COP29 zolaqlarına daxil olanlar cərimələnəcək? - Rəsmi açıqlama...
Yollarda çəkilən COP29 zolaqları avtobus zolaqlarıdır. Əslində, şəhərin mobillik planı çərçivəsində bu avtobus zolaqlarının çəkilməsi nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbiri ilə əlaqədar bu zolaqlarının çəkilməsi sürətləndirilib.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında COP29 Əməliyyat şirkətinin nəqliyyat və hava limanı əməliyyatları departannetinin rəhbəri Orxan Mahmudlu deyib.
O qeyd edib ki, COP29 zolaqlarının avtobus zolaqlarından heç bir fərqi yoxdur.
"Digər avtomobillərin avtobus zolaqlarında istifadəsinə dair cərimələnmə mexanizmi, qaydalar COP29 zolaqlarına aiddir. Növbəti aydan bu zolaqlar COP29 üçün nəzərdə tutulan xüsusi qrup taksilər, avtobuslar və tədbirin xüsusi xidmət avtomobilləri tərəfindən istifadə olunması nəzərdə tutulub. Həmin zolaqlardan istifadə üçün müəyyən icazə vərəqələrinin istifadə edilməsi gözlənilir", - deyə o bildirib.