Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Bakıda 31 küçə və prospekt üzrə 35 km uzunluğunda velosiped yolları yaradılıb, bu rəqəmin mərhələlərlə təxminən 100 km-ə çatdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, ölkədə mikromobillik sahəsində qanunvericilik təkmilləşdiriib, "kiçik elektrik nəqliyyat vasitəsi" və "kiçik elektrik nəqliyyat vasitəsinin operatoru" anlayışları qanunvericiliyə daxil edilib, bu sahədə nəzarət tədbirləri təkmilləşdirilib. "Hazırda Bakıda icarəyə verilən mikromobillik vasitələrinin sayı 476-dır. Bunun 77 %-ni kiçik elektrik nəqliyyat vasitələri (skuter), 18 %-ni velosiped, 5%-ni elektrik velosipedi təşkil edir. Ötən ilin sentyabr-dekabr aylarında mikromobillik operatorları 850 944 sifariş qəbul edib, 2 244 302 km məsafə qət edilib.
Mətləb Salahov