KÖHNƏ VERSİYA            

Dilçilikdə Afad Qurbanov fenomeni

Image

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü,  Türk dil qurumunun üzvü, Əmək­dar elm xa­di­mi, Döv­lət mü­ka­fa­tı lau­rea­tı, fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, ölkəmizdə  hazırda istifadə olunan  Azərbaycan əlifbasının müəllifi  A.Qurbanov çoxcəhətli elmi yaradıcılığı ilə dilçiliyin inkişafında mühüm xidmətləri olmuşdur. Azərbaycan dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, dilçiliyin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan A.Qurbanov “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan ədəbi dili” (1967), “Ümumi dilçilik” (I, II cild), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi”, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (2 cildlik) (1988), “Azərbaycan onomastika məsələləri” (1986), “Dünyanın dil ailələri” (1994), “Azərbaycan onomalogiyasının əsasları (2 cild- də) və s.  problemlərlə bağlı 70 monoqrafiya  və 500-dən çox elmi məqalənin müəllifidir. Bu əsərlərdə dilçiliklə bağlı  aktual məsələlər, problemlər, elmi anlayışlar dəqiqləşdirilmiş,  dil və dilçilik tarixi ilə əlaqədar yeni təsniflər verilmişdir. Onun əsərlərində Azərbaycan dilçiliyinin inkişafı, perspektivləri, dilçiliyin linqvistik və fəlsəfi nəzəri əsas üzərində təşəkkül tapması, elmlərin təsnifi problemi, dilçilik tarixinin müəyyənləşdirilməsi problemlərinə aydınlıq gətirilmişdir. A. Qurbanovun müasir Azərbaycan ədəbi dilində fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya, onomalogiya, derivatologiya və başqa sahələrlə bağlı obyektiv fikirləri bu gün də öz orijinallığını saxlayır. 

A.Qurbanov Azərbaycan ədəbi dili, türkoloji dilçilik, dil universiyaları, ümumi dilçilik, onomalogiya, leksikologiya, nitq mədəniyyəti, tərcüməşünaslıq, bədii əsərlərin dili, üslubiyyat, ali məktəb pedaqogikası və metodikası kimi sahələrlə bağlı dəyərli tədqiqatlar aparmışdır.  Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Onomastika dilçiliyin  sahəsi kimi xüsusi adları (insan adları, coğrafi adlar, tayfa adları və s.) öyrənir və tədqiqat obyektindən asılı olaraq antroponimika, toponimika, etnonimika və s. bölmələrə bölünür. Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, əmələ gəlməsini,  mənşəyini, məna əsasını, yayılma regionunu, quruluşunu, inkişaf tarixini, təkmilləşməsini, üslubi imkanlarını, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri kimi ilk dəfə alimin əsərlərində araşdırılmışdır. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişaf dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran  A.Qurbanov olmuşdur. Alim Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Onomastika Cəmiyyəti və Onomastika Elmi Mərkəzi yaratmış, 25 sentyabr tarixini “Onomastika günü” kimi təsis etmiş, “Onomastika” adlı elmi-onomastik jurnal nəşr etdirmişdir. 

Görkəmli türkoloqun onomalogiya  məsələlərinə dair 100-ə qədər məqaləsi, “Antroponim nəzəriyyəsi”, “Azərbaycan onomastikası” və “Azərbaycan onomalogiyasının əsasları” (2 cild) monoqrafiyaları nəşr olunmuşdur. Bu əsərlərdə xüsusi adların qrupları və  yarımqrupları türkologiyada ilk dəfə müəyyənləşdirilmiş, onomalogiyanın elmi-nəzəri  əsasları hazırlanmışdır. Bu baxımdan Azərbaycan dili onomalogiyasının müstəqil bir nəzəri dilçilik şöbəsi kimi formalaşması bilavasitə professor Afad Qurbanovun fəaliyyəti ilə bağlıdır. Alimin onomalogiya ilə bağlı  ən fundamental əsəri  1988-ci ildə nəşr olunmuş, Dövlət Mükafatına  layiq görülmüş “Azərbaycan dilinin onomalogiyası” kitabıdır. Akademik M.Şirəliyev yazırdı ki,  Afad Qurbanov bu əsəri ilə Azərbaycan onomastika məktəbinin əsasını qoymuşdur. 

