"COP29-a hazırlıqla bağlı bəzi işlər tamamlanıb" - Muxtar Babayev
“Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına hazırlıq işləri davam edir”.
Bunu COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Uniformaların paylanılması və akkreditasiya mərkəzi”nin (UDAC) açılış mərasimində deyib.
M.Babayev hazırda bu istiqamətdə bəzi işlərin tamamlandığına diqqət çəkib: “Qalan işlərin yekunlaşması, tədbir məkanının tam hazır vəziyyətə gətirilməsi üçün işlər davam edir".
ZÜMRÜD