Zelenski Qərbin qarşısında şərt quydu - Ya nüvə silahı, ya da NATO üzvlüyü...
Brüsselə səfər edən Zelenski keçirdiyi mətbuat konfransında diqqətçəkən açıqlamalar verib. Zelenski deyib ki, Ukrayna ya NATO-ya üzv olmalıdır, ya da nüvə silahına sahib olmalıdır.
Zelenski sentyabrın sonunda ABŞ-a səfəri zamanı Donald Trampla bu məsələni necə müzakirə etdiyini də açıqlayıb. Onun sözlərinə görə, o, Trampa 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunu xatırladıb. Bu memorandum Ukraynanın ABŞ, Rusiya və Britaniyanın təhlükəsizlik zəmanəti müqabilində öz ərazisində qalan Sovet nüvə arsenalından imtina edəcəyini deyib. Zelenskinin sözlərinə görə, bu sənəd Ukraynanı Rusiyanın hücumundan qorumadığı üçün indi onun ölkənin təhlükəsizliyini təmin etmək üçün iki variantı var - ya yenidən nüvə silahı əldə etmək, ya da NATO-ya qoşulmaq.
“Biz nüvə silahını deyil, NATO-nu seçirik. Donald Trampın məni eşitdiyinə inanıram. Tramp dedi ki, “ədalətli arqumentləriniz var” - deyə Zelenski bildirib.
Bunun Trampın onunla razılaşdığı anlamına gəlib-gəlmədiyini soruşduqda, Zelenski görüşün təfərrüatlarını açıqlamaq istəmədiyini deyib və Trampın heç bir vəd vermədiyini bildirib.
TAHİR