KÖHNƏ VERSİYA            

Vasif Talıbovun şirkətinin 10 milyon vergi borcunu kim ödəməlidir?..

Image

Azərbaycanda məmur biznesinin - oliqarxiyanın parlaq nümunələrindən biri də Vasif Talıbovun biznes imperiyasıdır. Vasif Talıbov Azərbaycandakı oliqarxiya donanmasının sonuncu batan gəmisi kimi də xarakterizə oluna bilər. Çünki ona qədər oliqarxlar bir-bir ya biznesi, ya da kreslonu tərk etdi və beləliklə, Azərbaycanda dövlət idarəçiliyi oliqarxiyadan menecmentlik institutuna keçid etdi.

Cəmiyyətdə "Naxçıvan xanı" ləqəbi ilə tanınan bu adam Naxçıvan Muxtar Respublikasına özünün mülkiyyəti, yerli əhaliyə isə köləsi kimi baxırdı. Hakimiyyətdə olduğu dövrdə Naxçıvanda kiçik bir Şımali Koreya modeli qurmuşdu. Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi dövrdə müxtar respublikada Azərbaycan qanunları, demək olar ki, işləmirdi. Burada Vasif Talıbovun öz qanunları, öz hökmu var idi. Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun iradəsindən kənar heç bir iş görülə bilməzdi, az qala əhalinin aldığı nəfəs belə sayılıb rəhbərliyə məruzə edilirdi. Heç kim Vasif Talıbovun özünü və komanda üzvlərini tənqid edə və ya onlara irad bildirə bilməzdi. Bu cəhddə bulunan hər kəs ya dəlixana pasiyentinə çevrilir, ya da Naxçıvandan qaçır və ya sürgün edilirdi.

Bir naxçıvanlı müəllimə ilə söhbət edirdim. Söhbət əsnasında dedi ki, Naxçıvanda müəllim işləyirdim, məktəbin açlışına Vasif Talıbov gələcəkdi: "Amma mənə deməmişdilər ki, Talıbov sənin sinfinə girəcək. Kimin sinfinə girəcəkdisə onlarla ayrıca söhbət aparmışdılar, onları təlimatlandırmışdılar. Amma mənə bu xüsusda heç nə deməmişdilər. Necə oldusa o, mənim də sinfinə girdi. Sorğu-sual etdi, dedim ki, hər şey əladı. Lakin Talıbov israr etdi ki, yeni təhvil verilən bu məktəbdə nəsə çatışmazlıq varmı? Dəfələrlə israr etdikdən sonra dedim ki, cənab Talıbov, məktəbin istilik sistemi də olsa lap yaxşı olardı. Bu cümlə mənim Naxçıvan həyatıma son qoydu. Bir həftənin içində töhmət aldım, işdən qovuldum, qadın olmağına rəğmən, polisə çağırıldım və bir təhər ailəmlə birlikdə Naxçıvandan qaçıb canımızı qurtardıq".

Hətta yerli əhalinin davranışları belə Vasif Talıbovun iradəsinə uyğun olaraq tənzimlənirdi. Vasif Talıbovun yalnız intellekti Şimali Koreya lideri Kim Çen İndən geri qalırdı, qalan parametirləri tam üst-üstə düşürdü. Bir də Talıbov Naxçıvan əhalisinə məcburi saç düžümu qaydasını nəsə tətbiq eləmədi, yəqin ağlına gəlməyib... Yalnız Vasif Talıbov taxtdan salınandan sonra Naxçivan əhalisi rahat nəfəs almağa başladı.

Vasif Talıbov taxt-tacdan məhrum edilsə də, onun biznes imperiyası hələ də hökm etməkdədir. Vasif Talıbov vəzifədə olan dövrlərdə onun holdinqinə aid olan şirkətlərin heç biri qanun tanımayıb, əksər hallarda vergi ödəməyib, ya da rəmzi məbləğlərdə vergi ödəyib. Onlarla şirkətin on milyonlarla vergi borcu var. Bu günlərdə  həmin şirkətlərdən yalnız birinin vergi borcu ictimailəşib.

Vasif Talıbovun biznəs imperiyasının brendi Azərbaycanda fəaliyyət göstərən holdinglərdən biri olan “Cahan Holding”dir. Deyilənə görə, holdinqin adı Vasif Talıbovun həyat yoldaşının şərəfinə belə adlandırılıb.

1995-ci ildə təsis edilən Holdinq Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. “Cahan Holdinq”in xidmət sahələri Bakıda, istehsal sahələri isə Naxçıvanda yerləşirıib, prezidenti Vüqar Abbasovdur.

"Cahan Holdinq" hazırda 22 əsas və bir neçə törəmə şirkəti birləşdirir. Bundan başqa, holdinqin Türkiyədə və Yaxın Şərqdə fəaliyyət göstərən törəmə şirkətləri də var.

Holdinq avtomobil biznesi və texniki xidməti, tütün və çay məmulatları istehsalı, tikinti materialları və istilik sistemləri istehsalı, ticarət, turizm, tikinti sahələrində brendlərin rəsmi nümayəndəsidir.

“Cahan Tobacco” şirkətinin fəaliyyət istiqaməti tütün məhsullarının istehsalıdır. Hazırda fabrikdə “Cahan”, “Visore”, “Nova” və “Fine” markalı filtrli siqaretlər istehsal olunur. Bu məhsulların istehsalı üçün istifadə olunan xammal və materiallar İngiltərə, Avstriya, Belçika, Malayziya, Hindistan, İndoneziya və digər ölkələrdən alınır.

Böyük Britaniyanın “Molins” və Almaniyanın “Hauni” firmalarının avadanlıqları ilə təchiz olunmuş müəssisənin istehsal gücü dəqiqədə 3000 filtrli siqaretdir.

İngiltərənin “Molins”, “Marden Edvard” və ABŞ-ın “Scandia” şirkətlərinin texnologiyası əsasında quraşdırılmış siqaret paketləyən istehsal xətti dəqiqədə 180 qutu filtrli siqaret qablaşdırmağa imkan verir.

Şirkətdə istehsal prosesinin keyfiyyətli xammal və beynəlxalq standartlara cavab verən texnologiyaya əsaslanması daxili bazarla yanaşı xarici bazara da inteqrasiya etmək imkanı yaradır.

Qeyd edək ki, “Cahan Tobacco” Yaponiyanın “JTI”, Kubanın “Habanos”, Birləşmiş Ərəb Əmirliyinin “Al Fakher”, Cənubi Koreyanın “KT&G” şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Lakin bu günlərdə mediada yayılan xəbərlərə görə, Naxçıvanda tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan "Cahan Tobacco International" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ("Cahan Tobacco") dövlətə külli miqdarda vergi borcu yaranıb.

Belə ki, qanuni təmsilçisi Hüseynzadə Amil Cabbar oğlu olan "Cahan Tobacco"nun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 10 milyon 561 min 321 manat 79 qəpik vergi borcu var.

Akif NƏSİRLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031