1976-cı ildə nəşr olunan “Dilçiliyin sistemi” əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri və onların aktual problemləri araşdırılmışdır. Xüsusilə, dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri konseptual səviyyədə tədqiq edilmişdir. Görkəmli dilçi akademik  Ağamusa Axundov yazırdı ki, Azərbaycan dilçiliyinin parlaq siması A.Qurbanovun Ümumi dilçiliklə bağlı tədqiqatları dilçiliyimizin uğurudur. Bununla yanaşı, türk dilləri qrupunun dəqiqləşdirilməsində yeni mülahizə və konsepsiyalar irəli sürülmüşdür. Bununla da dilçilik elminin ümumi dilçilik məsələlərinə dərindən bələd olan Afad Qurbanov respublikamızda ilk “Ümumi dilçilik” dərsliyini yazmaqla tələbələrə və bu sahə ilə maraqlanan tədqiqatçılara çox qiymətli töhfə verdi. N.Cəfərov yazır ki,  Afad Qurbanovun “Ümumi dilçilik” əsərində dünya dilçiliyinə, o cümlədən türk dillərinin mövqeyinə dair yeni elmi konsepsiyalar irəli sürüldüyündən bu kitab türk, rus, ingilis və fransız dillərinə tərcümə olunmuş və xarici dilçi alimlərin və geniş oxucu kütləsinin böyük marağına səbəb olmuşdur. Afad Qurbanov ümumi dilçilik sahəsində əldə etdiyi elmi nailiyyətləri, əsasını qoyduğu ümumi dilçilik elmi məktəbi ilə Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkoloji dilçiliyin inkişafına öz tarixi töhfəsini vermişdir.

A.Qurbanov dünya dilçiliyinin ən vacib problemlərindən  birini-dil ailələrinin dəqiq müəyyən­ləş­­­dirmiş və Altay dillər ailəsini altı qrupa  1. Türk dilləri (23 dil), 2. Monqol dilləri qrupu (3 dil), 3. Tunqus dilləri qrupu (3 dil), 4. Mancur dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6. Yapon dilinə (1 dil) ayırmışdır. Müəllif  Altay dilləri ailəsinin tərkibində olan dillərin 64 faizini türk dilləri təşkil etdiyini xüsusi qeyd etmişdir. A. Qurbanov Altay dilləri ailəsində 23  türk dilinin oduğunu qeyd edərək, tarixi inkişaf və linqvistik  əlamətlər əsasında beş yarımqrupda - oğuz dilləri, qıpçaq dilləri, bulqar dilləri, karluq dilləri, tukyuy dilləri yarımqrupuna bölərək təsnif etmişdir. Alim ümumi dilçilik problemlərinə və dünya dillərinin təsnifatına dair yeni fikirlər söyləmiş və onun bölgüsü türkologiyada qəbul edilmişdir. 

