətini ifşa etmək üçün görün nə böyük işlər gördü. Fransanın müstəmləkə siyasətinə qarşı Bakı Təşəbbüs Qrupu yaratdı, bu qrup BMT-də konfrans keçirdi, Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı, Bakıdakı antimüstəmləkəçilik konfransına, hətta Yeni Kaledoniya və Korsika kimi fransız müstəmləkələri də dəvət olundu, konfransda Fransanın siyasətinin "ciyərini çıxartdılar". Fransanın siyasi rəhbərliyi də, polisi də bunlardan sözsüz ki, qıcıqlandılar. Bu məntiqlə fransız polisi Kalefonuyada bizim jurnalistləri öldürə də bilərdilər. Ancaq Fransa gərək "tünd sirkə" məsələsini unutmasın...

- Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutdu. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini tam açıqlığı ilə diqqətə çatdırdı. Sizcə, hadisələrin bu istiqamətdə inkişafı ABŞ-a və onun Cənubi Qafqaz siyasətinə nə dərəcədə zərbə vurdu?

- Müharibədən sonra ABŞ Azərbaycan-Ermənistan məsələlərinə daha praqmatik mövqedə idi. Məsələn, ərazi bütövlüyü prinsipinə, ikitərəfli Bakı-Yerevan dialoqunu təşfiq edirdi, ərazi bütövlüyünün qarşılıqlı tanınmasından sonra sülh sazişi üçün sanki heç bir ciddi maneənin qalmadığı kimi ovqat sərgiləyirdi. Bu, Amerikanın dövlət və strateji maraqlarına nisbətən ən münasib mövqe idi. Ancaq təəssüf ki, antiterror tədbirlərindən sonra erməni lobbisinin Amerika siyasətinə təsirləri artdı. Amerika səhvə yol verdi. Bakı-Yerevan normallaşmasında ən perspektivli vasitəçi statusuna ən yaxın namizəd olsa da, bu mövqeyini yavaş-yavaş itirdi. Bölgədə daha müstəqil siyasət aparan Azərbaycana stavka etməkdənsə, hamıya xidmət etməyə hazır olan Ermənistanı üstün tutdu. Hər şeyə Ermənistanın gözü ilə baxmağa başladı. Azərbaycanın guya Ermənistana təcavüz etdiyini dedi, Qarabağda etnik təmizləmədən danışdı və sair. Halbuki bunlar həqiqət yox, "nyus etməni feykləri" idi... Ən pisi o oldu ki, ABŞ geosiyasi mübarizədə Azərbaycandan Rusiyanın əleyhinə mövqe göstərən müttəfiqlik umdu. Dəyər verə bilmədi ki, onun bu təmənnası Azərbaycanın müstəqil siyasətinə ziddir. Qiymətləndirə bilmədi ki, Azərbaycan bu bölgədə Amerikanın dostu, ya Rusiyanın düşməni olmaqdan qat-qat artıq müstəqil dövlət siyasəti ilə faydalı ola bilər. Təbii ki, bu siyasətlə ABŞ Azərbaycanın dostuna və ya bölgəmizdə ədalətli vasitəçiyə çevrilə bilməzdi. Məntiqi olaraq, ABŞ obyektiv və ədalətli vasitəçi kimi Qafqazda sabit şəkildə qalmaq imkanlarını zəiflətdi, Azərbaycan cəmiyyətinin nəzərində etimadı zədələndi. Deyə bilmərəm ki, Blinkenin zəngi tam yeni bir siyasət başlatmaq istəyindən doğdu. Hər şeyi zaman və Amerikanın yeni səfiri cənab Libbinin aparacağı siyasət göstərər.

-   "The Washington Post" qəzeti də növbəti dəfə Azərbaycana qarşı sərt ittihamlarla dolu redaksiya məqaləsi dərc edib. Qəzet guya Azərbaycanda söz azadlığının olmadığını, korrupsiya hallarının geniş vüsət aldığını iddia edib və ölkədə siyasi motivli həbslərin baş verməsi barədə redaksiya məqaləsi dərc edib. Bu mövzuda fikirləriniz nədir?

