Aİ komissarından etiraf – sanksiyalar işə yaramadı, Rusiya silah istehsalını ağlasığmaz səviyyədə genişləndirdi
Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius sanksiyalara baxmayaraq Rusiyanın bütün Avropanın müdafiə sənayesindən daha çox silah istehsal etdiyini deyib.
“Bizim sanksiyalara baxmayaraq, Rusiya müdafiə sənayesini ağlasığmaz səviyyəyə qədər genişləndirdi”, - Kubilius bildirib.
Rusiyanın 3 ayda Avropanın edə biləcəyindən daha çox silah istehsal etdiyini vurğulayan Kubilius, Rusiyanın 6 ayda Alman ordusunun bütün silah ehtiyatından daha çox silah istehsal edə biləcəyini deyib.
TAHİR