Şimali Koreya Ukraynada döyüşmək üçün Rusiyaya əsgər göndərdi - 100 min...
Şimali Koreya Ukraynada döyüşmək üçün Rusiyaya əsgər göndərib. Bununla bağlı Rusiyanın bəzi Telegram kanalları məlumat yayıb
İddialara görə Rusiya sıralarına qatılacağı gözlənilən bu əsgərlər Rusiyanın hərbi təlim mərkəzlərində təlimlərə başlayıblar. O da bildirilir ki, təlimatçıların sayının yetərli olmamasına görə əsgərlərin əksəriyyəti hələ də təlim keçməyi gözləyirlər. Xəbərlərdə Rusiyaya göndərilən Şimali koreyalı əsgərlərin sayı açıqlanmır.
Qeyd edək ki, son vaxtlar Şimali Koreyadan Rusiyaya 100 min əsgərin göndəriləcəyi barədə xəbərlər yayılıb.
Rusiyanın “Moskovski komsomolets” qəzeti yazır ki, Rusiya ilə Çin arasında son diplomatik təmaslar bu ehtimalı daha da gücləndirib. Xüsusilə Rusiya müdafiə naziri Andrey Belousovun Çinə səfəri Şimali Koreya əsgərlərinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda iştirak etməyə hazırlaşdığı iddialarını gündəmə gətirib.
Hərbi ekspert və keçmiş xüsusi təyinatlı Aleksandr Arutyunov bildirib ki, Belousovun Çinə səfəri Şimali Koreya əsgərlərinin bu əməliyyata cəlb olunmasına hazırlıq kimi qiymətləndirilə bilər.
TAHİR