KÖHNƏ VERSİYA            

“Azərbaycan demarkasiyada da bizdən ərazi qoparıb” iddiası - yeni absurd...

Image

Akif Nağı: “Ermənistan bundan siyasi manipulyasiya məqsədilə istifadə edir”

Ermənistan rəsmiləri mətbuata yanlış və əsası olmayan informasiya verməyi, ictimaiyyəti çağdırmağı artıq öz iş prinsipinə çevirib. Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyanın da fikirləri eyni məqsədə xidmət edir. 

Jurnalistlərin demarkasiya ilə bağlı verdiyi suala cavab olaraq o iddia edib ki, guya Azərbaycan demarkasiya prosesi zamanı Ermənistanın “ərazisinə girib, mütləq geri çəkiləcək, çıxacaq”. Azərbaycanı əsassız olaraq “işğalçı” adlandırmaqdan çəkinməyən qubernator mətbuata dezinformasiya verib. 

Azərbaycan demarkasiya nəticəsində Ermənistanın hansı ərazisinə girib, hara demarkasiya olunub ki, bu yalan danışır? Demarkasiya olunan yerlər Qazaxın kəndləri ilə bağlıdır ki, Ermənistanın işğalı altında olmuş kəndlərdən dördü Azərbaycana qaytarılıb, başqa ərazilərdə isə hələ delimitasiya və demarkasiya prosesi getmir. Qazaxın kəndləri qaytarılıb. Azərbaycan Ermənistanın hansı ərazisinə girib ki, bu qubernator həqiqətə uyğun olmayan fikirlər deyir? Azərbaycan dəfələrlə bəyan edib ki, bizim başqasının torpağında gözümüz yoxdur. Dövlətimizin “işğalçı” adlandırılması, təbii ki, yolverilməzdir və işğalçılıq Ermənistana xasdır.

Azərbaycan Ermənistanın heç bir ərazisinə girməyib, heç bir ərazisini işğal etməyib”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində  bildirdi ki, ermənilər “işağl olunmuş ərazilər” mövzusundan müxtəlif səviyyələrdə istifadə etməyə çalışırlar, siyasi spekuliyasiyalarda ortaya atırlar, gündəmə gətirlər. “İstər Ermənistanın siyasi rəhbərliyi, istərsə müxalifət, istərsə də hansısa strukturların rəhbərləri bu cür oyunları davam etdirirlər. Müxalifət bundan sui-istifadə etməyə çalışır ki, Azərbaycan guya Ermənistanın hansısa ərazilərinə “girib”, hakimiyyət də bu cür hucumıarın, təzyiqlərin qarşısında ya özünə bəraət qazandırmağa çalışır, ya əks-hücuma keçərək dividend, xal əldə etmək istəyir. Bax, bunlardan bu şəkildə siyasi mübarizə meydanında çəkişmələrdə istifadə edirlər. Amma real siyasətdə onlar özləri də bilir ki, belə bir məsələ yoxdur. Azərbaycan Ermənistanın heç bir ərazisinə girməyib, heç bir ərazisini işğal etməyibdi, Azərbaycan özünün qanunu torpaqlarını işğaldan azad edib, öz suveren hüquqlarını öz ərazisində bərpa edib. Onlar hamısı bunu çox gözəl bilir. Deyirlər ki, xain xoflu olar. Ermənistan 70 il Sovet dövründə Azərbaycanın ərazilərini qanunsuz ələ keçiriblər, zəbt ediblər. Bunu hər kəs bilir. Rusiya rəhbərliyi də bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. Yəni Rusiya prezidenti Putin də belə bir ifadə işlətmişdi ki, birincisi, SSRİ yaranan vaxtı süni şəkildə hansısa respublikanın torpaqlarını başqa bir respublikaya verdilər, həmin ərazidə yaşayan yerli xalqın etnik mənsubiyyəti, tarixən həmin ərazilərin kimə aid olması  nəzərə alınmadı. Bu  mənada, ola bilsin, Rusiya rəhbərliyi öz maraqlarından çıxış edir, amma hər halda həqiqəti ortaya qoyurlar. Torpaqları ən çox qonşu respublikalara verlən millət, xalq azərbaycanlılar oldu, Azəbaycan oldu”. 

