Keçmiş rəqibindən Trampa məsləhət - İlk işin Ərdoğana zəng etmək olmalıdır...
Donald Trampa rəqib olan, lakin kifayət qədər dəstək ala bilmədiyi üçün prezidentliyə namizədlik yarışından geri çəkilən ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli diqqət çəkən açıqlamalar verib. Türkiyənin bölgədəki “kilid” qoluna diqqət çəkən Heyli, Trampa çağırış edib.
"Tramp üçün böyük bir fürsət var. Prezidentliyə başlayanda ilk işi Ərdoğana zəng olmalıdır. Unutmayın ki, Ukrayna-Rusiya müharibəsində Ərdoğan Ukraynanın tərəfindədir. Əgər Tramp İranı zəiflətmək və Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq istəyirsə, bunun əsas yolu Türkiyə və Ərdoğanla ünsiyyət qurmaqdır" – deyə Heyli qatıldığı bir proqramda bildirib.
Heyli sosial media hesabında da paylaşım edib. Bildirib ki, Türkiyə İranı zəiflətməkdə və Rusiyanın Ukraynadakı müharibəsini bitirməkdə əsas rol oynayır. Burada əsas olan Tramp bundan öz xeyrinə necə istifadə edəcəyidir.
TAHİR