Azərbaycan Respublikası 1990-cı ildə  müstəqillik əldə etdikdən sonra Kiril qrafikasından latın qrafikasına keçid əsas məsələlərdən biri kimi  görkəmli alim Afad Qurbanovun rəhbərliyi ilə  geniş müzakirə olunmuşdur. Alim kiril əlifbasının müasir tələblərə cavab vermədiyini əsaslandıraraq yazırdı ki, kiril qrafikası Azərbaycan dilinin bütün incəliklərinə, onun tələblərinə cavab vermir və indi işlətdiyimiz kiril qrafikalı əlifbada bir sıra düzəldilməsi mümkün olmayan qüsurlar vardır. Eyni zamanda kiril qrafikalı əlifba xalqımızın milli mədəniyyətinin birləşməsinə ancaq mənfi təsir göstərir. Müxtəlif yerlərdə yaşayan azərbaycanlılar bir-birinin nailiyyətləri haqqında birbaşa məlumat ala bilmirlər, milli mədəniyyət arasında möhkəm əlaqə yaranmır. Buna görə də xalqımızın birliyi, onun iqtisadi, siyasi və mədəni inkişafı üçün mütərəqqi və yararlı əlifba lazımdır. Bu da indi və gələcəkdə özünü doğrulda bilən latın qrafikası əsasında yeni əlifbadır. Afad Qurbanov yeni əlifbanın latın qrafikası əsasında tərtib edilməsinin vacib tərəflərini elmi cəhətdən əsaslandırmışdır. Azərbaycan əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanı bəziləri kiril, bəziləri ərəb, bəziləri isə latın əsaslı əlifbanın qəbul edilməsini təklif etmişdir. Görkəmli alimin  tə­şəb­bü­sü ilə 1990-cı il­də Azər­bay­can Əlif­ba Ko­mis­si­ya­sı yaradılmışdır. Bu sa­hə­də­ki uzunmüddətli  ya­ra­dı­cı­lıq işləri nə­zə­rə alı­na­raq Azər­bay­can SSR Elm­lər Aka­de­mi­ya­sı­nın o za­man yeganə dil­çi alim üz­vü olan Afad Qur­ba­nov hə­min Ko­mis­si­ya­nın səd­ri se­çil­miş­dir. Afad Qurbanov yeni əlifbanın yaradılmasında latın qrafikasının vacib tərəflərini şərh etmişdir. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçilməsi, onun Azərbaycan dilinin ədəbi-bədii xüsusiyyətlərinə uyğun gəlməsi Afad Qurbanovun təşəbbüsü sayəsində əlverişli sayılmış və müsbət şərh olunmuşdur. Bu dövrdə yeni əlifba ilə bağ lı bir sıra versiyalar irəli sürülsə də görkəmli dilçi alim A.Qurbanov latın qrafikalı Azərbaycan əlifbasını daha məqsədəuyğun hesab etmiş və onun təklifləri müzakirə olunmuşdur. A.Qurbanov əlifbanın müxtəlif variantlarını hazırlamış və bu variantları hazırlayarkən beynəlxalq təcrübəni əsas götürmüşdür. Alimin hazırladığı müxtəlif əlifba variantları Azərbaycan əlifbasının tarixi ilə sıx bağlıdır. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçil­məsi, onun Azərbaycan dilinin ədəbi-bədii xüsusiyyətlərinə uyğun gəlməsi  Afad Qurbanovun tərəfindən irəli sürülmüş, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmiş və istifadəyə verilmişdir.  A.Qur­ba­no­vun ha­zır­la­dı­ğı əlif­ba la­yi­hə­sində müa­sir əlif­ba­nın ya­ra­dıl­ma­sı və ona ve­ri­lən tə­ləb­lər nəzərə alınmışdır. Azərbaycan dilinin əlifbasında yazı üçün 32 hərf öz əksini tapır. Qeyd olunan hərflərdə müasir Azərbaycan ədəbi dilinin fonetik xüsusiyyətləri nəzərə alınmışdır. Ümum­xalq sər­və­ti olan bu­gün­kü əlif­ba xal­qı­nı də­rin­dən se­vən,  gör­kəm­li dil­çi­ alim,  aka­de­mik Afad Qur­ba­no­vun el­mi və ic­ti­mai fəa­liy­yə­ti­nin bəh­rə­si ki­mi Azər­bay­can xal­qı­na ən bö­yük töhfələrindən bi­ri­dir. 25 dekabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” qanunun qüvvəyə minməsi haqqında 34 saylı qərarla ölkəmizdə rəsmi olaraq latın qrafikalı əlifbaya keçildi. 1991-ci ilin dekabrında Afad Qurbanovun tərtib etdiyi  latın qrafikalı əlifba rəsmi olaraq qəbul edilmiş və yeni latın qrafikalı əlifbaya keçid ilk dəfə ölkəmizdə reallaşmışdır.  

 Alimi düşündürən problemlərdən  biri də ümumtürk əlifbası və ortaq türk dili yaradılması idi. Ortaq türk əlifbasının tərtibi  üzərində Afad müəllim  uzun müddət çalışmışdır. 34 hərfdən ibarət ümumtürk əlifbasının yaranmasında onun əməyi az deyildir. Özünün qeyd etdiyi kimi bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Hazırda Afad Qurbanov tərəfindən hazırlanan 34 hərfdən ibarət əlifba ümumtürk ortaq əlifba kimi qəbul edilmişdir.

Afad Qurbanovun çoxcəhətli yaradıcılığında bədii əsərlərin dilinin tədqiqi qırmızı bir xətt təşkil edir.  Onun “Bədii dilin linqvistik təhlili” əsəri dil hadisələrinin təhlilinə,  onun elmi nəticələrinə əsaslanır.  Afad Qurbanovun yaradıcılığında dialektologiya məsələləri də müəyyən araşdırılma predmeti kimi  diqqəti cəlb etmişdir. O, dialektoloji axtarışlarda öz sözünü demiş, bu sahədə düzgün araşdırmanın yeni istiqamətini müəyyənləşdirmişdir. Afad Qurbanov həm tətbiqi, həm də nəzəri dilçilik problemlərinin tədqiqi ilə dərindən məşğul olmuşdur. Tətbiqi dilçiliyin əlifba,  qrafika, yazı və onun növləri, orfoqrafiya, orfoepiya, leksikoqrafiya şöbələrinin aktual problemləri ilə bağlı tədqiqatlar aparmışdır. Görkəmli türkoloq dillər ailəsində Azərbaycan dilinin yerini müəyyənləşdirmiş, onun inkişaf tarixini, fonetik sistemini, lüğət tərkibini, qrammatik quruluşunu,  üslubiyyat və üslublar,   onların təsnifi məsələsi nəzəri dilçiliyin problemləri istiqamətində araşdırmışdır.

