Paşinyan Azərbaycanla saziş mətnini gözlənilmədən müxalif deputatların müzakirəsinə verdi....
İnanılmaz vəziyyətdi.Sülh sazişi danışıqlarının müəyyən konfidensial şəraitdə aparıldığı və bunun daha səmərəli nəticəyə ən qısa yol hesab edildiyi vaxtda Paşinyan hakimiyyəti bu addımı atdı.Bu gün Ermənistan parlamentinin " Ermənistan " fraksiyasının 4 nəfər müxalifətçi deputatı XİN- ə dəvət edilib və Azərbaycanın sülh sazişi mətninə son düzəliş və şərhlər layihəsi ilə tanış ediliblər.
Tanışlıqdan sonra müxalif deputatlar detallar barədə açıqlama verməyiblər.Lakin bildiriblər ki, " bu layihə ilə tanış olduq və onun həqiqətən sülh istəyən bir ölkə tərəfindən təklif edildiyinə inanmadıq, saziş layihəsi ilə bağlı narahatlıqlarımız bir az daha artdı"..
Göründüyü kimi , erməni deputatlar Azərbaycanın "sülhsevər ölkə olmadığı " qənaətinə gəliblər.Təbii ki, sülhsevməyən ölkənin Ermənistan olduğunu biz yaxşı bilirik.
Ancaq danışıqlar prosesinin hələ davam etdiyi vaxtda saziş mətnini müxalifətin üzünə açmaq nə deməkdir?Erməni müxalifəti narazılıq etdisə, bundan sonra sülh danışıqlarına imkan verəcəkmi? Paşinyan qapalı danışıqlar layihəsini niyə müxalifətlə bölüşür?
Sual doğuran məqamlar çoxdur.
Nahid Salayev