Dövlət Komitəsinin Ordubaddakı idarəsinin binası satışa çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsinin binasını hərraca çıxaracaq. Hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.
Məlumata görə, hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin binasıdır.
Sözügedən obyektin ilkin satış qiyməti 115122 manat, 10% behin həcmi isə 11512 manat müəyyənləşib.
ZÜMRÜD