A.Nağı bildirdi ki, Azərbaycan əraziləri bir tərəfdən Gürcüstanda, digər tərəfdən Ermənistanda, o biri tərəfdən də Rusiyadadır, Dağıstanın Cənub hissələri, Dərbənd Rusiyanın tərkibindədir. A.Nağı qeyd etdi ki, həmin dövrdə torpaqlarımız ədalətsiz şəkildə bölündü və Azərbaycana qarşı ədalətsiz mövqe tutuldu. “Həmin dövr repressiya dövrü, Rusiyanın Sovet impersiyası adı altında işğal apardığı zamanı idi, Azərbaycan müqavimət göstərə bilmədi. Azərbaycanın 113, 9 min kavadrat kilometr ərazisi vardı və həmin ərazilərlə bağlı Azərbaycan Paris-Versal sülh konfransına öz xəritəsini və müraciətini təqdim etmişdi, beynəlxalq birliyə Azərbaycanın həmin ərazilərdə müstəqilliyinin tanınması təklif edilirdi. Həmin ərazilərin 97 min kvadrat kilometri mübahisəsiz ərazi kimi Azərbaycan ərazisi olaraq tanındı, de-fakto Azərbaycanın müstəqilliyi 97 min kvadrat kilometr ərazi ilə dünya birliyi tərəfindən tanındı. 16 min kvadratmetrdən bir qədər çox ərazi isə mübahisəli ərazi hesab olunurdu. O ərazilər də Azərbaycan ərazisi idi, amma müəyyən bir hüquqi prosedurdan keçməli idi ki, dünya birliyi Azərbaycanın həmin mübahisəli ərazilərini də bizim ərazimiz kimi tanısın. Sadəcə olaraq, Sovet imperiyası Azərbaycana təcavüz etdi, ərazilərimiz işğal olundu. Həmin o mübahisəli ərazilər də, eyni zamanda təxminən 11 min kvadrat kilometrlik mübahisəsiz ərazi də Gürcüstanla Ermənistanın arasında bölüşdürüldü və onlara verildi. Bu tarixdi, bunu ermənilər də bilir. Ermənistan çalışır ki, vaxtilə qanunsuz yollarla ələ keçirdiyi, zəbt etdiyi torpaqları öz  nəzarətində saxlasın və həmin sərhədlərdə “Ermənistan Respublikasının” fəaliyyətini davam etdirsinlər. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, qonşu ölkələrə, o cümlədən də Ermənistana ərazi iddiası yoxdur, amma öz qanuni toraqlarında öz haqqını bərpa edəcəkdi və bu istiqamətdə də fəlaiyyət gedir, heç kəs də onun qarşısını ala bilməz. 

Ortada Qərbi Zəngəzur  ərazisi var. Qərbi Zəngəzur ərazisi qanunsuz olaraq Ermənistana verilib və Ermənistanın rəhbərliyi, müxalifəti həmin ərazilərlə bağlı narahatdır, bilirlər ki, həmin ərazilər üzərində Azərbaycanın qanuni haqları var. Ermənistana qanunsuz verilən o ərazilər Azərbaycana qaytarılmalıdır. Amma Azərbaycan bunu, çox ehtimal ki, beynəlxalq hüquq müstəvisində həll edəcək, oranı hərb meydanına çevirmək istəmir. Ermənistan törətdiyi cinayətlərə, torpaqlarımızı qanunsuz şəkidlə mənimsədiyinə görə narahatdır və bu səbəbdən də məmurları reallıqdan uzaq iddialar irəli sürürlər. Demarkasiya prosesinə mane olmaq üçün məsələni təhrif edilmiş formada gündəmə gətirirlər. Amma Azərbaycan konkret olaraq delimitasiyadan və demarkasiyadan danışır, ermənilər də bu cür cəfəng iddianı orataya atırlar ki, guya Azərbaycan onların torpağına girib. 

