KÖHNƏ VERSİYA            

Azərbaycanlı Gürcüstan deputatı 26 oktyabr seçkisinin bütün nəticələrini təhlillə ortaya qoydu...

Image

“Qərbin gürcü elektoratına mesajı artıq tam dəqiqdir. Qərbdəkilər deyirlər ki, insanlar küçələrə çıxmalı və guya “oğurlanmış səsləri müdafiə etməlidirlər”. Nəticədə qərbyönlü radikallar hakimiyyətə gəlməlidir”. Belə bir açıqlama ilə gürcü politoloq Arno Xıdırbeqişvili çıxış edib.

O qeyd edir ki, Gürcüstan müxalifəti və qeyri-hökumət təşkilatları Qərbin sifarişi ilə gənclərin bir hissəsini siyasi fəaliyyət baxımından “şikəst” edib: “Qərbdəkilər istəyir ki, bu gənclər 27 oktyabrda küçəyə çıxsınlar. Xüsusən də tələbələr qlobalistlərin beşikdən zombi etdiyi adamlardır. Valideynlərinə deyirlər ki, biz Avropa tərzində, Avropada yaşamaq istəyirik”.  Xatırladaq ki, Gürcüstanda növbəti 4 il ərzində ölkəni kimin idarə edəcəyini müəyyən edəcək parlament seçkiləri oktyabrın 26-na təyin edilib. İlk dəfə seçkilər yalnız proporsional sistem üzrə, yəni partiya siyahıları əsasında və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə edilməklə keçiriləcək. Hazırda hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının reytinqi yüksəkdir. Bu partiyanın müstəqil və çoxşaxəli siyasət yürütməsi isə Qərbdə müsbət qarşılanmır. O səbəbdən Gürcüstana təzyiqlər davam edir. Gürcüstan parlamentinin hakim partiyadan olan azərbaycanlı deputatı Savalan Mirzəyev bu fonda qeyd edir: “Artıq 12 ildir ki, Gürcüstan xalqının etimadını qazanırıq. Sağ olsun gürcü xalqı, bizə hakimiyyətdə qalmağa şərait yaradır. Ümidvaram ki, oktyabrın 26-da da biz yüksək faizlə xalqın dəstəyini yenidən qazanacağıq. Aparılan sosioloji sorğuların ilkin nəticələri  bu inamı daha da artırır. Son sorğuda respondentlərin 60 faizindən çoxu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını dəstəkləyib”. Onun sözlərinə görə, əhali hakim partiyanın siyasi kursunu yaxşı bilir: “Hər kəs yaxşı bilir ki, bizim əsas məqsədimiz ölkədə sülhün qorunub saxlanılması və ölkəni inkişaf etdirməkdir”. Deputat deyib ki, Avropa İttifaqı Gürcüstanla bağlı artıq bir neçə qərar və qətnamə qəbul edib: “Bu, daxili siyasətə müdaxilə sayılıb və söz azadlığını məhdudlaşdırmaq kimi qiymətləndirilib. Qərb ölkələri çalışırlar ki, hakim partiyanın rəhbərlərinə sanksiyalar tətbiq etsinlər. Fikirimcə, bu da bir növ onların müxalifətə humanitar dəstəyidir. Onlar çalışırlar müxalifət maksimum dərəcədə qalib gəlsin. Müxalifətin isə yerli xalqdan dəstəyi yoxdur. Ona görə də ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayişi pozsunlar. Amma onlar buna nail ola bilməyəcəklər”. Onun sözlərinə görə, Qərb bir neçə aydır ki, Gürcüstanda hakimiyyət dəyişikliyi yaratmaq istəyir: “Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim ikinci cəbhə açmağa ehtiyacımız yoxdur. Əsas məqsəd ölkədə sülh və sabitliyin bərqərar olması, ölkənin inkişafı üçün ən gözəl şəraitin yaradılmasıdır”. Deputatın sözlərinə görə, bu gün Gürcüstan-Azərbaycan əlaqələri heç zaman olmadığı qədər yüksək səviyyədədir: “İki ölkə arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə liderlərinin bəyanatlarında da bu aydın görünür. Düşünürəm ki, məhz bu hakimiyyətin dövründə ikitərəfli münasibətlər daha da inkişaf edib və möhkəmlənib. Hakim partiyanın nümayəndəsi, parlamentlərarası dostluq qrupunun üzvü olaraq görürəm ki, bütün işlərə maksimum şəkildə məsuliyyətlə yanaşılır ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin”.

