KÖHNƏ VERSİYA            

Hindistan-İrəvan hava yolu İrana qarşı tələdir - İran oyuna gedəcəkmi?

Image

Son illərdə Hindistan və Ermənistan arasında münasibətlər dinamik şəkildə inkişaf edir. Bu, hərbi sahədə də özünü qabarıq büruzə verir. Belə bir vaxtda yayılan məlumata əsasən, Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır.

Məlumatı ilk olaraq aerokosmik müdafiə sahəsində xəbərlər üzrə ixtisaslaşmış Hindistanın IADN agentliyi yayıb. Məlumatda vurğulanır: “Hindistan strateji əhəmiyyət kəsb edən ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizi yaradır. HAL və CONCORD eyni məqsədlə HALCON Birgə İşçi Qrupunu yaradıblar. Bu, Hindistan və Ermənistan arasında logistikanı gücləndirəcək”. Bir daha xatırladaq ki, Hindistan Ermənistana müxtəlif təyinatlı silahlar satır, iki ölkə arasında bir neçə hərbi müqavilə imzalanıb. İndi maraq doğuran məsələ hava dəhlizinin hansı ölkənin məkanından keçəcəyidir. Hazırda bunun üçün uyğun gələn yeganə ölkə İrandır. Azərbaycan üzərindən də yol nəzəri cəhətdən keçə bilər. Amma bəlli səbəblər üzündən Azərbaycan heç vaxt öz hava məkanından bu məqsədlər üçün istifadə olunmasına imkan verməyəcək. Deməli, barəsində bəhs edilən yol yalnız İran vasitəsilə reallaşdırıla bilər. İrəvanın planlarına o da daxildir ki, Ermənistan 2024-cü ilin sonuna kimi İranın Çabahar limanına çıxış əldə etməyə və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmağa ümid edir. Bundan başqa, Ermənistan Hindistan mallarının Rusiya və Avropaya marşrutunu daha sürətli etmək üçün Hindistana Qara dəniz vasitəsilə ticarət dəhlizinin yaradılmasını təklif edib. Eləcə də Ermənistan uzun müddətdir Hindistandan investisiya axtarır. İki ölkə arasında əlaqələr son zamanlar müdafiə ixracı sayəsində sürətlənib. Təəssüf ki, Qarabağ məsələsində Ermənistanı dəstəkləyən İran Hindistandan İrəvana ağır silahların verilməsində də vasitəçilik edib.  Faktdır ki, Hindistan İran vasitəsilə Ermənistana hərbi texnika göndərib. Texnika əvvəlcə dəniz yolu ilə İranın Bəndər Abbas limanına daxil olub, daha sonra isə avtomobil yolu ilə Norduz Sərhəd Qapısı vasitəsilə Ermənistana daxil olub. Bundan əvvəl də “National Interest” nəşri Hindistan Xarici İşlər Nazirliyinə istinadən yazmışdı ki, Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Dehlinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir. Rəsmi Bakı indiyədək bir neçə dəfə bu məsələyə münasibət bildirib. Amma Hindistan yenə də Ermənistanı silahlandırmaqda davam edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir müddət əvvəl açıq mətnlə bildirib ki, Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz. O, Azərbaycanın Hindistanla Ermənistan arasında silah alqı-satqısı ilə bağlı müqavilə imzalanmasından xəbərdar olduğunu bildirib: "Bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf-müqabillərimizlə münasibətlərimiz var". Nazir vurğulayıb ki, Hindistan Ermənistana silah satışını Azərbaycan və Türkiyənin mövqeyi ilə heç vaxt uzlaşdırmayıb: “Onlar qeyd ediblər ki, bu addım kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlməyib. Rəsmi mövqe budur. Ancaq bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq, silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üçün kövrək məqam yaranıb. Bunun fonunda belə bir addımın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”.

