Magistraturaya sınaq imtahanına qeydiyyat bu gün başa çatır
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 19-da ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək.
İmtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda və Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Göyçay, Şirvan, Bərdə, Lənkəran, Xaçmaz şəhərlərində yerləşən regional bölmələrinin inzibati binalarında təşkil olunacaq. DİM-dən verilən məlumatda deyilir ki, sınaq imtahanında iştirak etmək istəyənlər yanvarın 6-sı saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər.
İştirakçılar verilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub imtahana yazıla bilərlər.
Mətləb