KÖHNƏ VERSİYA            

Zaqatalanın tolerant ailə mühiti

Image

Bölgə əhalisinin mehriban münasibəti bura uzaq rayonlardan gələn gəlinləri də darıxmağa qoymur

Tolerantlıq və multikultural dəyərlər Azərbaycanımızın çoxəsrlik mənəvi sərvətlərindəndir. Yüzillər boyu ən müxtəlif millətlərin və dinlərin təmsilçiələri bu məmləkətdə dinc, yanaşı, mehriban yaşayıb, bir-birinin həyat tərzinə, inancına hörmətlə yanaşıb, xeyir-şərində iştirak edib, yaxın qohum olub, qaynayıb-qarışıblar. Taleyin hökmü, yaxud şəxsi seçimi ilə ölkəmizə təşrif gətirib uzun müddət, ömürlük yaşamalı olanlar burada özlərini yad hiss etməyib, ögey münasibətlə üzləşməyiblər. Uzaq keçmişdən siyasi təzyiqlər, təbii fəlakətlər, hansısa digər səbəblərdən vətənlərini tərk etmək məcburiyyətində qalanlar daimi məskunlaşmaqdan ötrü belə bir məmləkətin varlığı barədə xəbərləşib, hətta tək-tək yox, el-oba şəklində köçüb gəliblər. Bu gün respublikamızın ayrı-ayrı regionlarında etnik rəngarəngliyin tam mənzərəsi canlanmaqdadır. 


Azərbaycanın şimal-qərb bölgəsində yerləşən, şimaldan qarlı dağlarla Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası ilə, cənubda Qanıx çayı vasitəsilə Gürcüstanla sərhədlənən Zaqatala da belə məkanlardandır. Rayonda 30-dan çox millətin nümayəndəsi eyni məntəqələrdə, qonşuluq şəraitində yaşayır, eyni müəssisələrdə çalışıb dolanışıqlarını təmin edir, bir-birinə dəstək olur, can deyib, can eşidirlər. Paşan kəndində avar, rus, talış və azərbaycanlıların qovuşuğundan ibarət sadə, zəhmətkeş, eyni zamanda maraqlı bir ailənin yaşaması barədə buradakı orta məktəbin direktoru Elnarə Məmmədova söyləmişdi. Mən Ananyevlər ailəsinin qapısını da məhz bu tolerant mühitlə tanış olmaqdan ötrü döymüşdüm. Lakin salam-kəlamdan sonra eşitdiyim başqa bir xəbərə də xeyli qürurlandım: ailənin gənc üzvlərindən biri – Nazim Roman oğlu Ananyev 2022-ci ilin aprelindən həqiqi hərbi xidmətdə olarkən Kəlbəcərin Cermux ərazisində yaralanıb. Buna baxmayaraq,  2023-cü il sentyabrın 19-da antiterror tədbirlərinə qatılaraq Azərbaycanın dövlət suverenliyinin bərpası uğrunda töhfəsini verib. 24 saat müddətində separatçı düşmən tör-töküntülərinə aman verməyən igid əsgər döyüş meydanında böyük rəşadət göstərərək Prezident İlham Əliyevin sərəncamına əsasən “Şücaətə görə” medalı ilə təltif olunub. Böyük fərəhlə həmin təltifi ən vacib sənədlərin saxlandığı siyirmədən çıxarıb göstərən atanın sevincinə biz də şərik olduq.

Ananyevlərlə yaxından tanışlıqdan ötrü ötən əsrin qırxıncı illərinə qısa da olsa, ekskurs etmək gərəkdir. XIX əsrdə rus çarizminin zülm və istibdadına, iyirminci yüzilliyin əvvəllərində isə bolşeviklərin idarəçiliyinə boyun əyməyən bölgə əhalisini, azadlıqsevər dağlıları 37-nin repressiyası da qorxutmamışdı. 1940-cı ildə sovet rejiminin ucqarlarla bağlı fəaliyyəti, xüsusən də milli siyasəti ilə barışmayan Qardaşovlar nəslinin ağsaqqalı Şamil kişi həyat yoldaşı Xacay xanım və qızı Fatimə ilə birgə Rusiyanın Tomsk vilayətinə sürgün olunmuşdular. Taleyin qisməti ilə orada Mixail adlı bir rus hərbçi müsəlmanlığı qəbul edərək Fatimə xanımla evlənir, bu izdivacdan Valdimir adlı oğulları doğulur. Sonra onlar Azərbaycana köçüblər və gənc Volodya Astarada rəsmxət müəllimi işləyərkən – 1976-cı ildə rayonun Giləkəran kənd sakini, talış millətindən olan Narxanım adlı qızla ailə qurur. İki qız, bir oğul övladları dünyaya gəlir. Qızlardan biri vəfat etsə də, Roman və Aida həyatdadırlar. Cənub bölgəsində xeyli vaxt çalışan cütlük iki övladı ilə birgə Vladimirin ana babası Şamil Qardaşovun yurduna – Zaqatalanın Makov sovetliyinin Paşan kəndinə qayıdıb yaşayışlarını burada davam etdirirlər: kişi müəllim işləyir, qadın isə tütünçülük, bağçılıq, digər kənd təsərrüfatı sahələri ilə məşğul olur. Bir neçə ildir ki, təqaüddə olan baba və nənə yenə də zəhmətdən, gücləri yetən, bacardıqları işləri görməkdən usanmayıblar, boş vaxtlarını artıq həddi-buluğa çatan nəvələri ilə keçirməkdən zövq alırlar. 