Məsələnin təəssüf doğuran tərəfi İranın buna şərait yaratmasıdır. İran da bilir ki, Ermənistanın sürətlə silahlandırılması, əlbəttə, sülhü yaxınlaşdırmır. Əksinə, sülh quruculuğu prosesinə mane olur. Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu əlaqələrə əsaslanır. Bu fonda ölkəmiz hər zaman qonşuları ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Qarşlıqlı münasibətlərin  möhkəmləndirilməsi, daha da yaxınlaşdırılması istiqamətində ölkəmiz fəaliyyət göstərir. Təəssüf ki, bu bəzi qonşu ölkələr tərəfindən layiqli şəkildə dəyərləndirilmir. Məsələn, cənub qonşumuz olan İranın Azərbaycana qarşı apardığı siyasət birmənalı xarakterə malik deyil. Amma son günlərdə münasibətlərin yaxşılaşdırlması istiqamətində addımar atılır. İndi bundan sonra Hindistan strateji əhəmiyyət daşıyan ixraca xidmət etmək üçün Ermənistana hava dəhlizini İrandan keçirəcəksə və Tehran da buna razılıq verəcəksə, uduzan yenə İran olacaq. Tehran İslam birliyindən danışmağı sevir, amma bunu əməldə də göstərməlidir. Bundan başqa, İran diqqətdən qaçırmamalıdır ki, Ermənistan Qərb hərbi qüvvələrini regiona gətirir. Ermənistan tərəfindən Avropa İttifaqı Şurasının monitorinq missiyasının ölkəyə gətirilməsi həm də İran əleyhinə fəaliyyətdir. Şübhəsiz ki, hər bir ölkə xarici siyasət strategiyasını müstəqil şəkildə həyata keçirmək hüququna malikdir. Lakin Cənubi Qafqaz regionunda İran İslam Respublikası ilə qonşu olan və onun de-fakto strateji müttəfiqinə çevrilmiş Ermənistanın Qərb ölkələri ilə artıq təhlükəsizlik mövzularında yaxınlaşması rəsmi Tehran üçün “qırmızı xətt” hesab edilməlidir. Hindistandan Ermənistana hava dəhlizi İrandan keçərsə, perspektivdə bu yolla Fransa lisenziyası ilə Hindistanda istehsal olunan silahların Ermənistana daşınması gözləniləndir. Deməli, İran bu yolla rəqibi hesab etdiyi Qərbin regionda güclənməsinə şərait yaradacaq.  Son zamanlar Fransa Tehran rejiminin kəskin tənqidçilərindən birinə çevrilib. Daha bir nüans odur ki, məlum missiyanın Rusiya ilə bağlı olduğu şübhə doğurmur. Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Amma Rusiya və İranı sıx əməkdaşlıq telləri bağlayır. Ermənistan müxtəlif bəhanələrlə Avropa İttifaqı missiyasının say tərkibinin artıtılmasına çalışır. Bu da regiona daha çox Qərb hərbçisinin gəlməsi deməkdir. İran bunları nəzərə almalıdır. Əks halda uduzan özü olacaq.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

SON XƏBƏRLƏR

10.01.2025 | 13:54
Dilçilikdə Afad Qurbanov fenomeni

10.01.2025 | 12:05
Bakıda velosiped yollarının uzunluğu 100 km-ə çatdırılacaq

10.01.2025 | 12:00
Deputat və Qubernator əlbayaxa oldu, Paşinyan iclası tərk etdi

10.01.2025 | 11:30
Bakıda tramvayın effektiv olacağı ərazilər açıqlandı

10.01.2025 | 11:20
Yanğınlar ABŞ-da təlaş yaradıb - 10 milyona yaxın sakinə səhvən təxliyə bildirişi gəlib..

10.01.2025 | 11:15
Qarabağ və Şərqi Zəngəzurda 3,4 min km uzunluğa malik avtomobil yolları inşa edilir

10.01.2025 | 11:05
7 dəfə həbs olunmuşdu, üstündən odlu silah çıxdı...

10.01.2025 | 11:00
Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətiriləcək

10.01.2025 | 10:30
Ağstafada bu restoranın fəaliyyəti dayandırıldı

10.01.2025 | 10:20
Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN məlumat yaydı

10.01.2025 | 10:10
Mourinyo "Fənərbaxça"nı "Everton"a dəyişir?

10.01.2025 | 10:05
Şahbaz Şərif gələn ay Azərbaycan və Özbəkistana səfər edəcək?