Görkəmli alim düzgün nitqdən danışarkən onun fonetik, orfoepik, leksik, onomastik, semantik, frazeoloji, dervitoloji, morfoloji, sintaktik və üslub normalarının hər birinin fərdi xüsusiyyətlərini təhlil etmişdir. A.Qurbanovun yaradıcılığında müasir dilçilik problemləri ilə yanaşı Azərbaycan dilinin tarixi ilə bağlı yazılarında dilin ulutürk - ilk türk dili bünövrəsi, Azərbaycan ədəbi dilinin formalaşması və inkişafı, sabitləşmə dövrü, ədəbi dil tarixi,  konkret dil faktları əsasında araşdırılmışdır.  A.Qurbanovun Altayşünas, türkoloq kimi fəaliyyəti Sovet dövründə əhatəliyi ilə diqqəti cəlb edir. O, 1984-1989-cu illərdə SSRİ Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Türk Onomastika Bölməsi bürosunun  üzvü, Tədris Metodiki Bölməsinin rəhbəri, sonradan həmin Komitənin sədr müavini vəzifələrində çalışmışdır. Türkoloji dilçiliyin inkişafındakı xidmətlərinə görə A.Qurbanov Türk Dil Qurumunun üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir. Eyni zamanda o, Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlərində fəal  iştirak etmişdir. Afad müəllim AMEA-nın Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın, İctimai elmlər üzrə Əlaqələndirmə Şurasının, Nəsimi adına Dilçilik İnstitutunun Elmi və Müdafıə Şuralarının üzvü olmuşdur.

Afad Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər - əlli il ADPU-da müəllim, dekan, kafedra müdiri,  filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1981-1989-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) rektoru olmuşdur. Professor A.Qurbanov 1983-cü ildə Azərbaycan SSR EA-nın filologiya sahəsi üzrə müxbir üzvü seçilmiş, dünyanın bir sıra beynəlxalq və milli akademiyalarının akademiki, o cümlədən Türk Dil Qurumunun üzvü seçilmişdir. 1990-1994-cü illərdə Milli Məclisin üzvü olmuşdur.

Gцrkəmli alim Beynəlxalq Pedaqoji Elmlər, Rusiya Pedaqoji və Sosial Elmlər, Nyu-York Akademiyalarının akademiki, Türk Dil Qurumunun fəxri üzvü, Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın Fin-Uqor Cəmiyyətinin həqiqi və fəxri üzvü olmuşdur. Görkəmli azərbaycanşünas alim, dünya şöhrətli türkoloq Afad Qurbanov Azərbaycan dilçiliyi sahəsində səmərəli və dəyərli araşdırmalarını  ömrünün sonuna qədər davam etdirmişdir. O, dünyanın  bir çox ölkələrində, xüsusilə, Amerika, Türkiyə, Rusiya, İran və başqa xarici ölkələrdə elmi səfərlərdə olmuş, Türkiyənin Ankara, İstanbul, İzmir, Adana, Qeysəriyyə, Konya, Trabzon və başqa şəhərlərində uluslararası toplantılarda türkoloji dilçiliyin aktual problemlərinə dair dərin məzmunlu məruzələr etmişdir. AMEA-nın müxbir üzvü Afad Qurbanov elmi-təşkilati fəaliyyətində yüksək ixtisaslı gənc kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlayırdı.  A.Qurbanov minlərlə filoloq-müəllim yetişdirmiş,  50-dən çox elmlər namizədi və doktorunun elmi rəhbəri olmuşdur. Ali pedaqoji təhsilin inkişafına xüsusi diqqət yetirən və onun nəzəri problemləri istiqamətində özünəməxsus təşkilatçılıq nümayiş etdirən Afad Qurbanov müasir Azərbaycan ədəbi dilinin araşdırılmasında, tədrisində və inkişafında xüsusi xidmət göstərmişdir. Elmin inkişafında və yüksək ixtisaslı  kadrların hazırlanmasına xidmətlərinə görə A.Qurbanov dəfələrlə dövlət başçısının, Respublika Ali Soveti, Elmlər Akademiyası və Təhsil Nazirliyinin Fəxri Fərmanlarına, mükafatlarına, 1981-ci ildə Azərbaycan SSRİ “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan dilçiliyinin korifeyi Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan təhsilinə, Azərbaycan  dilçiliyinə, ana dilimizin inkişafına, əlifbamızın təkmilləşdiril­mə­si­nə həsr etmiş görkəmli türkoloqdur.  

