Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?
Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana, daha sonra isə Özbəkistana səfər etməyi planlaşdırır. Pakistanın “The News International” nəşri belə bir xəbərlə çıxış edib. "Pakistan "Mərkəzi Asiya baxışı siyasəti" çərçivəsində region dövlətləri ilə fəal şəkildə əməkdaşlığın genişləndirilməsinə çalışır. Cənubi Qafqazın əhəmiyyətli ölkələri ilə əlaqələrini möhkəmləndirir. Bu strategiyaya uyğun olaraq, Baş nazir Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək", - məlumatda qeyd olunub.
Bildirilib ki, səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər. "Məlumatlı mənbələrin sözlərinə görə, səfər çərçivəsində Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir neçə saziş imzalamağı planlaşdırır", - nəşr vurğulayıb.
Mətləb