Binədə mikroavtobus qatarla toqquşub, xəsarət alan var
“Bu gün saat 02:30-da ADY-yə məxsus elektrovoz Binə-Qala sahəsində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-HU-132 olan “Mercedes Vito” markalı mikroavtobus xəbərdarlıq nişanlarına məhəl qoymadan yüksək sürətlə dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb”.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. İlkin məlumata əsasən, toqquşma nəticəsində avtomobilin sürücüsü və bir nəfər sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar və xəstəxanaya yerləşdiriliblər.
Mətləb