10.01.2025 | 10:00
Bakının bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

10.01.2025 | 10:00
İmişlidə motosiklet avtomobillə toqquşub

10.01.2025 | 09:30
İlon Mask Almaniyada qalmaqal yaradıb - Bundestaq araşdırmalara başladı

10.01.2025 | 09:22
Mərkəzi Bank üçün ən pis proqnoz - valyuta ehtiyatları azalacaq...

10.01.2025 | 09:20
Dəm qazı daha bir can aldı - bu dəfə Masazırda...

10.01.2025 | 09:15
Tramp Putinin SİRRİNİ AÇDI - "mənimlə görüşmək istəyir"

10.01.2025 | 09:10
Bu filmin yayım tarixi açıqlandı

10.01.2025 | 09:05
"Real" qalib gəldi, "Barselona"ya rəqib oldu

10.01.2025 | 08:59
Çində korrupsiya qalmaqalı - 822 milyon rüşvət alan məmura hökm oxunacaq

10.01.2025 | 08:37
Filologiya üzrə doktorlar texnika doktorlarını üstələdi – bu, Azərbaycanda baş verir...

10.01.2025 | 00:56
Təbriz küçələrində İran rejimini silkələyən plakatlar asıldı - “Qarabağ Qəhrəmanı Əliyev”…

09.01.2025 | 21:18
Beynəlxalq reytinq qurumları Azərbaycana münasibətdə hələ tam düzəlməyiblər...

09.01.2025 | 21:03
Erməni liderlərinin "Mən faşistəm" kimi etirafı dünyanın heç bir yerində olmayıb...

09.01.2025 | 20:48
Ermənistanın biabırçılıqla üzləşməyən 2 dostu qaldı - Hindistan və Yunanıstan...

09.01.2025 | 20:33
Azərbaycan delimitasiyanın növbəti ünvanını İrəvana təklif etdi - ermənilər razılaşıb...

09.01.2025 | 20:18
İlham Əliyev və Donald Tramp eyni düşünür - dünya gücə tabedir...

09.01.2025 | 20:05
Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermiş 3 müttəfiq ölkənin biri sıradan çıxdı...

09.01.2025 | 19:51
Ermənistan Zəngəzur dəhlizini məcburən açmalı olur - vaxt gəldi...

09.01.2025 | 19:37
Yeni xarici borclanma Azərbaycan üçün artıq təhlükə deyil - Prezident səbəbini də izah etdi...

09.01.2025 | 19:24
Makron özünü itirdi - səhv səhvin dalınca gəlir...

09.01.2025 | 19:10
Prezident Qazaxın azad olunmuş kəndlərinə xüsusi mütəxəssislər qrupu göndərdi...

09.01.2025 | 18:55
Ağdam Sənaye Parkından dünyaya böyük mesajlar...

09.01.2025 | 18:41
Avropanın növbəti ikiüzlülüyü - həm sanksiya, həm də Rusiyadan rekord maye qaz?

09.01.2025 | 18:36
Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucularla görüşdü - FOTO

09.01.2025 | 18:27
Azərbaycan neftində tənəzzül aradan necə qaldırıldı?..

09.01.2025 | 18:14
Media savadlılığı məlumat azadlığı praktikasını təkmilləşdirən amildir...

09.01.2025 | 18:10
Vicdan insanın daxili transformatorudur

09.01.2025 | 18:03
Aİ Şurasının Prezidenti Prezident İlham Əliyevə zəng edib

09.01.2025 | 17:53
Fransanın “Sezarları” Makronun öz üstünə qaytarılacaq - Azərbaycanın yeni hədəfi...

09.01.2025 | 17:40
Ukraynaya belə münasibət Makronun son xəyanəti olacaq...

09.01.2025 | 17:34
XİN-dən Paşinyana cavab - "arqumentiniz Ermənistanın "xoş niyyət"inin təsdiqi sayıla bilməz"

09.01.2025 | 17:27
Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

09.01.2025 | 17:14
Azərbaycan-ABŞ münasibətlərinin strateji olması üçün kim nə etməlidir?..