Artıq 45-ci yaşda olan Roman da uşaqlıqdan halal zəhmətə alışıb, dülgərlik peşəsinə yiyələnib. Həyətindəki balaca sexdə quru ağac, taxta materialdan müxtəlif məmulatlar – qapı, pəncərə, stol, stul, xüsusən də arı yeşikləri və ramkalar hazırlayır. Həm də maraqlı məşğuliyyət saydığı arıçılıqla məşğuldur. Ömür-gün yoldaşı Səidət xanım Balakən rayonunun Mollaçıbinə kəndindəndir. Onun da atası İbrahimxəlil kişi milliyyətcə avar, anası Sevil xanım azərbaycanlıdır. Ailənin kiçik fındıq bağı, mal-davarı da var.  

Biz Paşanda olarkən Vladimir Mixail oğlu ilə görüşə bilmədik, o, qonşu kənddəki qohumlarına baş çəkməyə getmişdi. Romanın evində açılan çay süfrəsi arxasında söhbətimiz xeyli maraqlı keçdi. 66 yaşlı talış qızı Narxanım nənəni avar xanımlardan heç fərqləndirmək mümkün deyil. O avar dilini də talış, rus, azərbaycan dili qədər bilir, ləhcəsiz, təmiz danışır: “Bu yerlərin ab-havasına, adət-ənənələrinə, mətbəxinə çoxdan bələdəm. İlk günlər cənub bölgəsindən, yerim-yurdumdan, doğmalarımdan ötrü çox darıxırdım. Tədricən hər şey qaydasına düşdü, iş-gücə, ailə qayğılarına, övladlarımı böyütməyə başım qarışdı. Ara-bir astaralı qohumlarım gəlirdilər, biz gedirdik... Məni bura ən çox bağlayan isə zaqatalalıların, Paşan camaatının məhrəm münasibəti, mehribanlığı, qonaqpərvərliyi oldu. Ləvəngini və sairi yaxşı hazırlayırdım, sonra sürhüllü, xorbeçədələ, ət girsi və digər xəmir xörəklərini bişirməyi də təkmilləşdirdim. Talış və avar kulinariyasının sintezi əla alınır (gülür). Oğlumdan, qızımdan, gəlinimdən, nəvələrimdən də çox razıyam”.

Roman qazi oğlu Nazim haqqında danışarkən 30 il erməni işğalında qalan torpaqlarımızın – qədim və gözəl Qarabağın azad edilməsinə, əsl sahiblərinə qovuşmasına çox şad olduğunu söylədi: “Kiçik öğlum Mikayıl kənd orta məktəbinin XI sinif şagirdidir, yaxşı oxuyur, idmanla məşğuldur, təsərrüfat işlərində mənə, anasına yaxından köməklik göstərir. O da Vətən, xalq qarşısında hərbi borcunu yerinə yetirəcəyi günləri səbirsizliklə gözləyir. Lazım gəlsə, mən özüm də Azərbaycanın müdafiəsinə qalxmağa hazıram. Şükür Allaha, hamımız çalışırıq, gündəlik ruzimizi qazanırıq, dövlətimizdən də razıyıq, müstəqillik bizim ən böyük sərvətimizdir”.

“Təki daha müharibələr baş verməsin, sülh, əmin-amanlıq, aydın səma olsun!” - deyə, Romanın həyat yoldaşı Səidət xanım söhbətə qoşulur: “Azərbaycan həm 20 Yanvarda, həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində qurbanlar verdi, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Sağ olsun dövlət rəhbərliyimiz, Prezident İlham Əliyev, Mehriban xanım ölkəmizin tərəqqisi üçün böyük işlər görürlər. Qarabağda, Şərqi Zəngəzurda, ümumiyyətlə bütün respublikada quruculuq, abadlıq işləri gedir. Qoy gənclərimiz indidən belə əmək cəbhələrində xidmət göstərsinlər!”

Roman Vladimir oğlu sonda rayonun Danaçı kəndindən Paşana gəlin köçmüş Patimat Qurbanovanı da rəhmətlə anaraq fikrə daldı. Nənəsindən sonra ailəyə qayğı göstərdiyini, atasına süd analığı edib böyütdüyünü, onlara namaz qılmağı, oruc tutmağı öyrətdiyini vurğuladı.       

Bəli, ölkəmizin şimal-qərb bölgəsində, xüsusən də Şəki, Qax, Zaqatala, Balakən rayonlarında belə tolerant ailə mühiti çoxdandır heç kimi təəccübləndirmir. Ananyevlər də rus, talış, avar, azərbaycanlıları birləşdirən gözəl bir dünyadır. İnşəallah Nazim və Mikayılın o biri yarısı timsalında həmin isti ocağa gəlin köçəcək məsələn, saxur və inqilo qızları da bu etnik spektri daha rəngarəng edəcək, Azərbaycanımızın yeni nəsil müdafiəçiləri və qurucuları yetişəcəklər. Xoşbəxt olsunlar!

Qurban CƏBRAYIL

“Mədəniyyət” jurnalının redaktoru








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031