- ABŞ mediasında, xüsusən də "The Washington Post"-un üstündə ermənipərəst siyasi dairələrin təsiri var. Onlar medianı yönəldirlər. Amerika mediası ölkənin geosiyasi kursunun elementlərindən birinə çevrilib. Siyasi hakimiyyət Azərbaycana nə münasibət göstərsə, tək-tük orqanları çıxmaq şərtilə mütləq əksər media qurumları da bu yolla gedir. Qərb medialarının Azərbaycana münasibətində də şərti iki mərhələ var. Müharibəyə qədər Azərbaycanı tənqid edən materiallara üstünlük verməklə ölkəmizi erməni işğalları ilə barışmağa məcbur etmək istəyirdilər. İndi isə Azərbaycan bu bölgədə Fransasız, Amerikasız yeni reallıqlar yaratdığı üçün bunları qəbul etmək istəmirlər. İndi Azərbaycanı sıxmaq istəyirlər ki, Azərbaycan Ermənistanı kapitulyativ şərtlərlə sülh sazişinə məcbur etməsin. Bu siyasətin aparılmasında mediaya da rol ayrılıb.

- Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik bildirib ki, ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan  Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edibmiş. F-16, F-35-lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri bəllidir. ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir. Bu barədə nə deyə bilərsiniz?

- ABŞ Türkiyə ilə F-16, F-35 məsələsində yəqin ki, iki hədəfi vurmaq istəyib. Əvvala, Türkiyəni müharibə vaxtı Azərbaycana dəstək verməkdən çəkindirməyə və bununla Ermənistanın vəziyyətini düzəltməyə çalışırdı. Həqiqətən 44 günlük müharibədə Türkiyə Azərbaycana siyasi-diplomatik dəstək verməsəydi, işimiz çox çətin olardı. İkinci, F-16 və F-35-ləri Türkiyəyə verməklə Türkiyə-Rusiya münasibətlərini pozmaq istəyirdi. Yaxşı ki, Türkiyə bu oyunlara getmədi...

- Noyabrın 30-da  Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın beşinci görüşü keçirildi. Tərəflər Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşib, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəlib. Siz bu görüşün nəticələri haqqında nə düşünürsünüz?

- Hazırda Azərbaycanla Ermənistanın arasında həllini gözləyən 2 əsas məsələdən biri sərhədlərdi. Digəri sülh sazişidir. Ermənistan hər ikisinin yekunlaşmasında maraqlı deyil. Xüsusilə, delimitasiya çox uzun çəkəcək prosesdir. Sülh sazişinin imzalanması nisbətən az zaman çərçivəsində yekunlaşa bilər. Bunu ermənilər də bilir. Ona görə saziş danışıqlarına gəlmirlər. Sərhəd danışıqlarına guya bir qədər həvəsli olduqlarını göstərməklə özlərini sülh tərəfdarı kimi tanıtmaq istəyirlər. Əslində isə sərhəd danışıqlarına gəlməklə həm bu danışıqların özünü, həm də sülh sazişi danışıqlarını yubatmaq istəyirlər. Bilirik ki, Sərhədləri Rusiya Baş Qərargahının xəritələri olmadan dəqiqləşdirmək çətin olacaq. Ermənilər isə masaya rusları buraxmaq həvəsində deyillər. Tam gücləri ilə Qərbə üz tutublar. İndi baxın, sərhəd danışıqları uzandıqca bəhanə edəcəklər ki, gərək sərhəd məsələsini bitirək, sonra sülh sazişinə başlayarıq. Bir sözlə, Ermənistan sərhəd danışıqlarına yeni oyun partiyası kimi baxır. Bu onların özlərinə daha çox ziyanlıdır. Biz əhəmiyyətli strateji yüksəkliklərdə oturub ovcumuzun içi kimi Cermuxa və Basarkeçərə baxırıq. Hətta Kiçik Göyçəni də görürük... Hətta sərhədlər delimitasiya olunmayacaqsa belə, Azərbaycana "şərti sərhəd" rejimi də sərf edir.

- İşğal altında olan torpaqlarımızın mənfur düşməndən azad olunması ilə bütün dünya erməni işğalçıları tərəfindən cənnət Qarabağın məqsədli şəkildə xarabalığa çevrilməsini, vandalizmə məruz qalmasını, dini-tarixi abidələrimizin təhqir olunaraq dağıdılmasının şahidi oldu. Amma artıq Qarabağda davamlı şəkildə yenidənqurma işləri aparılır. Bunlardan biri də Qarabağ Universitetinin yaradılması məsələsidir. Sizcə, Xankəndində Qarabağ Universitetinin yaradılmasının bizim üçün hansı tarixi aspektləri var?

