İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı
Amerikalı milyarder İlon Maskın Almaniyadakı siyasi proseslər ətrafında iştirakı qalmaqal yaradıb. Belə ki, Bundestaqın administrasiyası Almaniya parlament seçkiləri ərəfəsində ultrasağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasına dəstək verdikdən sonra araşdırmaya başlayıb. Bu barədə nüfuzlu “Die Welt” qəzeti yazıb. Qəzetin yazdığına görə, məmurlar Maskın bəyanatlarının Almaniyanın siyasi partiyalar haqqında qanununu pozub-pozmadığını yoxlayırlar. “Bundestaq administrasiyası hazırda bu məsələ ilə bağlı vəziyyəti aydınlaşdırır”, – Almaniya parlamentindən bildirilib.
Nəşr yazır ki, Mask öz “X” sosial şəbəkəsində AfD-ni açıq şəkildə reklam edir. "LobbyControl" qeyri-hökumət təşkilatı bildirirdi ki, Maskın AfD lideri və Almaniyanın kanslerliyinə namizəd Alis Vaydel ilə 9 yanvar axşamı baş tutmuş açıq söhbəti “qanunsuz partiya ianəsi” və “siyasi reklam” kimi qiymətləndirilə bilər. Mask oxşar söhbəti 2024-cü ilin avqustunda seçilmiş ABŞ prezidenti Donald Trampla onun seçki kampaniyası zamanı da aparmışdı.
Mətləb Salahov