Ermənilərin "Cermuk" suyundan Rusiyada adam öldü- aləm bir- birinə dəydi...
Bir neçə gün əvvəl Rusiyanın Yerevandan məşhur " Cermuk" suyunun idxalına məhdudiyyət tətbiq etdiyi barədə xəbər vermişdik. Bu gün əlavə xəbərlər yayılıb.Bakı- xəbər. com erməni mediasında Rusiyanın erməni hakimiyyətinə yazdığı məktub barədə xəbərin getdiyini bildirir.Ermənistan Qida Təhlükəsizliyi qurumundan verilən məlumata görə Rusiyadan daxil olmuş məktubda bir Rusiya vətəndaşının '" Cermuk" suyundan öldüyü yazılıb və hər hansı laborator analiz barədə məlumat verilməyib.
Ermənistan hökumətindən rəsmi olaraq bildirilib ki, son 5- 6 ildə " Cermuk" suyu barədə hər hansı narazılıq çıxmayıb.Erməni hakimiyyəti bununla əslində Rusiyanın " Cermuk" suyu barədə son mövqeyinin siyasi olduğuna eyham vurur.
Namiq Quliyev