- .Qarabağ universitetinin yaranması həm tarixi hadisədir, həm də rəmzidir. Onun rəmzidir ki, biz ermənilərdən tam fərqli xislətimizi parlaq şəkildə göstəririk. Erməni silahlıları "sümük soran" həşərat sürüsü kimi Qarabağı yerlə yeksan etdi, biz ora elm, maarif, təhsil aparırıq, bərpa edirik. Onun rəmzidir ki, Qarabağ Universitetində Azərbaycanın 8 noyabr, 20 sentyabr zəfərlərini elmin, diplomatiyanın, hərb sənətinin, hüquq və texnoloji inkişafın geniş meydanlarında ləyaqətlə qoruyan və inkişaf etdirən böyük xadimlərimiz yetişəcək. Bu gün Quzey Kıprız Türk Cümhuriyyətinin universitetləri bütün dünya gənclərini öz qucağına basıb, hər əcnəbi gəncin yaddaşına  yunan terroristlərin 1974-83-cü illərə qədər bu torpaqlarda hansı vəhşilikləri törətdiklərini həkk edir. Qarabağ Universitetində də saysız əcnəbi gənclərin ali təhsil alacaqlarına inanıram. Onlar Azərbaycanın gələcək lobbiçilərinə çevriləcəklər. Bakıda universitetlərdə təhsil alan əcnəbi gənclər başqa, Qarabağ universitetində oxuyacaq əcnəbi gənc bir qədər başqa...

Röyalə Xəyal







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

09.01.2025 | 14:25
Azərbaycan ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayır

09.01.2025 | 14:07
Avropa dəyərləri korrupsiyaya qurban edilir...

09.01.2025 | 13:30
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

09.01.2025 | 13:17
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat açıqladı

09.01.2025 | 13:03
В. Карасев, свинство не хорошая черта - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.01.2025 | 12:44
BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yaydı

09.01.2025 | 12:19
İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:50
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:03
İran rəsmisi qaçaraq Bakıya gəldi - CANLI

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

09.01.2025 | 09:20
Naxçıvanın bu kəndində hərbi sursat aşkar edildi

09.01.2025 | 09:15
Kıvanç Tatlıtuğ yeni serialda - qazancı gizli saxlanılır...

09.01.2025 | 09:10
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsindən yazır

09.01.2025 | 09:05
"Barselona" Superkubokun finalında

09.01.2025 | 09:00
Kaliforniyada meşə yanğınları 5 nəfərərin həyatına son qoydu

09.01.2025 | 08:38
Kərə yağının idxalı və daxili istehsalı artır - qiymət də artsa, batdıq...

08.01.2025 | 22:10
"Ermənistan XİN rəhbərinin “Qərbi Azərbaycan İcması” ilə bağlı iddiaları tarixin saxtalaşdırılmasıdır" - Rəsmi Bakı

08.01.2025 | 21:43
AZAL Kazana bütün uçuşları dayandırdı

08.01.2025 | 21:22
1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

08.01.2025 | 21:07
Aktauya düşmüş təyyarəni tam xilas etmək mümkün imiş - itirilmiş şok imkan...

08.01.2025 | 20:51
Paşinyan qəbul etməsə, Azərbaycan bu məsələni gündəlikdən çıxarmayacaq...

08.01.2025 | 20:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

08.01.2025 | 20:36
Naxçıvandan Türkiyəyə keçiddə mindən çox İran TIR-ı? - Yalana baxın...

08.01.2025 | 20:22
Azərbaycan tam hazırdır - Ermənistan yeni müharibəni qaçılmaz etdi...

08.01.2025 | 20:15
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda yenilənmiş həyətlər istifadəyə verildi - FOTO

08.01.2025 | 20:08
Makronun aylarla hazırlaşdırdığı briqada Zelenskiyə ağır zərbə vurdu...

08.01.2025 | 19:53
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının çərçivəsi müəyyənləşdi...

08.01.2025 | 19:39
Trampın əsas hədəfi - Baydenin "Azərbaycan səhvlərini aradan qaldırmaq"...

08.01.2025 | 19:25
Makron Fransanın bütün siyasi elitasını Azərbaycanofob edib...

08.01.2025 | 19:12
Nazir Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.01.2025 | 19:04
Vətəndaş cəmiyyətinin düzgün təşkili Azərbaycanın daha böyük uğurlarını şərtləndirir...

08.01.2025 | 18:50
Makron COP29 vaxtı hətta bu namərdliyə də əl atdı...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031