09.01.2025 | 17:00
Bəşər Əsədin arvadının İngiltərə casusu olduğu ortaya çıxdı - Əsəd ailəsi ilə bağlı gizli sənədlər sızdırıldı...

09.01.2025 | 16:46
Bakıda maşın qaçıran şəxs saxlandı

09.01.2025 | 16:35
Gürcüstan Qərbin Cənubi Qafqazda mənfur siyasətini anlamağa başlamışdır

09.01.2025 | 16:10
Prezident İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

09.01.2025 | 16:05
Tramp Rusiya ilə təhlükəsizlik sazişi bağlamağa hazırlaşır - “qırmızı xətlər” yenidən müəyyən ediləcək

09.01.2025 | 15:44
Vətənlə ucalan İnam...

09.01.2025 | 15:26
Peskov: "Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinə üzv ola bilməz"

09.01.2025 | 15:11
Sosial şəbəkədə ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlandı

09.01.2025 | 14:47
"Azərbaycan və Ermənistanla münasibətləri inkişaf etdirməyə davam edəcəyik" - Peskov

09.01.2025 | 14:40
Peskov: "Rusiya Aktaudakı aviaqəzanın obyektiv araşdırılmasında maraqlıdır"

09.01.2025 | 14:35
Baş Prokurorluq vətəndaşın əsassız məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialara aydınlıq gətirdi

09.01.2025 | 14:25
Azərbaycan ilk dəfə elektromobillərin şarj cihazlarının istehsalına başlayır

09.01.2025 | 14:07
Avropa dəyərləri korrupsiyaya qurban edilir...

09.01.2025 | 13:30
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxs yaxalandı

09.01.2025 | 13:17
Pensiya artımları niyə yanvar deyil, fevral ayında ödəniləcək? - Deputat açıqladı

09.01.2025 | 13:03
В. Карасев, свинство не хорошая черта - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.01.2025 | 12:44
BMT Prezident İlham Əliyevin müraciətini rəsmi sənəd kimi yaydı

09.01.2025 | 12:19
İdman Akademiyasında işçilərinin kütləvi ixtisar edilməsi xəbərinə aydınlıq gətirilib

09.01.2025 | 12:05
"Bu itkiyə dözmək üçün səbr diləyirik" - Azərbaycan XİN Gürcüstana başsağlığı verib

09.01.2025 | 12:00
Paşinyan iclas keçirib - Ermənistanın Avropa İttifaqına üzvlüyü barədə

09.01.2025 | 11:50
Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

09.01.2025 | 11:30
Yanğında 5 uşaq öldü, Gürcüstanın bütün ərazilərində dövlət bayraqları endirildi

09.01.2025 | 11:15
Xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

09.01.2025 | 11:10
Kaliforniya qubernatoru istefa verməlidir! - Tramp qəzəblidir...

09.01.2025 | 11:05
Türkiyə ordusu Suriyada PKK-ya qarşı əməliyyat keçirəcək?

09.01.2025 | 11:03
İran rəsmisi qaçaraq Bakıya gəldi - CANLI

09.01.2025 | 11:00
Bakının 6 küçəsində skuter parklanma məntəqəsi yaradılıb

09.01.2025 | 10:54
Hollivudun bir hissəsi təxliyə edilir - meşə yanğınlarına görə...

09.01.2025 | 10:30
Nelson Mandelanın nəvəsi həbs edildi - avtomobil oğurladığı üçün...

09.01.2025 | 10:20
Britaniyadan qanunsuz miqrasiyaya ZƏRBƏ - bu şəxslər “qara siyahı”ya salınacaq

09.01.2025 | 10:10
"Qarabağ" yeni ildə ilk qarşılaşmasına çıxacaq

09.01.2025 | 10:05
Dəm qazı daha bir can aldı - bu dəfə Xırdalanda...

09.01.2025 | 10:00
Tramp Çini məyus etdi - "buna imkan verməyəcəm!"

09.01.2025 | 09:30
Əli Əkbər Əhmədianın Ermənistandadır - bu gün Paşinyanla görüşəcək

09.01.2025 | 09:23
Azərbaycanda elektrobus istehsalı başlanır...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031