"Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstanın Azərbaycana qardaş köməyidir" - Prezident İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşasına dair təşəbbüsünə görə həmkarına bir daha təşəkkürünü bildirib.
Dövlətimizin başçısı bunu Qazaxıstanın Azərbaycana qardaş köməyi adlandırıb.
Deyib ki, bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.