Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi
Ermənistan mətbuatı maraqlı məlumat yayıb. Erməni KİV-lərinin yazdığına görə, hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Hayk Sarkisyan və Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən partiya iclasında mübahisə ediblər.
Gərginlyin səbəbi isə H. Sarkisyanın qanunsuz meşə qırımları ilə bağlı bəyanatı olub. Deputat qubernatoru Tavuşda ekoloji vəziyyəti gərginləşdirməkdə ittiham edib. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman baş nazir iclası tərk edib. Səhiyyə naziri Anahit Avanesyan davaya müdaxilə edərək iştirakçıları sakitləşdirməyə çalışıb, lakin KİV-lərin yazdığına görə, gərginlik artmaqda davam edib. Mətbuatın yazdığına görə əlbayaxa davaya çıxan hər iki şəxs barədə ciddi cəzaların tətbiq ediləcəyi gözlənilir.