Xeyli vaxtdır ki, 1991-ci ildə imzalanan Almatı bəyannaməsindən danışırlar. Azərbaycan Almatı bəyannaməsinin müəyyən elementlərini nəzərə alır, amma o bəyannamə heç bir hüquqi əsası olmayan bəyanat, arzu, istək olub. O sənədlə bağlı Azərbaycan üzərinə böyük və ciddi bir öhdəlik götürməyib, nəzərə ala da, almaya da bilər. Amma ermənilər onu əsas bir sənəd kimi ortaya qoyurlar, yenə də orda Azərbaycanın mövqeyi təsdiq olunur. Yəni orda göstərilir ki, SSRİ deyilən qurumun tərkibində olan sərhədlər çərçivəsində hər kəsin müstəqilliyi qarşılıqlı şəkildə tanınsın, orda deyilmir ki, 1991-ci ildəki faktiki sərhədlər. Çox istərdim ki, bu məsələni bizim hüquqşünaslar, beynəlxalq hüquq mütəxəssiləri nəzərdə saxlasınlar. SSRİ daxilində sərhədlər çərçivəsində deyiləndə qanuni sərhədlərdən söhbət gedir. Qanuni sərhədlər deyiləndə o respublikalar birləşib SSRİ-ni yaradarkən olan sərhədlər, digər tərəfdən, 1922-cı ildə SSRİ yaranarkən daxil olan sərhədlər, həmçinin də 1936-cı ildə Azərbaycan, Gürcüstan, Ermənistan ayrılıb, onların daxil olduqları sərhədlər nəzərdə tutulur. Götürüb baxsınlar görsünlər ki, SSRİ-nin tərkibində rəsmi qanuni sərhədlər həmin dövrdəki müqavilələr əsasında müəyyənləşib. Hətta ondan sonra çəkilən xəritələr də bizim üçün qanun ola bilməz. Xəritələrdə də müəyyən subyektiv amillər rol oynaya bilərdi. Əsas məsələ xəritə deyil. Xəritələr dövlətlərin parlamentlərində təsdiq olunan sərhədlər deyil, SSRİ-nin rəhbərliyi, hərbi rəhbərliyi tərəfindən hansısa xəritə çəkilibsə  orda subyektiv amillər qabarıq şəkildə ortada ola bilərdi. Amma 1922-ci ildə Azərbaycanın, Ermənistanın və Gürcüstanın RSFSR-ə birgə daxil olması ilə bağlı sənəd ortaya qoyulsun ki, Azərbaycan, Gürücstan və Ermənistan SSRİ-nin tərkibinə hansı sərhədlərlə daxil olub. 1936-cı ildə bu respublikalar SSRİ-nin tərkibinə ayrılıqda daxil olublar. O sənədlər qladırılıb baxılsın, görülsün ki, hansı sərhədlərlə hansı müqavilə əsasında daxil olublar. Həmin müqavilələrdə, təbiidir ki, Ermənistanın qanunsuz şəkidlə zəbt etdiyi Azərbaycan torpaqları nəzərə alınmırdı, o cümlədən də 1929-cu ildə ermənilər çox fəallaşdı, Moskvanın köməyi ilə Azərbaycanın xeyli ərazilərini ələ keçirdilər. Bütün bunlar nəzərə alınmalıdır və hökmən nəzərə alınacaq. Azərbaycan beynəlxalq hüquq normalarına əməl edərək məsələni ortaya qoyur. Ermənilər də bu gün ondan narahatdırlar ki, Azərbaycan davamlı şəkildə bu məsələni ortaya qoya bilər. Yenə də deyirəm, Ermənistan bundan siyasi manipulyasiya məqsədilə istifadə edir”.

A.Nağı əlavə etdi ki, Azərbaycan onların dediklərinin heç birini nəzərə almadan özünün  aydın və qanuni hədəflərinə doğru getməlidir.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031