Bu arada onu da qeyd edək ki, Qərb Gürcüstan prezidenti Salome Zurabişvili vasitəsilə ölkədə qarşıdurma yaratmağa daha çox “stavka” etməyə başlayıb. Müxalifətə açıq dəstək verən Zurabişvili parlament seçkiləri günü, yəni oktyabrın 26-da prezident administrasiyasının binasında həmin gün baş verəcəkləri izləmək üçün koordinasiya platforması yaradılacağını bəyan edib. Zurabişvili eyni zamanda əlavə edib: “O zaman biz qələbəni birlikdə qeyd edəcəyik”. Hakimiyyət tərəfdarları Zurabişvilinin bu sözlərinə aydınlıq gətirməsini gözləyir. Qeyd olunur ki, Zurabişvilinin indidən seçkilərin nəticələrini bəyan etməsi hansısa məkrli plandan xəbər verir. Tiflisin meri Kaxa Kaladze bu məsələyə münasibət bildirib: “Gürcüstan prezidentinin müxalifətlə əməkdaşlığının heç bir əhəmiyyəti yoxdur. Bu müxalifətin, istər birləşmiş, istərsə də parçalanmış, istər Salome ilə, istərsə də onsuz, istər Şalikonun çardağı ilə, istərsə də onsuz sıfıra bərabər şansı var. Onların heç bir imkanları yoxdur, reallıq budur. Bu reallığı təhrif etmək, cəmiyyətə başqa cür təqdim etmək istəyirsinizsə, bu sizin işinizdir. Davam edə bilərsiniz, amma bugünkü reallıqda “Gürcü Arzusu”nun konstitusiya çoxluğu ilə qalib gəlmək imkanı var. Salome Zurabişvili qərargah qurduğunu dedi. Mən bunu təqdir edirəm, çünki o insanlar “Gürcü Arzusu”nun qələbəsini və konstitusiya çoxluğu ilə hakimiyyətə gəlməsini bizimlə birlikdə qeyd edəcəklər. Bugünkü şəraitdə radikalizmin, şərin nəsə bir uğur əldə etməsi imkansızdır”. Ölkə parlamentinin deputatı İrakli Şatakişvili is qeyd edir ki, Zurabişvili, müxalifət və psevdoliberal, psevdo-Avropa qüvvələri Gürcüstanın dinc və sabit inkişafının əleyhinədirlər. Onun sözlərinə görə, 26 oktyabr - parlament seçkiləri yaxınlaşdıqca həmin qüvvələrin getdikcə daha da gərginləşən isterik, qeyri-dövlət tonu hakim siyasi komanda üçün təəccüblü deyil: “Bu qüvvələrin son illər Gürcüstanla bağlı heç bir real əsası olmayan fəal şəkildə yaydıqları saxta məlumatlar, Rusiyada mövcud olmayan bəzi qanunlar haqqında rəvayətlər, Gürcüstan əhalisini aldatmağa cəhd etmələri yalnız onu göstərir ki, bu insanların əsl Avropa dəyərlərinə heç bir aidiyyəti yoxdur. Biz seçkilər öncəsi əhali ilə fəal əlaqə saxlayırıq və Gürcüstan əhalisinin tələblərinin nədən ibarət olduğunu dəqiq bilirik. Gürcüstanın Avropaya inteqrasiyası, onun Avropa seçimi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi komandası tərəfindən heç bir vaxt ikinci plana keçirilməyib və bu gün də bizim üçün prioritetdir”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031