Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq
Çin Kommunist Partiyasının Sincan Uyğur Muxtar Rayonu regional komitəsi katibinin keçmiş müavini Li Pensin 822 milyon yuan (təxminən 114,3 milyon ABŞ dolları) rüşvət almaqda təqsirli bilinir. Belə ki, sabiq məmur haqqına başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, 1999-2023-cü illərdə Çinhay əyalətində, Daxili Monqolustan və Sincan Uyğur muxtar rayonlarında müxtəlif vəzifələrdə çalışarkən fərdi şəxslər və şirkətlərə biznes fəaliyyəti üçün qanunsuz yollarla daha yaxı şərait yaratmaq müqabilində külli miqdarda rüşvət almaqda ittiham olunur. Məhkəmə prosesində onun cinayət əməlləri sübuta yetirilib. Müttəhim cinayət əməllərini etiraf edib. Yaxın günlərdə hökm elan olunacaq.
Mətləb