 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

Terminologiya Komissiyasının sədr müavini, filologiya

 elmləri doktoru, professor Sayalı Sadıqova








VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

SON XƏBƏRLƏR

16.01.2025 | 00:44
“Şərqin Qapısı”nı pis niyyətlə “döyən” hay kilsəsi...

15.01.2025 | 23:56
Qəzza zolağında atəşkəs razılaşması əldə olundu... - Tramp elan etdi...

15.01.2025 | 22:30
Azərbaycan XİN Ermənistanı tutarlı tarixi faktlarla vurdu - bunu bütün dünya bilir...

15.01.2025 | 22:18
Rusiya İstintaq Komitəsi Aktauda təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi

15.01.2025 | 21:12
Ermitajın məşhur Şərq zalında Qaraköpəktəpə eksponatlarını erməniləşdiriblər...

15.01.2025 | 20:56
Bayden son anda da Fələstin xalqının “dövlət haqqını” tanımadı...

15.01.2025 | 20:41
Qazaxıstan təyyarənin "qara qutu" şifrələrini hələ Azərbaycana verməyib - maraqlıdır...

15.01.2025 | 20:27
Türkiyədə yenidən AKP-PKK barışıq prosesi başladı - son nə olacaq?

15.01.2025 | 20:12
ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

15.01.2025 | 19:58
İrəvan Moskvaya dalbadal 3 zərbə vurdu - Roma statutu, Avroittifaqa üzvlük, ABŞ-la saziş...

15.01.2025 | 19:44
ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

15.01.2025 | 19:31
Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən Avropaya elektrik ixracı imkanları axtarır...

15.01.2025 | 19:17
Gürcüstanda Qərbyönümlü bütün müxalifəti ləğv edirlər...

15.01.2025 | 19:03
Ermənistan ABŞ-ın "anti-İŞİD koalisiyasına" qoşuldu - terror dövlətindən paradoksal gediş...

15.01.2025 | 18:48
ABŞ-Ermənistan strateji sazişinin arxasında nələr yatır?

15.01.2025 | 18:34
Lavrov Bakı-İrəvan sülhündə həll olunmamış hansı 2 məsələdən danışır?

15.01.2025 | 18:20
Ən çox şikayətlər bu 3 bankdan gəlir...

15.01.2025 | 18:14
Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşdu...

15.01.2025 | 18:07
Azərbaycanda dini icma üzvünün başına 200 min dollar qoyulub... Kimdir?

15.01.2025 | 17:53
ABŞ Ermənistanın sərhədlərini nəzarətə götürür...

15.01.2025 | 17:40
Yeni dünya düzəni, D-8, Türk Dövlətləri Təşkilatı... Azərbaycanın təşəbbüsləri....

15.01.2025 | 17:27
ABŞ erməniləri Azərbaycanın "Boeing" yük təyyarəsi almasına qarşı kampaniyaya başladılar...

15.01.2025 | 17:14
Polis Akademiyasına qəbul prosesi genişləndirildi...

15.01.2025 | 17:08
Məktəblərdə telefon QADAĞAN EDİLDİ

15.01.2025 | 16:53
Küveyt Vəliəhdi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

15.01.2025 | 16:51
Myanma İttifaqı Dövlət İdarə Şurasının Sədri Prezident İlham Əliyevə başsağlığı verdi

15.01.2025 | 16:41
Nəqliyyat və Kommunikasiya Holdinqinin Nizamnaməsi təsdiq edildi

15.01.2025 | 16:35
Baydenin komandası Rusiyanın dondurulmuş aktivlərini başqa bir hesaba köçürməyi təklif etdi...

15.01.2025 | 16:35
Prezident Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanuna dəyişikliyi təsdiqlədi

15.01.2025 | 16:08
Lavrov ABŞ və PKK/YPG-ni sərt tənqid etdi -onlara dedik, Türkiyə buna imkan verməyəcək...

15.01.2025 | 15:51
Ölkə Prezidenti COP29-da iştirak edən 76 BMU könüllüsünü təltif edib

15.01.2025 | 15:44
Vətəni canından artıq sevən Fərid

15.01.2025 | 15:25
“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib - FOTO

15.01.2025 | 15:13
Ermənistan ABŞ-ın boyunduruğunu qəbul etdi - Putinin silləsi qapıdadır...

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031